GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistan saatını “Bakı vaxtı”na qurmasa, xəritədən silinəcək - kapitulyasiyanın diktəsi

Ermənistan saatını “Bakı vaxtı”na qurmasa, xəritədən silinəcək - kapitulyasiyanın diktəsi

Tarix: 7-01-2021, 10:25 Bölmə :Siyasət Baxış: 242
Ermənistan saatını “Bakı vaxtı”na qurmasa, xəritədən silinəcək - kapitulyasiyanın diktəsi


Hərbi məğlubiyyəti öz qurtuluşu üçün tarixi şans saymaq əvəzinə, düşmən ölkə yenə odla oynayır; bu dəfə cavab Azərbaycan XİN-dən yox, Müdafiə Nazirliyindən gələcək; rusiyalı politoloq: “Azərbaycan ərazisində silahlı erməni qalmamalıdır...”

Ermənistan 2021-ci ilə daha da ağırlaşan bir sürü köhnə problemlə girdi. Yenisi də var. Bu da erməni xalqı və onun simvolik dövlətinin 44 günlük müharibədə üzləşdiyi kapitulyasiyadan dərs götürməsi məsələsidir. Əslinə qalsa, problemlərin problemi, yəni açar problem elə budur. Çünki ölkənin ayaq üstə durub-durmayacağı bilavasitə məhz ibrət dərsinə bağlıdır.

Əksər siyasi-hərbi ekspertlər və iqtisadçılar, hətta bəzi ağlı yerində olan tanınmış erməni simaları kapitulyasiyanı erməni xalqının qurtuluşu üçün tarixi bir şans hesab edir, öncəliklə qonşu Azərbaycan və Türkiyə ilə əlaqələrin vaxt itirmədən bərpasını təklif edirlər. Lakin 10 noyabr 3 tərəfli bəyanatdan keçən iki aya yaxın müddət göstərir ki, Ermənistan dövlət və cəmiyyət olaraq, hələ də 44 günlük savaşdan doğru-dürüst ibrət dərsi götürülməyib. Ölkə rəsmilərinin Qarabağla bağlı davam edən köhnə və təxribatçı ritorikası buna şübhə yeri saxlamır.

*****

Məsələn, yeni il girər-girməz, hələ ki öz baş nazir kreslosunu qoruyub saxlayan Nikol Paşinyan savaşdakı məğlubiyyətin səbəbləri barədə böyük bir məqalə yazıb və onun sonunda sırtıqcasına belə bir nəticəyə gəlib ki, “artsax” problemi Minsk Qrupunun formatına qaytarılmalı və “problemin” həllində “öz müqəddəratını təyinetmə haqqı” əsas götürülməlidir.

Maraqlıdır ki, məqalədən cəmi bir gün sonra Paşinyanın ekzotik xarici işlər naziri Asar Ayvazyan və ardınca daha bir erməni naziri Xankəndinə gedərək, orada son anda rusun mərhəməti sayəsində ipdən alınmış quldurbaşı Araiklə və onun yeni “xin başçısı” David Babayanla görüşüb (onların hər ikisi haqda Azərbaycanın Baş Prokurorluğu cinayət işi açıb və hər ikisi beynəlxalq axtarışa verilib). Erməni mediası yazıb ki, çağırılmamış qonaq və “dqr rəhbərliyi” “iki respublika arasında əməkdaşlıqla bağlı razılıq əldə ediblər”.

“İki respublika”. Gülməlidir, deyilmi? Eyni zamanda ağlamalıdır. Ermənilər üçün əlbəttə. O səbəbə ki, bu dəqiqə Ermənistan adlı qondarma dövlətin özünün varlığı böyük sual altında ikən xəstə toplumun xəstə başbilənləri hələ də mifik “artsax”dan dəm vururlar...

*****

Rəsmi Bakı artıq bu olaya ilkin və yumşaq reaksiyasını bildirib. Azərbaycan XİN-in bəyanatında haqlı olaraq vurğulanır ki, belə “səfərlər” vəziyyəti yalnız qızışdırmağa xidmət edir və İrəvan rəsmilərini yeni reallıqları qəbul eləməlidir.

