Azərbaycan Ordusunun Qarabağda apardığı anti-terror əməliyyatı Ermənistan rəsmilərinin özlərini biabır etməsi ilə müşayiət olunur.
Ermənistan Müdafiə Nazirliyi az qala hər gün 3-4 ədəd Su-25 təyyarəmizi “vurur”. Bu hesabla dünyanın bütün Su-25-ləri bizdə imiş.
Zalımlar, elə bil qaşqaldaq ovlayırlar. Çox qəribədir ki, bu vurulan Su-25-lərin heç birinin görüntüsü, nə bilim, qalıqları göstərilmir. Niyə? Çünki vurduqları Su-25 deyil. Axır ki, dünən təxribatçı rus jurnalist Semyon Peqov etiraf etdi ki, bəs vurulan Su-25 yox, “kukuruznik” olub.
Bəs sizcə, ermənilərin vurduğu nədir?
Rus mediası bir müddət əvvəl yazmışdı ki, Azərbaycan 1947-ci ildə SSRİ-də istehsal olunan AN-2 yüngülmotorlu təyyarəsini yalançı hədəf kimi göstərir, bununla paralel olaraq isə PUA-larla erməni ordusuna dağıdıcı zərbələr vurur.
Bax, Ermənistanın vurduğu kukuruzniklərdir, gözlərinə Su-25 kimi görünür.
Erməni dezinformasiya maşını özünü biabır etməyə davam edir. Demək, 3 gün bundan əvvəl ordumuzun mövqelərinə hücum təşkil ediblər. Videodan da görünür ki, hədəfi heç düz-əməlli vura bilmirlər. Amma 3 gündür o görüntüləri “yeni video” adı ilə yeniləyə-yeniləyə ictimaiyyətə təqdim edirlər. Artıq ermənilər də boğaza yığılıb ki, bəsdir köhnə videoları bizə soxuşdurdunuz!
Məsələ aydındır, düşmənin başqa variantı qalmayıb. Öz məğlubiyyətini ört-basdır etmək dezinformasiya yayır, ya da köhnə videoları sırıyır camaatına.
Hazır olun, sizə şok bir sirri açıqlayacağam. Son məlumatlara görə, Ordumuz Qarabağda qanadlı tankları havaya qaldırıb. Hazırda uçan tanklarımız düşmənin hərbi mövqelərinə zərbələr endirir.
Hələ bu harasıdır? Birazdan sualtı gəmilərimiz Kəlbəcər dağlarında əməliyyata başlayacaq. //axar.az//
Sorğu
Yeni dizaynımız necədir?