Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb.
Bu barədə Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.
"Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır", - deyə Hikmət Hacıyev qeyd edib.
"Erməni təbliğat maşını mənim adımdan bu cür saxta profillər yaradır və sonra Ermənistan Xarici İşlər Nazirliyinə şərhlər yazır. Bu cəfəngiyatdır", - Hikmət Hacıyev tvitterdəki digər paylaşımında əlavə edib.
Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılmışdır. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır. pic.twitter.com/jEyPUmB7WN
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 1, 2020
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?