PKK lideri Abdullah Öcalanın qardaşı Osman Öcalan sensasion açıqlamaları ilə yadda qalıb. Avropa.info xəbər verir ki, Öcalan türklərlə kürdlər arasında barışı istəməyən qüvvələrin yeni prezident seçilmiş Rəcəb Tayyib Ərdoğana qarşı çevriliş planı hazırladıqlarını deyib. O, bu planda bəzi PKK təmsilçilərinin də yer aldığını söyləyib. «Türkiyədə dəyişimi Ərdoğan etdi. Mən inanıram ki, prezident olan Tayyib bəy böyük sorunları çözə biləcək. Türkiyənin yüzdə əllisinin səsini alan bir lider fəaliyyətini davam etdirir. Barışa qarşı olanlar Ərdoğana qarşı çevriliş etmək istədilər. Ancaq Türkiyə bunları aşdı. Lakin yenə belə bir təhlükə var. Kürdlər içində də barışa qarşı olanlar var. Biz barışa həmişəkindən daha çox yaxınıq.»
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?