“Pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşsə də, iqtisadiyyatımızın strukturunda mənfi təsir minimal səviyyədədir”.
GundemXeber.Az xəbər verir ki, bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər görülür.
Nazir vurğulayıb ki, 2019-cu il yanvarın 1-dən əmək müqavilələri ilə bağlı da islahatlar aparılıb:
“2019-cu il yanvarın 1-də 539 min 522 əmək müqaviləsi vardısa, 2020-ci il 26 iyuna bu rəqəm 751 min 705 təşkil edir. Bu, o deməkdir ki, 18 ay ərzində 210 min əmək müqaviləsi artıb”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?