“AŞPA-nın nümayəndəsi olaraq parlament assemblyasının 5 qrupunu təmsil edirik”.
Bunu AŞPA müşahidə Missiyasının rəhbəri Frank Şvabe deyib.
Şvabe bildirib ki, seçkilərə hazırlıq prosesini qiymətləndiriblər: “Öncə Azərbaycan hökumətinə seçkiləri izləmək üçün bizi dəvət etdiyinə görə təşəkkür edirik. Seçkilərə hazırlıq prosesində müəyyən irəliləyişlərə baxmayaraq, səslərin hesablanmasında yol verilən pozuntular var”.
O vurğulayıb ki, səslərin hesablanması ilə bağlı prosesdə qanun pozuntuları müşahidə edilib: “Mən 30 Saylı Seçki Dairəsində 10 saylı məntəqədə bunu müşahidə etmişəm. Həmkarlarım da bəzi dairələrdə eyni halla üzləşiblər. Avropa Məhkəməsinin qərarlarının təmin olunmaması İlqar Məmmədov və digərlərinin seçkidə iştirakının qarşısını almışdı”.//apa
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?