GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistanda hakimiyyət böhranı: Paşinyan etirazçıları həbsxanalara doldurur

Ermənistanda hakimiyyət böhranı: Paşinyan etirazçıları həbsxanalara doldurur

Tarix: 17-06-2020, 11:57 Bölmə :Siyasət Baxış: 315
Ermənistanda hakimiyyət böhranı: Paşinyan etirazçıları  həbsxanalara doldurur


İşğalçı ölkədə son sutkada 100-dən artıq adam həbs edildi; İrəvandakı hadisələrdə Moskva izi; Arzu Nağıyev: “çarukyanın birbaşa havadarı olan Rusiya bu hadisələrə göz yummadı”

Ermənistan paytaxtında ötən həftədən başlayan gərginlik səngimək bilmir. İyunun 16-da, səhər saatlarında “Çiçəklənən Ermənistan” Partiyasının tərəfdarları ölkə parlamentinin qarşısına toplaşıblar. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, polisin hərəkətə keçməsindən sonra 100-dən çox aksiyaçı saxlanılıb.

Məlumata görə, bu gün Ermənistan parlamentində “Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri, deputat, iş adamı Qaqik Tsarukyanın deputat toxunulmazlığından məhrum edilməsi və onunla bağlı istintaqın başladılmasına razılıq verilməsi məsələsinə baxılacaqdı. Məlumata görə, müvafiq vəsatətlər baş prokuror Artur Davtyan tərəfindən təqdim edilib. Üç ittihamla günahlandırılan Tsarukyan və rəhbərlik etdiyi fraksiya baş verən hadisələrin siyasi sifariş olduğunu bəyan edib.

Bu xəbəri eşidən Tsarukyan tərəfdarları parlament binasına doğru axışıblar. Mitinq icazəsiz olduğundan polis dağılışmaq əmri verib. Lakin etirazçılar polisin tələblərinə məhəl qoymayıb. Saat 11.00-da yayılan rəsmi məlumata görə, 103 nəfər saxlanılıb. Saxlanılanlar arasında məşhur erməni güləşçisi, Avropa çempionu və Olimpiya oyunlarının bürünc mükafatçısı Roman Amoyan da var.

Qeyd edək ki, Ermənistanda koronavirus səbəbindən fövqəladə vəziyyət rejimi mövcuddur. Ancaq N.Paşinyanın siyasətinə etiraz edən vətəndaşlar heç nəyə məhəl qoymadan etirazlarını davam etdirirlər. Ötən şənbə və bazar günləri Q.Tsarukyanın istintaqa aparılmasına və onun rəhbərlik etdiyi qurumun ofislərində axtarış aparılmasına etiraz edən kütlə ilə polis arasında qarşıdurma baş verib. Həmin toqquşmalar zamanı da 100-dən çox aksiya iştirakçısı saxlanılıb.

Son məlumata görə, paytaxt İrəvana gedən bir sıra yollar, eləcə də şəhərin bəzi küçələri Tsarukyanın yük maşınları, avtobuslar və minik avtomobilləri ilə bağlanıb. İrəvan -Abovyan magistral yolunda maşınların hərəkətinin qarşısı alınıb. Bildirilib ki, taksi sürücüləri “Dalma moll” ticarət mərkəzinə aparan yolu bağlayıblar.

Qeyd edək ki, “Çiçəklənən Ermənistan” Partiyasının tərəfdarları Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında da etiraz aksiyası keçirir. Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin üzvləri öz liderlərini sonadək qorumaqda israrlıdırlar. Tsarukyanın dindirilmək üçün MTX-nin binasına gətirilməsinə etiraz edənlər zorla polis avtomobillərinə mindirilərək naməlum istiqamətə aparılıblar. Daha sonra etirazçıların müxtəlif polis idarələrində saxlandığı və 3 saatdan sonra azad ediləcəyi bəyan edilib. Milli Təhlükəsizlik Xidməti bildirib ki, Q.Tsarukyana məxsus şirkətlərin qumar oyunları ilə bağlı qanunsuz fəaliyyəti nəticəsində dövlət büdcəsinə təxminən 60 milyon ABŞ dolları məbləğində vergi verilməyib. Buna cavab olaraq «Çiçəklənən Ermənistan» Partiyasının mətbuat katibi Sveta Tonoyan vurğulayıb ki, Qaqik Tsarukyan şirkətlərini etibar etdiyi şəxslərin idarəçiliyinə verib və özü bizneslə məşğul olmur.

