Ermənistanın Baş nazir Nikol Paşinyan beynəlxalq ictimaiyyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana cavab verməyə çağırıb.
Gundemxeber.az bildirir ki, Paşinyan Türkiyə Prezidentinin 1915-ci il hadisələrilə bağlı verdiyi açıqlamaya etiraz edib. Ermənistanın Baş nazir Ərdoğana baş verənlərə haqq qazandırmaqda ittiham edib. Paşinyan iddia edir ki, Ərdoğan verdiyi açıqlama ilə ermənilərə qarşı edilənlərin doğru olduğunu bildirib. Paşinyanın sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Şərq Anadoluda qadınlar və uşaqlar da daxil olmaqla müsəlman əhalini qətlə yetirən erməni dəstələrinin və onların tərəfdarlarının köçürülməsi, belə bir dövrdə qəbul edilə biləcək ən ağlabatan hərəkət idi. Paşinyan qeyd edib ki, beynəlxalq ictimaiyyət ermənilərin "öldürülməsini" "ən ağlabatan hərəkət" kimi qiymətləndirən Ərdoğana öz etirazını bildirməlidir.
Sorğu
Yeni dizaynımız necədir?