“Rəsmi Ankaranın Azərbaycanın Dağlıq Qarabağa hücumunu açıq şəkildə dəstəkləməsi orta gücün Rusiya və ABŞ kimi ağır çəkililərə meydan oxuma qabiliyyətini açıq şəkildə nümayiş etdirir”.
Gundemxeber.Az xəbər verir ki, bu cümlə Fransanın "Le Monde" qəzetini analitiki Alen Fraşonun məqaləsində yer alıb.
“Hardadır ABŞ-ın liderliyi... NATO üzvü Türkiyə öz “müttəfiqlərinə” xəbər etmədən Dağlıq Qarabağda döyüş əməliyyatlarında yer alıb. Hanı Rusiyanın ənənəvi “nüfuz dairəsi”ndəki üstünlüyü - Türkiyənin dəstəklədiyi keçmiş sovet respublikası Azərbaycan digərinə (Ermənistana) zərbə endirir. Bölgəsəl dövlət, lakin nəhəng ambisiyalı Ərdoğan Türkiyəsi həm Ağ Evi, həm də Kremli ələ salıb.
Müəllif Trampın Ərdoğanın “bu qədər etdiklərinə rəğmən” ona qarşı heyranlıq duyduğunu yazır. “Bosfor liderinin impulsiv-avtoritet hərəkətləri, cəsarəti və onu tənqid edən ekspertləri ələ salmaq qabiliyyəti ABŞ liderinin xoşuna gəlir”,-deyə yazıda qeyd olunub.
“ABŞ-ın Türkiyənin NATO-da qalmasına görə Ərdoğanın hər şıltaqlığına dözdüyü bir vaxtda o, Qafqazda, Yaxın Şərqdə və Şərqi Aralıq dəniində regional ekspansionizm siyasəti həyata keçirməkdə davam edir. ABŞ isə ancaq bundan təəssüfünü bildirməklə onun hərəkətlərinə göz yumur”,-deyə məqalədə vurğulanıb.
Alen Fraşonun fikrincə, Rusiyanın mövqeyi ABŞ-dakından fərqlənmir. “Əgər Putin fikirləşirsə ki, Ərdoğana S-400 raketlərini verməklə onun təqdirini qazanacaq, ciddi şəkildə yanılır. Kremlin böyük strateqi Türkiyə ilə ən az iki cəbhədə-Suriya və Liviyada toqquşduğunu birdən fərq edib. Burada ruslarla türklər tamam ayrı düşərgələrdə vuruşurlar. İndi Ərdoğan Qafqazda Rusiyanın “öz rayonu” Qafqazda ona meydan oxuyur”,-deyə yazıda bildiriilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?