Mülkiyyətini itirmiş Qarabağ sakinləri Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər.
Bunu qondarma “DQR”-nın “Prezident administrasiyası”nın rəhbəri və keçmiş “ombudsman”ı Artak Beglaryan dünən Facebook səhifəsində etdiyi video-müraciətində bildirib.
Begleryan qeyd edib ki, şikayətçilər bunu 6 ay ərzində vəkillərin köməyi ilə həyata keçirə bilərlər.
"6 aylıq bir müddət təyin olundu və vaxt itirməməyə diqqət etməlisiniz. Bunlar fərdi müraciətlər olmalıdır, vəkillər və insan haqları müdafiəçiləri ilə işləmək lazımdır. Əlbəttə dövlətdən sertifikatlar və digər sənədlər alaraq AİHM-ə sübut kimi təqdim edə bilərsiniz." - Beglaryan belə deyib.
Onun sözlərinə görə, vətəndaşlar AİHM-ə müraciətlərin illər çəkdiyini nəzərə almalıdırlar. Beglaryan xatırladıb ki, Avropa Məhkəməsi iş yükü çox olduğundan şikayətlərə 10 ildən çox müddətə baxa bilər.
Beglaryan çıxışında azərbaycanlıların ermənilərlə mehriban qonşuluq münasibətlərinə hazır olmadığını söyləyib. Amma nədənsə Azərbaycan dövlətinə məxsus torpaqlarda pis qonşuluq şəraitində yaşamaq istəməyənlərin rədd olub Ermənistana və ya başqa ölkələrə gedə biləcəklərini öz həmyerlilərinə xatırlatmağı unudub. Onu da görünür, bizimkilər separatçilərin yadına salmalıdır./Ovqat.com/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?