Qeyd edək ki, Nikol Paşinyan hakimiyyətə gələndə onun müdafiəçilərindən olan Q.Tsarukyan son aylar baş nazirə qarşı açıq savaşa keçib. Baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra isə ona qarşı təzyiqlər artıb. Onun fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib. Tsarukyan bəyan edib ki, onu susdura bilməyəcəklər. İşağlçı ölkədə baş verənlər təbii ki, Azərbaycanda həssaslıqla izlənilir.


Deputat, politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Paşinyan koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətin kritik olduğunu anlayır və məhz buna görə də hakimiyyət orqanlarında dəyişikliklər etdi: “Əslində Qarabağ klanının lokallaşmasından sonra növbə Ermənistanda nüfuz sahibi və əlində küllü miqdarda maliyyə vəsaiti olan ”Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyana çatıb. Paşinyan onu ram etməklə maliyyə vəsaitini, ona mənsub olan obyektləri, daşınmaz əmlakı ələ keçirmək niyyətindədir. Paşinyanın bu fikri çoxdan var idi. Sadəcə olaraq, Sərkisyan və Köçəryanı lokallaşdırmaq lazım idi. Rusiyanın “xeyir-duası” ilə buna nail olub, Qarabağ separatçılarına istədiyi adamı yerləşdirdikdən sonra o, elə başa düşdü ki, Tsarukyanı da bu yolla ram edə bilər. Buna görə onun qanunsuz bizneslə məşğul olması və bu kimi məsələləri qabartdılar". A.Nağıyev əlavə etdi ki, Tsarukyanın birbaşa havadarı olan Rusiya bu hadisələrə göz yummadı: “Paşinyan Tsarukyana qarşı sərt addım atan kimi, Rusiyanın hüquq-mühafizə orqanları İrəvandan Əfqanıstana uçan və 40 tonluq qaçaqmal siqaret yüklənmiş təyyarəni saxladı və qaçaqmalın Paşinyanın ailəsinə və yaxın adamlarına, hətta həyat yoldaşı Anna Akopyana, ”Mənim addımım" Partiyasının funksionerlərinə aid olduğu ilə bağlı bəyanat yaydı. Bu isə təbii ki, siyasi partiyaların müxtəlif bəyanatlarına və ən başlıcası Paşinyanın istefasına çağırışla nəticələndi. Təbii ki, baş icraçı Tsarukyan və onun partiyası oldu. Öz növbəsində Ermənistan DTX-sı Tsarukyanı sorğuya çağırdı, onun tərəfdarları isə karantin rejimini pozaraq mitinqə çıxdılar və kütləvi həbslər başladı. Tsarukyana bir neçə maddələrlə, o cümlədən seçki saxtakarlığı, rüşvət və digər İttihamlar irəli sürülüb. Ermənistan polisi bir gündə Tsarukyanın 252 tərəfdarını inzibati qaydada saxladı, bəzilərinə 2 aylıq həbs tətbiq edildi. Tsarukyan bütün bunların Paşinyan tərəfindən edildiyini və siyasi repressiya olduğunu bildirdi". Millət vəkilinin sözlərinə görə, Paşinyan indi çalışır ki, Tsarukyanın deputat toxunulmazlığını parlamentdə ləğv etdirsin: “Bunun əleyhinə olaraq daşnakların ofisində beş partiyanın yığıncağı keçirildi və gözlənildiyi kimi də bu tədbirə rəhbərliyi DTX-nın Paşinyan tərəfindən işdən azad edilən sədri Artur Vanesyan etdi. Hansı ki, birbaşa Rusiya ilə bağlı bir məmurdur. Bugünkü vəziyyətdə ən maraqlı məqam odur ki, artıq Paşinyanı liderə çevirmiş Ermənistan vətəndaşları başa düşüblər ki, onların hamısı müxtəlif öz maraqlarını güdən klanların əllərində oyuncağa çevriliblər. Müharibə, səfalət, iqtisadi tənəzzül burulğanında boğulan bir ölkənin adi vətəndaşları milyonlar sahibi olan qrupların onların başına nə oyunlar açdığını artıq dərk edirlər. Paşinyanın öz xalqına qarşı atdığı bu addımları isə nə xalq, nə də onun üzvü olduğu cinayətkar aləm bağışlamayacaq”.

