“İnternet azad olduğu halda nəyə görə müxalifət bundan yararlanmır?”. Bunu bu gün keçirilən mətbuat konfransında Avropa Parlamenti Seçki Müşahidə Missiyasının rəhbəri Bino Allaki deyib.
O bildirib ki, televiziyada təbliğatla bağlı məhdudiyyyətlər olsa da, ümumi mənzərəni müsbət qiymətləndirmək olar.
“Müxalifət bundan sonra da sosial şəbəkələrdən, internetden daha yaxşı yararlanmalıdır”, - deyə B. Allaki bildirib. O həmçinin vurğulayıb ki, seçkilər azad, şəffaf, ədalətli şəraitdə keçirilib.
AŞPA müşahidə missiyasının rəhbəri Robert Volter qeyd edib ki, Azərbaycdanda məcburi köçkünlərə seçki üçün lazımı şərait yaradılıb. O bildirib ki, Milli Şuranın namizədi Cəmil Həsənlinin AŞPA-nın seçki qərarına etirazı əsassızdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?