Edəcəklərmi? Hələlik bunun parlaq işartıları gözə dəymir. Aydındır ki, erməni tərəfin heç nə olmayıbmış kimi, bu qəbildən provokativ və qızışdırıcı addımları davam eləsə, Azərbaycan xalqının səbrini yenə sınağa çəkmək istəsə, o zaman artıq XİN-lik bir şey qalmayacaq və cavab da, reaksiya da Müdafiə Nazirliyimizdən, Xankəndinin qulağının dinində olan nizami ordumuzdan gələcək. Necəsini yaxşı bilirlər.

Onsuz da Dağlıq Qarabağda qalmış bir ovuc terrorçu-quldurun məsələsi sürətlə gündəmə gəlməkdədir və böyük ehtimalla, yaxın günlərdə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında Moskvada müharibədən sonra ilk dəfə keçiriləcəyi deyilən üçtərəfli görüşün ən aktual mövzusu olacaq. Görüş olsa da, olmasa da bu məsələ mütləq gündəmə gələcək. Əsas da o səbəbə ki, əgər Rusiya da Dağlıq Qarabağı ölkəmizin ayrılmaz tərkib hissəsi sayırsa, o zaman suveren Azərbaycan ərazisində iki ordu ola bilməz!

Əslində de-fakto “ikinci ordu” yoxdur da. Söhbət, sadəcə, ərazimizdə qalmış və böyük sülhü, üçtərəfli anlaşmanı təhdid edən qanunsuz erməni hərbi birləşmələrindən, bandit-terrorçu dəstələrdən gedir.

*****

Rusiyalı analitik İqor Korotçenko da hesab edir ki, Moskva görüşündə əsas diqqət Dağlıq Qarabağdakı qanunsuz hərbi birləşmələrə yönəlməlidir. Bu barədə o, “Moskva-Bakı” portalına müsahibəsində bildirib. Sitat: “Ermənistan qüvvələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır. Bu, nəinki Ermənistan Silahlı Qüvvələrini, həmçinin de-fakto mövcud olmayan, ”dqr"in qanunsuz silahlı birləşmələrini də əhatə etməlidir. Onların tərk-silah olunması lazımdır. Azərbaycan ərazisində silahlı erməni qalmamalıdır. Yəni total silahsızlaşdırma keçirilməlidir. Bu, bölgədə sülh, rifah və çiçəklənmə üçün əsas şərtdir".

Öz növbəsində politoloq Qabil Hüseynli 2021-ci ilin Azərbaycan diplomatiyası üçün çox aktiv bir il olacağını düşünür. “Xüsusilə də 44 günlük müharibədən sonra bəzi məsələlərin masada həll edilməsi və aydınlaşdırılmasına ehtiyac var. Bu istiqamətdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin, hətta Türkiyənin də iştirakı ilə görüşlərin keçirilməsi vacibdir”, - deyə o Axar.az-a üç ölkə liderlərinin iştirakı ilə Moskvada keçiriləcək üçtərəfli görüş haqda yayılan informasiyalara münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, Qarabağ ətrafında baş verən son proseslərin müzakirəyə və aydınlaşdırılmasına ehtiyac var: “Əvvəla, regionda fəaliyyət göstərən sülhməramlı kontingentin vəzifə və səlahiyyətləri ilə bağlı konkret danışıqlar lazımdır. Xüsusilə son günlər sülhməramlıların aktiv təlimlər keçirməsi, bu təlimlərə erməniləri də cəlb etməsi kimi bəzi neqativ xəbərlər yayılır. Düzdür, bu xəbərlər rəsmi olmasa da, gözardı edilməməli və araşdırılmalıdır. Sülhməramlıların konkret vəzifə və səlahiyyətləri təyin edilməli, səlahiyyətlərin aşılması hallarına qarşı cəza tədbirləri müəyyənləşməlidir”, - politoloq qeyd edib.

