GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "Təəssüf ki, Ermənistan həmişə başqalarının girovu olub, indi də belədirlər" - Türkiyənin Belçikadakı səfiri Hasan Ulusoy

"Təəssüf ki, Ermənistan həmişə başqalarının girovu olub, indi də belədirlər" - Türkiyənin Belçikadakı səfiri Hasan Ulusoy

Tarix: 30-07-2020, 13:25 Bölmə :Siyasət Baxış: 350
"Təəssüf ki, Ermənistan həmişə başqalarının girovu olub, indi də belədirlər" - Türkiyənin Belçikadakı səfiri Hasan Ulusoy


Türkiyənin Belçikadakı səfiri Hasan Ulusoy Qarabağa dəstək aksiyası keçirərkən, ermənilərin hücumuna, şiddətinə, təhqirlərinə məruz qalan həmvətənlərimizlə bağlı Modern.az-ın suallarını cavablandırıb. GundemXeber.Az müsahibəni təqdim edir:

- Hasan bəy, hazırda Ermənistanın işğalçılıq siyasətinə qarşı dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar etiraz aksiyaları keçirirlər. Yaşadıqları ölkələrdən Vətənə həmrəylik mesajları verirlər. Sizin olduğunuz bölgədən mənzərə necə canlanır?

- Azərbaycanlı qardaşlarımızın ərazi bütövlüyü uğrunda atdığı addımlara qarşı ermənilərin silahlı hücumunun mahiyyəti olduqca uğursuzdur. Ermənistan beynəlxalq hüquq qaydalarına əməl etməlidir. BMT nizamnaməsindən irəli gələn özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyünü qorumaq Azərbaycanın ən təbii hüququdur. Bununla bağlı Ermənistanın son hücumlarda həlak olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Ermənistanın bu silahlı hücumu səbəbi ilə azərbaycanlı qardaşlarımız yaşadıqları ölkədə doğma yurdları ilə həmrəylik içində hərəkət etmək istəyirlər. Avropa qanunları və Avropa İnsan Hüquqları Konvensiyası ilə müəyyən olunan dinc toplaşmaq və nümayiş hüququndan istifadə etməkdə heç bir problem yoxdur. Bu, insanların haqqı, hüququdur.

- Məsələ burasındadır ki, ermənilər dünyanın dörd bir yanında azərbaycanlıların dinc şəkildə gerçəkləşdirdiyi etiraz aksiyalarını barbarlıqla qarşıladılar. Ermənilərin Xocalı qətlimanındakı əsl üzü bu etiraz aksiyalarında da göründü...

- Erməni diasporu çox sıx şəkildə dezinformasiya yaymaqdadır. Son hadisələrdə təcavüzkar tərəf yenə də Ermənistan olmasına rəğmən, Qərbdə Azərbaycan diplomatik nümayəndəlikləri qarşısında nümayişlər keçirmək üçün bələdiyyələrdən icazə alırlar. Burada məntiqi bir səhv var. Düşünürəm ki, təcavüzkarlara partiyanın üzvləri və vətəndaşlarına Azərbaycan nümayəndəliklərindən əvvəl icazə vermək düzgün deyil. Ermənistan tərəfinin məqsədi təxribatdır. Bunu artıq bir çox yerdə həyata keçirdilər və iki tərəfin də insanları qarşı-qarşıya gəldi. Bu səbəbdən, Qərb ölkələrinin əhalisinin dincliyi, ictimai təhlükəsizliyi baxımından erməni qruplarının bu nümayişlərinə həmin ölkələrin rəsmiləri tərəfindən icazə verilməməlidir.

- Azərbaycan-Ermənistan sərhədindəki düşmən təxribatı nəticəsində general da daxil olmaqla 12 Şəhid verdik, dinc aksiyalar zamanı insanlarımız şiddətə, hücuma məruz qaldı. Tanınmış diplomat olaraq, dünya ölkələrinin son hadisələrə münasibətini bir də sizin dilinizdən eşitmək istərdik...

- Təəssüf ki, bu kimi münaqişə məsələlərində tərəflərdən biri, məsələn, Türkiyə və ya Azərbaycan olduğunda qərblilər laqeyd qalırlar. Bu artıq bir refleks halına gəlib. Bunun arxasında bir-birilə kompleks şəkildə bağlı olan tarixi, sosioloji və dini amillər dayanır. Ancaq bu səbəbdən dolayı kənara çəkilmək olmaz. Xalq diplomatiyasının bütün kanallarından istifadə edərək haqqınızdan vaz keçməməlisiniz. Bu çərçivədə, indiki pandemiya şəraitində, beynəlxalq səviyyədə onlayn konfransların, vebinarların təşkililə problemin dünya ölkələrinin diqqətinə çatdırmaq faydalı olardı

- Sizin də vurğuladığınız kimi, əksəriyyət baş verənləri görməzdən gəlir. Necə düşünürsünüz, ermənilər daha hansı vəhşiliklər, qətlimalar törətməlidirlər ki, dünya buna susmasın, onların bu əməllərini soyqırımı kimi qəbul etsin?

- Ümid edirəm ki, bundan sonrakı proseslərdə qətliamlar olmaz. Kaş ki, bu qarşıdurmalar olmasaydı. Buna görə də, dərhal, Qərb ölkələrində erməni qruplarının nümayişlərinə qarşı qanuni müdafiə vasitələrinə müraciət etmək daha məqsədəuyğundur. Ayrı-ayrı ölkələrdə nümayişləri tənzimləyən qanunlar əsas götürülərək, düzgün diplomatik gediş etməklə yararlanmaq olar. Mən bir türk olaraq, azərbaycanlı qardaşlarımın birinin belə telinə zərər gəlməsini istəmərəm.

- Etiraz aksiyalarında ermənilər tərəfindən şiddətə, təhqirə məruz qalan, zərəçəkən həmvətənlərimizə hansı hüquqi yardımlar göstərilə bilər, beynəlxalq qaydalar nə deyir? Bir türk diplomat olaraq, bu istiqamətdə dəstəyiniz nədən ibarət ola bilər?

- Zorakılığa məruz qalan azərbaycanlıların polisə müraciət etmələri vacibdir. Bununla da günahkarların tutulması və mühakimə olunması üçün şikayət etməlidirlər. Əminəm ki, Azərbaycan nümayəndəlikləri də bu konsulluq himayəsi altında öz vətəndaşlarına ən yaxşı hüquqşünaslar tuturlar. Dinc nümayişlərdə erməni tərəfinin şiddətə əl atmasına cavab olaraq, Azərbaycan nümayəndəliklərinin olduqları ölkələrin Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə məlumat vermələri də vacibdir. Və bunun artıq edildiyini görürük

- Belçikadakı aksiyalarda ermənilərin hücumuna məruz qalanlar arasında təkcə mülki vətəndaşlar deyil, həmçinin jurnalislər də var...

- Bunun üçün az əvvəl sadaladığım müdafiə vasitələrindən istifadə edilməlidir. Həmçinin, beynəlxalq mətbuat təşkilatları tərəfindən mətbuata edilən bu hücumu pisləmək, diqqəti buna yönəltmək vacibdir.

- Hazırda bütün istiqamətlərdə olduğu kimi, diaspor sahəsində Türkiyə-Azərbaycan münasibətləri, əlaqələri daha da sıxlaşır. Bu əlaqələrin daha səmərəli hala gəlməsi üçün hansı addımların atılması zəruridir?

- İki qardaş ölkənin xalqları artıq demək olar ki, hər bir Qərb ölkəsində birlikdə yaşayırlar. Sözümüz bir özümüz birdir. Demokratik qaydaya və qanunun aliliyinə hörmət əsasında iki qardaş ölkənin xalqları hər zaman bir aradadır, bunun hansı sahə olmasının fərqi yoxdur. Burada vacib olan şey erməni qruplarının təxribatlarına qarşı diqqətli olmaqdır. Düşünürəm ki, bu dövrdə haqlıykən haqsız duruma düşməmək üçün, ermənilərə onların zorakılığı ilə cavab verməmək, qanundan kənara çıxmamaq olduqca vacibdir. Bu baxımdan azərbaycanlılar haqlı olduğu halda, ermənilərin təxribatlarına uyub haqsız vəziyyətə düşməmək üçün qanun-qaydalar çərçivəsində hərəkət etməlidirlər. Azərbaycanın Belçikadakı səfiri, qardaşım Fuad İsgəndərov azərbaycanlılara təxribatlara uymayaraq hərəkət etmələri barədə öz təklif və fikirlərini bildirib.

- Hasan bəy, bu günlərdə Azərbaycanda Türkiyə hərbçiləri birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri həyata keçirir. Bundan qorxuya düşən ermənilər təlimlərin məqsəd və məramını başqa məcraya, dünyanın diqqətini yeni bir münaqişə ocağının yarana biləcəyinə yönləndirməyə çalışırlar…

- Təəssüf ki, Ermənistan həmişə başqalarının girovu olub, indi də belədirlər. Qafqazda sülh, ərazi bütövlüyünə hörmət, mehriban qonşuluq münasibətləri Ermənistanın xeyrinədir. Ancaq onlar həmişə müharibədən yanadırlar. Bəlkə də bu onlara diqtə edənlərin mövqeyidir.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ottavada Ermənistanın işğalçılıq siyasətinə etiraz aksiyası keçirilib

    Ottavada Ermənistanın işğalçılıq siyasətinə ...

    25-07-2020, 20:57

  • 
  • Türkiyə səfiri: “Azərbaycanlı qardaşlarımızın tanklara qarşı bədənlərini sipər edərək verdikləri mücadilə əsla unudulmayacaq”

    Türkiyə səfiri: “Azərbaycanlı qardaşlarımızın ...

    22-01-2017, 00:01

  • 
  • Azərbaycanlı gənclər Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib

    Azərbaycanlı gənclər Ermənistanın Gürcüstandakı ...

    7-07-2017, 16:45

  • 
  • Ermənilərin Qarabağ haqqındakı “Neytral ərazi” filmində azərbaycanlı hərbçilər aşağılanıb - TƏXRİBAT- VİDEO

    Ermənilərin Qarabağ haqqındakı “Neytral ərazi” ...

    30-09-2013, 15:41

  • 
  • ​Əsəd erməniləri Qarabağa göndərir – Ermənistanda ŞOK anlaşma

    ​Əsəd erməniləri Qarabağa göndərir – Ermənistanda ...

    18-07-2018, 13:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu