GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ankaradan Moskva və İrəvana kritik mesaj -Qarabağ və Krım...

Ankaradan Moskva və İrəvana kritik mesaj -Qarabağ və Krım...

Tarix: 4-02-2020, 16:31 Bölmə :Siyasət Baxış: 442
Ankaradan Moskva və İrəvana kritik mesaj -Qarabağ və Krım...


Ərdoğan Ukrayna səfəri öncəsi “i”nin üstündəki nöqtəni qoydu; Bakının qəbul etmədiyi sülhü Türkiyə də qəbul etməyəcək; Rusiya torpaqların işğaldan qurtuluş prosesini başladarsa...

“Ukraynanın ərazi bütövlüyünü müdafiə etməyə davam edəcəyik. Krımın qanunsuz ilhaqını tanımadıq, bundan sonra da tanımayacağıq”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfəri ərəfəsində hava limanında jurnalistlərə açıqlamasında deyib."Ukrayna ilə yaxın münasibətimizin bir hissəsi də Krım tatarlarıdır. Səfərimizin xeyirli nəticələr verəcəyinə ümidliyəm", - deyə Ərdoğan vurğulayıb.
Moskva-Ankara münasibətlərinin yüksəlişdə olmasına rəğmən, Türkiyə prezidentinin bu açıqlaması şübhəsiz ki, Ukrayna-Türkiyə əlaqələrinə verilən önəmdən daha çox, beynəlxalq hüquqa sayğıdan irəli gəlib. Məsələ ondadır ki, dünyada mövcud olan çoxsaylı qaynar ocaqların, regionda gedən dağıdıcı müharibələrin və davam edən işğalçılıq siyasətinin əsas səbəbi məhz beynəlxalq hüquq normalarına hörmətsizliklə bağlıdır. Söhbət özəlliklə də bəzi fövqəldövlətlərdən gedir.
*****

Ərdoğanın Krımla bağlı son bəyanatı da ilk növbədə həmin güclərə, əsas da Rusiyaya ünvanlanıb. Bu mesajın diplomatik açması odur ki, Moskva Ankara ilə əlaqələrin dərin olmasına çox da arxayın olmasın, qardaş ölkə işğal və ilhaq məsələsində prinsipial mövqeyini dəyişməyəcək, o cümlədən Qarabağ məsələsində.
Yeri gəlmişkən, bu, həmçinin Krımın ilhaqını tanıyan və Azərbaycan torpaqlarının 1/5-ni illərdir işğal altında saxlayan Ermənistana da aydın ismarışdır ki, qardaş ölkə eyni qaydada Azərbaycan ərazilərinin ilhaqını heç vaxt tanımayacaq. Nəinki tanımayacaq, bu işğalın tezliklə bitməsi üçün əlindən gələni edəcək, bu məqsədlə özünün siyasi, diplomatik və hərbi imkanlarını əsirgəməyəcək, təcavüzkarın siyasi təcridini, blokadasını Azərbaycanla birgə davam etdirəcək.
İki qardaş məmləkət arasında ilbəil daha da dərinləşən hərbi və hərbi texniki əməkdaşlıq, intensivləşən birgə təlimlər, böyük hərbi nümayəndə heyətlərinin müntəzəm surətdə həyata keçən qarşılıqlı səfərləri, xüsusən də Naxçıvanda iki qardaş ölkənin birgə və sinxron hərbi fəaliyyəti buna bariz sübut, düşmən tərəfə isə açıq xəbərdarlıq ismarışıdır.
Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Azərbaycanın qəbul eləmədiyi sülhü Türkiyə də qəbul etməyəcək. Ankaranın prinsipiallığından söz düşmüşkən, bu yerdə bir detalı da xatırladaq ki, Türkiyə lideri keçən il rusiyalı həmkarı Putinin Krımda yeni “Cümə” məscidin açılış mərasiminə dəvətini qəbul eləməmişdi.

