“Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqlara başlamaqda maraqlıdır”.
Bunu Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov Gürcüstanın münaqişə tərəflərinin Tbilisidə danışıqlar aparması ilə bağlı təklifinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan məkandan asılı olmayaraq danışıqlara hazırdır: “Danışıqlar prosesi təxirə salınmamalıdır. Lakin Ermənistanın hərbi təxribatları nəticəsində danışıqlar mümkünsüz olub və status-kvo dəyişib. Münaqişənin real və dayanqılı həlli üçün qısa vaxtda bütün addımlar atılmalıdır”. Diplomat qeyd edib ki, rəsmi Tbilisi vəziyyətin gərginləşməsindən dərhal sonra ATƏT-in Minsk qrupuna səylərini səfərbər etməklə bağlı çağırışlar edib: “Minsk qrupunun həmsədrləri bildiriblər ki, qısa müddətdə danışıqların bərpası və münaqişənin həlli üzrə yeni təkliflərlə çıxış edəcəklər”/report.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?