GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » MSK namizədlərin şikayətlərinin DSK-lara göndəriməsinə aydınlıq gətirib

MSK namizədlərin şikayətlərinin DSK-lara göndəriməsinə aydınlıq gətirib

Tarix: 17-02-2020, 14:30 Bölmə :Siyasət Baxış: 347
MSK namizədlərin şikayətlərinin DSK-lara göndəriməsinə aydınlıq gətirib


Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədlər və siyasi partiyalar tərəfindən yuxarı seçki komissiyalarına şikayət proseduru açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli APA-ya açıqlamasında deyib ki, seçki subyektləri seçki məntəqəsində qanun pozuntuları aşkar edərsə, bununla əlaqədar həmin gün məntəqə seçki komissiyasına müraciət etmək hüququ var.

Seçki subyektləri seçki məntəqəsində ümumilikdə hansısa nöqsanları mübahisələndirmək fikrindədirsə, seçkidən sonra 3 gün ərzində müvafiq dairə seçki komissiyasına (DSK) müraciət edə bilər. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu müddət 10, 11 və 12 fevral tarixlərini əhatə edir. DSK müraciətə 3 gün ərzində baxaraq qərar verməlidir. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu müddət fevralın 15-də başa çatır. Əgər müvafiq DSK-nın seçki məntəqələrində baş verən hadisələr, qanun pozuntuları ilə bağlı qərarı seçki subyektlərini qane etmirsə, yaxud DSK-nın hərəkətindən, hərəkətsizliyindən, qərarından qərarı aldığı vaxtdan 3 gün ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək hüquqları var. Milli Məclisə seçkilərlə əlaqədar bu müddət maksimum fevralın 18-də başa çatır.

MSK isə Seçki Məcəlləsinə uyğun olaraq, maksimum 20 gün müddətində müraciətlərlə bağlı qərar verməlidir. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu müddət fevralın 29-dək olan dövrü əhatə edir. MSK fevralın 29-dək Milli Məclisə seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalı, seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir. “Seçki subyektlərinin MSK-nın qərarlarını apelyasiya məhkəməsində mübahisələndirmək hüququ da var. Apelyasiya məhkəməsinin qərarından narazı qaldıqda isə Ali Məhkəməyə müraciət edə bilərlər. Konstitusiya Məhkəməsi də MSK-nın təqdim etdiyi sənədlərlə paralel Ali Məhkəmənin göndərdiyi sənədlərə də baxır. Bu proses Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiqləyənə qədər başa çatmalıdır. Seçki Məcəlləsinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir”, - deyə M. Rəhimli bildirib.

Prosedurdan aydın olur ki, MSK ən gec fevralın 28-də Milli Məclisə seçkilərin nəticələrini yoxlayaraq yekun vurarsa, 24 saat müddətində, yəni fevralın 29-da sənədləri Konstitusiya Məhkəməsinə təqdim edərsə, Konstitusiya Məhkəməsi maksimum martın 10-dək Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiqləyəcək.

MSK katibi onu da qeyd edib ki, məntəqədə baş verən hadisələrlə əlaqədar birbaşa MSK-ya müraciət etmək olmaz, bu, ancaq DSK-da mübahisələndirilə bilər. Əgər DSK-ya müraciət etmədən MSK-ya müraciət olunubsa, MSK həmin məsələyə baxılması üçün müraciəti DSK-ya göndərmək hüququna malikdir. Əgər məsələyə MSK-da baxılıbsa, seçki subyektinin MSK-nın qərarı ona təqdim edilən vaxtdan 3 gün ərzində apelyasiya məhkəməsinə şikayət etmək hüququ var.

Yeri gəlmişkən, bəzi namizədlər məntəqələrdə onlara təqdim edilən protokollarda hər hansı problem olmadığı, pozuntunun DSK-da baş verdiyini iddia edərək birbaşa MSK-ya müraciət etdikləri və məsələyə məhz MSK-nın baxmalı olduğunu vurğulayırlar. MSK katibi isə deyir ki, deputatlığa namizədlər MSK-ya müraciət edə bilərlər: “Amma MSK müraciəti araşdırmayacaq. Çünki MSK-nın məntəqə seçki komissiyalarında baş verən hadisələri birbaşa araşdırmaq hüququ yoxdur. Ona görə də MSK həmin müraciətləri DSK-ya göndərir. Seçki məntəqələrində baş verənləri DSK araşdırır. Əgər şikayətçi qane olmursa, DSK-nın qərarından MSK-ya şikayət edə və məsələ MSK-da mübahisələndirilə bilər”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bülletenlərin seçki komissiyalarına verilməsi başa çatdı

    Bülletenlərin seçki komissiyalarına verilməsi ...

    6-02-2020, 15:52

  • 
  • MSK bir neçə dairə ilə bağlı müraciətləri DSK-lara göndərdi - YENİLƏNİB-3

    MSK bir neçə dairə ilə bağlı müraciətləri ...

    15-02-2020, 16:39

  • 
  • Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı

    Seçki ilə bağlı daxil olan şikayətlərin sayı ...

    18-01-2020, 11:00

  • 
  • MSK Çingiz Qənizadənin qalib olduğu dairənin nəticələrini ləğv etdi

    MSK Çingiz Qənizadənin qalib olduğu dairənin ...

    13-02-2020, 17:01

  • 
  • Milli Məclisə seçkilər: 125 yer uğrunda 769 nəfər

    Milli Məclisə seçkilər: 125 yer uğrunda 769 nəfər ...

    21-10-2015, 16:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu