GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır"

"Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır"

Tarix: 26-10-2020, 14:29 Bölmə :Siyasət Baxış: 271
"Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır"


"Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkə üçün daima strateji əhəmiyyət daşıyıb. Bu münasibətləri hər iki xalqın milli maraqları şərtləndirir".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Hikmət Məmmədov deyib.

"Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır"


Onun sözlərinə görə, iki qonşu dövlət arasında olan strateji əhəmiyyətli siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir:

"Azərbaycanın həyata keçirdiyi bütün enerji və nəqliyyat kommunikasiya layihələri Gürcüstan üzərindən realizə olunaraq Qərbə istiqamətlənir. Azərbaycan şirkətləri qonşu ölkəyə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir"

Hikmət Məmmədov
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü


Bundan başqa, mədəni, humanitar sahədə də iki ölkə arasında münasibətlər tarixi baxımdan bu gün də çox sıx və inteqrativdir. Turizmdən başlamış digər bütün mədəni mübadilələrə qədər ən müxtəlif sahələrdə qarşılıqlı münasibətlər sistemi də mövcuddur. İki qonşu ölkə istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda daima bir-birilərini dəstəkləyiblər. İkitərəfli və üçtərəfli diplomatik formatda yeni regional əməkdaşlıq platforması yaratmağa nail olublar”

"Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır"


Deputat həmçinin qeyd edib ki, Azərbaycan və Gürcüstan qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyiblər:

"Təsadüfi deyil ki, son günlərdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımları ilk dəstəkləyən dövlətlərdən biri də Gürcüstan olub. Qonşu ölkə qətiyyət nümayiş etdirərək işğalçı Ermənistana silah daşıyan dövlətlərə hava və quru nəqliyyat koridorunu bağlayıb. Bu, əsl dost və qonşu mövqeyidir. Ona görə də iki qonşu ölkə arasında münasibətlər bundan sonra da bütün sahələr üzrə inkişaf edəcək və hər iki xalqın maraqlarının təmin olunması üçün daha yaxşı perspektivlər yaradacaq".

"Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır"


“Uğurlu iqtisadi əməkdaşlıq Gürcüstanla münasibətlərimizi yeni inkişaf səviyyəsinə qaldırıb”
Pərviz Heydərov
İqtisadçı ekspert

Bunu isə “Report”a iqtisadçı ekspert Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında yüksək səviyyəli siyasi və iqtisadi əlaqələr digər ölkələr üçün nümunə ola bilər:

“Gürcüstandan iki ixrac neft kəməri və iki ixrac qaz kəmərimiz keçir. Perspektivdə Şərqdən-Qərbə yükdaşımalarda Azərbaycanın əhəmiyyətli paya sahib olmasını təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti qonşu ölkədən keçir. Hazırda koronavirus pandemiyası ilə əlaqədar olaraq, insanların səyahət imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Lakin gediş-gəliş açıq olan zamanlarda Gürcüstana gələn turistlərin arasında Azərbaycanlılar əhəmiyyətli paya sahib olublar”

"Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır"


Ekspert diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) timsalında Azərbaycan bu ölkəyə 1,5 milyard ABŞ dollarından artıq həcmdə investisiyalar yatırıb:

“SOCAR Gürcüstanın ən böyük vergi ödəyicilərindən biridir. Şirkət bu illər ərzində qonşu ölkədə təkcə sosial sahələrə 100 milyon ABŞ dollarına kimi yatırım edib. Bütün bunlar nəticə etibarı ilə iki ölkə arasındakı strateji partnyorluğun keyfiyyətcə yeni səviyyəyə çıxmasını təmin edib. Biz bunun bariz nümunəsini Ermənistanın bizə qarşı həyata keçirdiyi son təcavüz aktına cavab olaraq Azərbaycanın başlatdığı əks-hücüm və sülhə məcburetmə əməliyyatı zamanı gördük. Belə ki, Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilə bilər”.


Qeyd edək ki, bu ilin oktyabrın 20-də Gürcüstanın Laqodexi bələdiyyəsi ərazisində 18 000 etnik azərbaycanlının yaşadığı Qabalı kəndində “SOCAR Energy Georgia” tərəfindən tikilcək uşaq bağçasının təməli qoyulub. Oktyabrın 21-də isə Gürcüstanın Kvemo-Kartli regionunda azərbaycanlıların kompakt şəkildə yaşadığı İlməzli kəndinə “SOCAR Georgia Gas” MMC tərəfindən çəkiləcək qazpaylayıcı xəttin əsası qoyulub.

Həmçinin dünən Marneuli rayonunun Qızılhacılı kəndində idman kompleksinin təməli qoyulub. İdman kompleksi SOCAR-ın Gürcüstanda həyata keçirdiyi xeyriyyəçilik layihələri çərçivəsində inşa olunacaq.


Xatırladaq ki, təməlqoyma mərasimlərində jurnalistlərə açıqlama verən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün SOCAR Gürcüstan hökuməti ilə birlikdə böyük sosial layihələr həyata keçirir: “Belə bir sosial investisiyalardan biri də Qabalı kəndindəki uşaq bağçasıdır”.

Şirkət rəhbəri bildirib ki, SOCAR bu illər ərzində Gürcüstanda təkcə sosial sahələrə 100 milyon ABŞ dollarına qədər investisiya yatırıb: “Bu investisiyalar SOCAR-ın Gürcüstandakı fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər nəticəsində həyata keçirilib”.

Gumdemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səməd Seyidov: “Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin güclənməsi bütün dünyaya mesajdır”

    Səməd Seyidov: “Azərbaycan, Türkiyə və Gürcüstan ...

    14-09-2018, 13:56

  • 
  • Gürcüstanın XİN rəhbəri — Azərbaycan strateji tərəfdaşımızdır

    Gürcüstanın XİN rəhbəri — Azərbaycan strateji ...

    3-02-2018, 14:46

  • 
  • Parlamentləraarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbərlər təyin edilib

    Parlamentləraarası əlaqələr üzrə işçi qrupuna ...

    29-12-2018, 11:43

  • 
  • “Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü bərpa olunacaq”

    “Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü ...

    19-12-2012, 14:38

  • 
  • İvanişvili Kremlin “saqqızın oğurladı”

    İvanişvili Kremlin “saqqızın oğurladı” ...

    18-12-2012, 13:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu