Şura üzvləri Elçibəyə qarşı hücumlara adekvat cavab verəcəkdir
Elçibəy İnstitutunun Məsləhət Şurasının toplantısında Prezident İlham Əliyevin 06 yanvar 2021- ci il tarixində keçrilmiş müşavirədə və düşmən işğalından azad edilmiş Şuşa şəhərinə səfəri zamanı növbəti dəfə Milli Azadlıq Hərəkatının lideri, eks prezident Əbülfəz Elçibəy, AXC, Musavatı hədəf alan, yaxın tariximizin təhrif edilmiş mənzərəsini yaradan, tarixi faktlara zdd və həqiqətə uyğun olmayan, haqsız qaralamalardan ibarət fikirlər səsləndirməsindən təəsüf, narazılıq və etiraz ifadə edilmişdir. Bu fikirlərin 2020- ci il Vətən müharibəsində qələbimizin və milli həmrəyliyimizin simvolu olan bir məkanda, vətəndaşlarımızda milli qürur hissi oyadan hadisə kimi Azərbaycan dövlət başçısının Şuşaya səfəri zamanı dilə gətirilməsi zərərli, dövlətin maraq və mənafelərinə zidd hərəkət hesab edilmişdir.
Eİ MŞ bildirir ki, milli birliyimizə zərər verən bu xəttin davam etdiriləcəyi təqdirdə adekvat üslub və məzmunda cavablar veriləcək.
Bununla bərabər ən yeni dövr siyasi tariximizin Rəsulzadə- Elçibəy ideologiyası əsasında obyektiv elmi təhlili, tədqiqi, təbliği və təşviqi üçün səylərin gücləndirilməsi, xüsusilə gənc nəslə tariximizin doğru- düzgün şəkildə çatdırılması zəruri sayılaraq, bu istiqamətdə görüləcək cari və uzunvədəli işlərin planlaşdırılması müzakirə edilmişdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?