Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi mümkündür.
Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, oktyabrın 14-də Dağlıq Qarabağdakı vəziyyəti azərbaycanlı həmkarı ilə müzakirə edib.
S.Lavrov əlavə edib ki, hərbi müşahidəçilər Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tərkibinə daxil edilə bilər.
Nazir əlavə edib ki, Rusiya Türkiyənin Dağlıq Qarabağda hərbi həllin mümkünlüyü ilə bağlı mövqeyi ilə razı deyil.
DİA.AZ-dan: Rusiyanın XİN başçısının bu mövqeyi əslində Qarabağın Azərbaycandan birdəfəlik alınması məqsədinə xidmət edir ki, bu da gün kimi aydındır. Lavrov deyir ki, atəşkəsə nəzarət mexanizminin tərkibinə HƏRBİ MÜŞAHİDƏÇİLƏR daxil edilə bilər. KİM BU HAQQI SƏNƏ VERİR Kİ?
Digər yandan, Azərbaycanın davası məgər ATƏŞKƏSİN BƏRPASI DAVASIDIRMI Kİ?
Azərbaycan torpaqlarının azadlığı uğrunda SAVAŞIR və Azərbaycan Prezidenti cənab İlham Əliyev də ölkəmizin şərtlərini açıqlayıb. Qarabağda nəinki hansısa digər dövlətin, Ermənistanın belə qoşunları ola bilməz! /trend.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?