“Yeni Müsavat” xatırladır ki, Putin 2019-cu ilin martında Krıma səfəri zamanı qeyri-hökumət təşkilatları və dini liderlər ilə görüşü zamanı belə bir söz demişdi: “Prezident Ərdoğanı dəvət etdim. Onun bu məsələdən xəbəri var və anladığım qədərilə bu dəvətə müsbət yanaşıb. Görək necə olacaq, gəlməyə vaxt və imkan tapacaqmı?!”
Lakin Ərdoğan “vaxt və imkan” tapmadı. Yəni dəvətə müsbət yanaşmadı. Çünki əks halda, bu, Krımın ilhaqı ilə barışmaq, Ukraynanı, eləcə də ərazisinin bir hissəsi işğal altında olan digər ölkələri, Azərbaycanı, Gürcüstanı incitmək demək olardı. Eyni məntiqlə onda Ərdoğanın Abxaziyaya səfəri də gərək normal qarşılansın.
*****

Türkiyə rəhbərinin son açıqlaması bir daha göstərdi ki, qardaş ölkə üçün belə məsələlərdə “qırmızı xətt”lər var və onlar heç bir halda, o sırada ikitərəfli əlaqələrin ən yüksək olacağı halda dəyişməyəcək. Bu, habelə “i”nin üstündəki nöqtəni qoymaq anlamına gəlir. Deyildiyi kimi, söhbət həm də həlli uzanan Dağlıq Qarabağ məsələsindən, erməni işğalına son verilməsi zərurliyindən gedir.
Məntiqlə Moskva Krım məsələsində Ankara ilə hansısa anlaşmaya ümid edirsə, heç olmasa, Dağlıq Qarabağ məsələsində pozitiv nümunə ortaya qoymalıdır. Putin Ərdoğanın xahişini nəzərə alıb konfliktin həllinə real töhfə verməlidir ki, Azərbaycan torpaqlarının heç olması bir hissəsi qeyd-şərtsiz azad edilsin.
Məlumdur ki, Türkiyə prezidenti ondan məscid xahişi edən rusiyalı həmkarından azı iki dəfə Qarabağ xahişində bulunub. Əfsus ki, bu xahişlər havada qalıb. Rusiya rəhbərliyi “konfliktin həlli Bakı və İrəvandan asılıdır” deməklə xahişləri mədəni şəkildə rədd edib. Halbuki bütün dünya, o cümlədən də qardaş Türkiyə bilir ki, Ermənistan Qarabağ məsələsində həlledici söz sahibi deyil, onun “ipi” Moskvaya bağlıdır.
Bu xüsusda heç bir şübhə yox ki, Kreml ən azından, Dağlıq Qarabağ ixtilaflının nizamlanmasında Ermənistana təzyiq eləməyincə, konstruktiv mövqeyə köklənməyincə, yaxud qardaş ölkəni də öz yanına alıb onunla birgə problemin həllinə girişməyincə, Türkiyədən də Krım probleminin həllində dəstək gözləməməlidir..
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb

    Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb ...

    30-10-2017, 11:42

  • 
  • Ərdoğan ABŞ-da kritik görüş gerçəkləşdirib

    Ərdoğan ABŞ-da kritik görüş gerçəkləşdirib ...

    23-09-2019, 11:45

  • 
  • “Ərdoğan cavab verməlidir...” – Paşinyandan Türkiyə AÇIQLAMASI

    “Ərdoğan cavab verməlidir...” – Paşinyandan ...

    26-04-2019, 23:59

  • 
  • Ukrayna və Türkiyə vətəndaşlarının sürücülük vəsiqələri qarşılıqlı tanınacaq-Razılaşma

    Ukrayna və Türkiyə vətəndaşlarının sürücülük ...

    4-02-2020, 15:04

  • 
  • Ərdoğan Bakıdadır

    Ərdoğan Bakıdadır ...

    26-04-2016, 00:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (268)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu