GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Gürcüstanlı Leyla Canaşiya və onun "əntiq dələduzluğundan" zərər çəkənlər

Gürcüstanlı Leyla Canaşiya və onun "əntiq dələduzluğundan" zərər çəkənlər

Tarix: 19-02-2020, 15:40 Bölmə :Siyasət Baxış: 399
Gürcüstanlı Leyla Canaşiya və onun "əntiq dələduzluğundan" zərər çəkənlər


Gundemxeber.Az xəbər verir ki, Gürcüstan vətəndaşı, milliyyətcə meqrel olan Leyla Canaşiyanın Azərbaycanda müxtəlif şəxslərin etibarından sui-istifadə edərək onların külli miqdarda əmlakını mənimsəməsi üzə çıxıb. Bu barədə Canaşiyanın əməllərindən zərər çəkən bir neçə qadın virtualaz.org-un redaksiyasına müraciət edib.

Şikayətçilər - Nübar Əliyeva, Rebeka Sahtarova, Yaroslava Ağamaliyeva, Elizabet Laşkxi və Leyla Qasımova bildiriblər ki, Gürcüstan vətəndaşını keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov himayə edir. Bu səbəbdən də Bakıda dələduzluq əməlləri ilə at oynadan bu qadına heç kim “gözünün üstündə qaşın var” demir. Onların dediyinə görə, Canaşiya özünü onlara “Elton Məmmədovun yaxın adamı” kimi təqdim edirmiş. Belə ki, E.Məmmədov və digər varlılar Canaşiyanın müştəriləri olublar, ondan əntiq əşyalar alıblar.

“Əmlaklarımızı mənimsəyib, özümüzə isə şər atır”

“Leyla Canaşiya əmlaklarımızı mənimsəyib, pullarımızı geri qaytarmır. Keçmiş deputat Elton Məmmədovun himayəsi sayəsində məsuliyyətdən yayınır, üstəlik hamımıza böhtan atır. Hesab edirik ki, dələduzluq yolu ilə mənimsədiyi pullarımızın xeyli hissəsini də elə keçmiş deputata verib. Əgər istintaq araşdırarsa onların arasında yüzlərlə zənglərin və sms-lərin olduğu sübut ediləcək” – şikayətçilər belə deyirlər.

◀▶
Şikayətçilərin redaksiyamıza təqdim etdikləri sənədlərdən də görünür ki, onlar qadının əməlləri barədə hüquq-mühafizə orqanlarına da müraciət ediblər, lakin nəticəsi olmayıb: “Nədənsə bu qadın hər dəfə hansısa “sehrli əl”in vasitəsilə “sudan quru” çıxmağa müvəffəq olur. Bu azmış kimi, üstəlik borclu olduğu şəxslərdən hüquq-mühafizə orqanlarına şikayət də edir”.

İlk tora salınan ən yaxın rəfiqə olub

Gürcüstan Respublikası vətəndaşı Rebeka Sahtarova bildirir ki, Leyla Canaşiyanın əməllərindən ən çox o zərər görüb, maddi və mənəvi təzyiqlərlə üzləşib. Dediyinə görə Leylanı özünə yaxın bilib, həmyerlisi kimi evinin qapısını üzünə açıb, illərlə rəfiqəlik edib, sonda isə dələduzluğun qurbanına çevrilib.

R. Sahtarova başına gələnləri danışıb: “Mən Leylanı 2005-ci ildə Tbilisidən Bakıya köçəndən sonra tanımışam. Əri ilə birgə qonşuluqda kirayədə yaşayırdı. Alverlə məşğul olur, evdə xırda fiqurlar, əşyalar satırdı. Əri öldü, dəfn etdikdən sonra Bakıya qayıtdı. Qalmağa yeri olmadığından bizimlə bir yerdə yaşadı. İcarəyə mağaza götürmüşdüm. Türkiyədən antikvar əşyalar gətirirdim, onların satışı ilə məşğul olurdum. Mənim gümüş əşyalarımı, antik vazlarımı satdı, pulunu vermədi”.

R. Sahtarova deyib ki, Bakı Univermağının 1-ci mərtəbəsində mağazası olub. Leyla həmin mağazadakı antikvar malları nağd və nisyə satmaqla əldə etdiyi 207 min dolları mənimsəyib. Bu azmış kimi, onun rəfiqələrinə, tanışlarına, bir sözlə, mağazasına gedib-gələnlərə qarşı da dələduzluq edib: “Dəfələrlə evimdən gümüş qablar müəmmalı şəkildə yoxa çıxırdı, pulqabımdan pullarım itirdi. Sonradan öyrəndim ki, Leylanın oğlu anasının pullarını kazinoda uduzub. Qardaşı öləndə də 79 min manat pul vermişdim. Pullarımı qaytarmadı”.

“Hamıya xəstə uşaq şəkli göstərirdi...”

Gürcüstan vətəndaşı Elizabet Laşkxi də uzun illər öncə Azərbaycana köçərək burada mağaza işlədib, qab-qacaq satışı ilə məşğul olub. “Bakı” Univermağında işləyən müddətdə də Leylanı tanıyıb: “Onu Gürcüstanda deyil, Azərbaycana gələndən sonra tanımışam. Univermağa gedib-gəlirdi. Deyirdi ki, guya kimlərsə onu aldadıb, pullarını alıb verməyiblər. Amma sonradan məlum oldu ki, özü hamını aldadıbmış. Mənə xəstəxanada müalicə olunan bir uşaq şəkli göstərdi, dedi nəvəmdir, təcili əməliyyat olunmalıdır. Sonradan bildim ki, şəkildəki uşaq bunun nəvəsi deyilmiş. 50 min dollarımı alıb, bu günə qədər də geri qaytarmayıb”.

Leyla Canaşiyanın Bakı şəhər sakini Nübar Əliyeva ilə dostluq əlaqələri, yaxınlığı da “Bakı” Univermağından yaranıb. Nübar Əliyeva deyir ki, Leyla onun evinə ayaq açıb, get-gedə yaxın rəfiqəyə çevriliblər. Ara-sıra N.Əliyevanın yanında Rebeka Sahtarovadan söz salıb, onun arxasınca asıb-kəsib, sonuncunun ona borclu olduğuna inadırmağa çalışıb. Mütəmadi olaraq ailəsindəki problemdən söz açıb, ağlayıb, pul lazım olduğunu deyib: “Mənim maddi imkanımın yaxşı olduğunu hamı bilirdi. Evimə gəlib gah qardaşının, gah oğlunun problemlərindən danışır, anasının, nəvəsinin əməliyyat olunacağını deyir, ağlayırdı. Təbiətcə çox həssas adamam, yazığım gəlirdi, pul verirdim. Dəfələrlə borc vermişəm, qaytarıb gətirirdi. İki il olar ki, artıq aldıqlarını geri qaytarmadı”.

Şikayətçi iddia edib ki, Leyla 2017-2018-ci illərdə hissə-hissə olmaqla onun 105 min dollar pulunu mənimsəyib. 2019-cu ildə isə guya əvvəlki pulları “dirildib” qaytaracağını vəd edərək əlavə olaraq ondan 95 min dollar da alıb. Leula Canaşiya ilə heç cür əlaqə qura bilməyən N.Əliyeva hər həftə onun kilsəyə getdiyini bildiyindən Leylanı Allahın evində axtarıb:“Keşişin yanında Allaha and içdi, söz verdi, dedi ki, borcunu qaytaracaq. Diz çöküb ağladı. Mən də inandım, düşündüm ki, əgər Allahın evində Allaha and içirsə, yəqin yüz faiz qaytaracaq. Amma yenə də qaytarmadı”.

Yaroslava Ağamaliyeva müəllimə işləyib. Nübar Əliyeva ilə yaxın qonşu olublar. Leylanı da həmin vaxtlarda tanıyıb. Müəllimə işləyən Y.Ağamaliyevaya bu tanışlıq 3 min manata və 4 min dollara “başa gəlib”: “Belə baxıram ki, elə ən az məndən pul alıb. Bu günə kimi də pulumu geri qaytarmayıb”.

Pul müqabilində girov qoyulan “gümüş” vazalar

L. Canaşiya 2009-cu ildə Rebekanın mağazasında tanış olduğu iş adamı Dilarə Bağırova ilə də “dostlaşa” bilib. Rəfiqə kimi etibarını qazanaraq ondan 55 min dollar borc pul alıb. Borcu qaytarmasına dair görüntü yaradaraq üzərində saxta 925 əyar yazılmış, əslində isə gümüş olmayan əşyaları girov qoyub. Elə ilk olaraq ondan şikayət edən də Dilarə Bağırova olub. Məhz onun şikayətindən sonra Leyla Canaşiyanın deportasiya məsələsi ortaya çıxıb: “Leylanı Rebekaya görə tanımışdım. 2010-cu ildən dəfələrlə ona pul vermişəm. Hər dəfə aldığı pulu qaytarırdı. Amma 2016-cı ildə yenə yanıma gəldi, dedi Rebeka bilməsin, mənə borc pul lazımdı, nəvəm ağır xəstədi, yalvardı, inandım. Fikirləşdim ki, kömək eləyim, yəqin qaytarar. Hissə-hissə ona 55 min dollar verdim. 2018-ci ildə borclarımı geri istədikdə vermədi. Borcun əvəzində girov kimi yeddi ədəd gümüş vazalar verdi. Pulu qaytarmadıqda istədim ki, həmin vazaları satım. Məlum oldu ki, vazalar gümüş deyil, saxta imiş”

Polisdə, prokurorluqda araşdırmalar və “bağlanan iş”

Ötən ilin mayında D.Bağırova Səbail Rayon Polis İdarəsinə gedərək L. Canaşiyadan şikayət edib. İdarənin İstintaq Şöbəsinin müstəntiqi Cavid Məmmədov işi araşdırıb, şikayətlərini dinləyib: “Həmin gümüş əşyaları da apardım polis şöbəsinə. Ekspertiza təyin olundu, məlum oldu ki, ucuz metaldır, gümüş deyil. Leylanı da çağırdılar. Özü hər şeyi etiraf etdi, borcu da yaxın zamanda ödəyəcəyinə söz verdi, vaxt istədi”.

D.Bağırova deyir ki, nədənsə müstəntiq işi “bağlayıb”, pullarını da geri ala bilməyib. Bundan sonra R. Sahtarova da Səbail Rayon Prokurorluğuna şikayət edib. Amma yenə də şikayətləri axıradək araşdırılmayıb: “Mənə deyirdilər ki, get gecəynən öz mallarını götür. Mən bunu necə edə bilərdim axı? Sonradan mənim özümə oğurluqla cinayət işi açmazdılarmı? Hər yerə şikayət etmişik, bizim işimizi araşdırmırlar”.

Şikayətçi qadın deyir ki, “Fəvvarlər” meydanında təsadüfən sabiq deputat Elton Məmmədovla rastlaşıb. Ona yaxınlaşaraq nədən L. Canaşiyanın tərəfini saxladığını, onu himayə etdiyini soruşub :”Dedim ayıbdır, siz ziyalı adamsız, niyə bu cür dələduz qadını himayə edirsiniz? Hər yanda sizin adınızı hallandır, deyir ki, mənim arxamda deputat dayanır. Elton Məmmədov o adamla heç bir əlaqəsinin olmadığını dedi, hər şeyi inkar elədi”.

Borcluların polisə şikayət etdiklərini öyrənən Leyla Canaşiya isə çox çəkməyib ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerlışdirilib. İddia edir ki, onu şikayətçilər intihara əl atmağa məcbur ediblər. Zərərçəkənlər isə onun iddialarının tam uydurma olduğunu deyirlər.

Şikayətçilər baş verənlərlə bağlı Səbail Rayon Polis İdarəsinə müraciət ünvanladıqlarını deyiblər. Bildiriblər ki, bu günə qədər də dövlət qurumlarını şantaj edərək qanunsuz mağaza açan, vergi ödəmədən, bəyannamə yazdırmadan, mənşəyi məlum olmayan, saxta əyarlarla əyarlanmış malların satışı ilə məşğul olan L. Canaşiya ilə bağlı şikayətləri qanuni səviyyədə araşdırılmır.

Şikayətçilər Prezident İlham Əliyevə müraciət edərək külli miqdarda dələduzluqla məşğul olan və bu gün də dələduzluq edən Leyla Canaşiyanın cinayət məsuliyyətinə cəlb edilməsinə, barəsində həbs-qətimkan tədbirinin seçilməsinə, qanunsuz “biznes”inin qarşısının alınmasına göstəriş verməsini xahiş ediblər.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a açıqlamasında bildirib ki,vətəndaşların polis orqanlarına göndərdikləri müraciətlər cavabsız qalmır, dərhal araşdırılır və qanunauyğun qərarlar qəbul olunur: “Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət verilir, müvafiq qərar qəbul edilir. Əgər vətənadaş bu qərardan narazı qalarsa onun daha yuxarı instansiyalara, həmçinin Bakı Şəhər Baş Polis İdarəsinə, Daxili İşlər Nazirliyinə müraciət etmək hüquqi var”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun qardaşı vəfat etdi - Yenilənib

    Ziya Məmmədovun qardaşı vəfat etdi - Yenilənib ...

    15-09-2016, 16:50

  • 
  • Ziya Məmmədovun qardaşı oğlu məşhur idmançını həbs etdirdi

    Ziya Məmmədovun qardaşı oğlu məşhur idmançını ...

    9-12-2016, 14:14

  • 
  • Prokuror Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsə cəza istəyib

    Prokuror Ziya Məmmədovun qardaşı oğluna qarşı ...

    20-04-2018, 17:30

  • 
  • Ziya Məmmədovun qardaşı: "...yəqin namizədliyimi verəcəm"

    Ziya Məmmədovun qardaşı: "...yəqin ...

    19-09-2015, 14:08

  • 
  • Leyla Yunusda ağır xəstəlik aşkarlanıb? (FOTO)

    Leyla Yunusda ağır xəstəlik aşkarlanıb? (FOTO) ...

    12-11-2013, 11:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (263)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu