Koronavirus yayılan ölkələrdə Azərbaycanın diplomatik nümayəndələri işlərini davam etdirir”.
Bu sözləri Milli Məclisdə parlamentin komitə sədri Səməd Seyidov Azərbaycan hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, nümayəndəliklərdə çalışanlar həmin ölkələrdə yaşayan ailələrlə mütəmadi əlaqəlar saxlayır, onların problemləri ilə maraqlanırlar.
S.Seyidov bildirib ki, koronavirus yayılan ölkələrdə vəziyyət gərgindir, bütün müəssisələr bağlıdır, ancaq bizim səfirliklərimiz, konsulluqlarımız fəaliyyət göstərir: “Özü də onlar tək deyil, ailə üzvləri ilə birlikdə çalışırlar. Ona görə də bu qanun layihəsi diplomatların müxtəlif yerlərdə işləyən ailə üzvlərinə şamil olunur və onlara imkan yaradır ki, olduqları ölkədə əmək fəaliyyəti ilə məşğul ola bilsinlər. Bu gün bu sazişi Ukrayna ilə bağlayırıq. Ancaq hesab edirik ki, bu təcrübəni digər ölkələrlə də tətbiq etmək lazımdır”.//teleqraf.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?