Ekspert ikinci məqam kimi, son günlər məqsədli surətdə region xəritələri üzərində dəyişikliklər edildiyini söyləyib: “Bu xəritələrdə Azərbaycanın nəzarətindəki bir sıra ərazilər sülhməramlıların nəzarətində imiş kimi göstərilməyə çalışılır. Bu, yolverilməzdir və məsələnin üzərinə düşmək lazımdır. Həmin xəritələr dezinformasiya olsa belə, sülhməramlılara olan inamı azaldır. Üçüncüsü, Azərbaycan heç bir halda nə ”dqr" adlı bir qurumu, nə də onun “prezidenti” Araik Arutyunyanı qəbul etmir. Əraziyə tez bir zamanda müvafiq general-qubernator və Bakının məsləhət bildiyi bir səlahiyyətli şəxs seçilməlidir. Ümumiyyətlə, görüşlər zamanı bu məsələ aktual olmalıdır. Araik Arutyunyan Azərbaycanın ərazi bütövlüyünə qəsddə ittiham edilib, təhvil verilməlidir.

Dördüncüsü, Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhliz tez bir zamanda açılmalıdır. Diqqət etsəniz, bu məsələ sanki erməni tərəfindən məqsədli şəkildə gizlədilir və dəyişdirilməsinə çalışılır. Bu məsələnin aktuallığının itirilməsinə yol vermək olmaz. Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhliz bizim üçün “qırmızı xətt” olmalıdır.

Beşincisi, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə Moskvada keçiriləcək üçtərəfli görüşdən sonrakı görüşlərə Türkiyə də dəvət edilməlidir. Çünki Türkiyə də bu prosesin bir parçasıdır və bunu Rusiya da etiraf edir. Düşünürəm, bundan sonrakı danışıqların dalana dirənməməsi üçün rəsmi Ankaranın iştirakı vacibdir".

*****

Yəqin ki, belə də olacaq. Ona görə ki, qardaş ölkə bölgədə artıq mühüm söz sahibidir, vazkeçilməz oyunçudur. Ermənistanın isə heç bir səsi yoxdur. Ona görə də İrəvan saatını Moskvaya deyil, gec-tez “Bakı vaxtı”na qurmalı olacaq. Əks təqdirdə Ermənistan adlı formal dövlət də xəritədən silinə, yox ola bilər. Və bunu nə qədər tez eləsə, bir o qədər özü üçün yaxşı olar. Çünki zaman Ermənistana, erməni xalqına işləmir. Çoxdan işləmir.

Təbii ki, saat əqrəbləri deyərkən saat qurşağını nəzərdə tutmuruq. Azərbaycan və Ermənistan onsuz da eyni saat qurşağında yerləşir və Bakıda tutaq ki, saat 12-dirsə, İrəvanda da əqrəblər eyni vaxtı göstərir. Dönəmin, dövrün geosiyasi saatını deyirik... /musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan ordusu 6 erməni əsgərini məhv etdi, yaralılar var

    Azərbaycan ordusu 6 erməni əsgərini məhv etdi, ...

    18-06-2017, 02:04

  • 
  • Müdafiə Nazirliyindən erməni təxribatı ilə bağlı açıqlama

    Müdafiə Nazirliyindən erməni təxribatı ilə bağlı ...

    8-12-2014, 21:45

  • 
  • Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib - Müdafiə Nazirliyi

    Son günlər Ermənistan tərəfi 4-5 hərbi ...

    17-09-2018, 14:18

  • 
  • Cəbhədə erməni təxribatı: düşmən toplardan atır

    Cəbhədə erməni təxribatı: düşmən toplardan atır ...

    26-04-2016, 23:38

  • 
  • Sərhəddə erməni təxribatı - hərbçimiz yaralandı

    Sərhəddə erməni təxribatı - hərbçimiz yaralandı ...

    12-05-2016, 22:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu