"Növbəti mərhələ üçün gündəlik hazırlamaq istəyirlər”.
Bu sözləri Sfera.az-a açıqlamasında ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəmizə gözlənilən səfərini dəyərləndirərkən politoloq İlqar Vəlizadə deyib:
"Minsk qrupunun fəaliyyəti dayandırılmayıb.Konsultativ söhbətlər aparılacaq. Növbəti mərhələ üçün gündəlik hazırlamaq istəyirlər. Azərbaycan dövlət başçısı da dəfələrlə qeyd edib ki, hazırda siyasi tənzimləmə dövrü başlayır”.
Politoloqun fikrincə, başa çatan prosesin ardınca geridə qalan bəzi məsələləri həll etmək lazımdır ki, burada Minsk qrupu müəyyən rol oynaya bilər:
"Ola bilər, Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsində Minsk qrupu müəyyən rol oynasın. Problemi tam olaraq həll etmək istəyirlərsə, İrəvan Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam olaraq tanımalıdır.Bu prosesdə də Minsk qrupu müəyyən əhəmiyyət kəsb edə bilər.
Düzdür, Ermənistan tamam başqa məqsəd güdür, danışıqlarda yenidən status məsələsini gündəmə gətirir.Azərbaycan öz növbəsində Minsk qrupunun gələcək fəaliyyətinin müəyyənləşməsi üçün müəyyən təşəbbüslərlə çıxış etməlidir.Bu təşəbbüslər İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, status məsələsindən əl çəkməsi və s. istiqamətdə olmalıdır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?