Ermənistan daxilində xaosun hökm sürdüyü bir məqamda Ermənistan silahlı qüvvələrinin yeni Baş Qərargah rəisi Onik Qasparyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, Qasparyan Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyan və “müdafiə naziri” Cəlal Harutyunyanla görüşüb. Qasparyan bu yaxınlarda Baş Qərargah rəisi vəzifəsinə təyin edilib. Baş Qərargahın ondan əvvəlki rəisi Artak Davtyan koronavirus pandemiyası dövründə karantin rejimi qaydalarını pozaraq oğluna toy etdiyi üçün istefaya göndərilib. Qasparyanın Qarabağa gəlməsi təsadüf deyil. Paşinyanı hazırda ən çox qorxudan iki məsələ var. Birincisi, Ermənistan ordusunun silahı hakimiyyətin əleyhinə çevirməsi və Qarabağda mövcud olan hərbi birləşmələrin hərəkətə keçməsi, ikincisi, Azərbaycanın fürsətdən istifadə edərək işğalçı orduya zərbələr endirməsi ehtimalı. Yaxın tarixin təcrübəsi var, Ermənistan Azərbaycan ərazilərini məhz ölkəmizdə siyasi çaxnaşmaların baş verdiyi dönəmdə işğal edib və Paşinyan da bunu yaxşı bilir. O mənada İrəvanda ehtiyat edirlər ki, Azərbaycan Ermənistana növbəti dərsi məhz bu ərəfədə verə bilər.

Xüsusilə də işğal altındakı ərazilərə Ermənistandan üçüncü yolun çəkilməsinə verilən reaksiyalar İrəvanda səksəkə ilə qarşılanır. Avropa Birliyindən Ermənistanın bu, qanunsuz addımlarına verilən sərt reaksiyanın ardınca ermənilər bildirirlər ki, bu bəyanat Azərbaycana hərbi əməliyyatları başlamaq üçün yaşıl işıq yandırıb. Bu mənada koronavirus pandemiyasına qarşı mübarizədə təslim olan Ermənistan növbəti fəlakətlə üz-üzə qalacağından ehtiyatlanır. Xəbər verildiyi kimi, bugünlərdə Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin yeni rəhbəri Araik Arutyunyan işğalçı Ermənistanla Qarabağ torpaqlarını birləşdirəcək yeni yolun çəkiləcəyini bəyan edib. Bu yolun Xocavənd rayonunun Hadrut qəsəbəsindən başlayaraq Laçın və Qubadlı ərazilərindən keçməklə Qafan şəhərinədək davam edəcəyi bildirilib. Moderator.az xəbər verir ki, Xankəndində sülənən erməni bloger David Simonyan Ermənistana 3-cü yolun çəkilməsi planının əsil səbəbini açıqlayıb. O yazıb ki, Kəlbəcər və Ağdərədəki yataqlardan qızılın Ermənistana asan şəkildə daşınması üçün Kəlbəcərdən keçən Ağdərə-Basarkeçər (Vardenis) yolunun yenidən asfaltlandığı kimi Qarabağın cənubundakı digər qızıl yataqlarından da xammalın asan daşınmasını təmin etməkdən ötrü Qafana tərəf gedən 3-cü yol çəkilir.

Xatırladaq ki, Zəngilan rayonunda, Ağbənd dəmir yolu stansiyasından 4-5 km məsafədə Vejnəli qızıl yatağı yerləşir. Hazırda ermənilər xarici şirkətlərin köməyi ilə həmin yatağın istismarını davam etdirir.

Ermənistanın qarışması isə onun bütün planlarını poza bilər. Nikol Paşinyan “Tsarukyan sınağı” ilə üz-üzədir. “Çiçəklənən Ermənistan”ın liderinin arxasında təkcə tərəfdarları və milyonlar dayanmır, həm də Rusiya amili dayanır...

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyanın rəqibinin ən yaxın adamı həbs olundu

    Paşinyanın rəqibinin ən yaxın adamı həbs olundu ...

    3-07-2018, 15:52

  • 
  • Qiyamçı general Paşinyana qarşı: İrəvanda ara qarışa bilər

    Qiyamçı general Paşinyana qarşı: İrəvanda ara ...

    20-01-2020, 15:32

  • 
  • Ermənistan parlamenti “DQR”in müstəqilliyini tanımadı

    Ermənistan parlamenti “DQR”in müstəqilliyini ...

    13-11-2013, 14:12

  • 
  • Ermənistanda parlament seçkilərinə kimlər gedir?

    Ermənistanda parlament seçkilərinə kimlər gedir? ...

    19-02-2017, 21:07

  • 
  • Ermənistanda referendum olacaq

    Ermənistanda referendum olacaq ...

    7-02-2020, 10:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu