Ermənilərin Qarabağ haqqındakı “Neytral ərazi” filmində azərbaycanlı hərbçilər aşağılanıb - TƏXRİBAT- VİDEO
Ermənilər Dağlıq Qarabağ haqqında yeni film çəkiblər. Rejissor Artak Zilafyanın çəkdiyi film “Neytral ərazi” adlanır. Modern.az xəbər verir ki, filmdə erməni hərbçiləri guya, Qarabağ müharibəsi dövründə Azərbaycan girovluğunda saxlanılan silahdaşlarını azad etmək üçün xüsusi əməliyyat keçirirlər. Azərbaycanlı hərbçilərin zalım və qaniçən kimi təqdim edildiyi “Neytal ərazi”də hadisələr girovların azad olunması ilə nəticələnir.
Dağlıq Qarabağda və Ermənistanda premyerası keçirilən film oktyabrın 2-də yerli ermənilərin köməyi ilə Rusiyanın Soçi şəhərində nümayiş olunacaq.
Sorğu
Yeni dizaynımız necədir?