GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Minsk Qrupu gorbagor olmuş statusu “diriltməyə” gəlir : cavabımız ağır olacaq...

Minsk Qrupu gorbagor olmuş statusu “diriltməyə” gəlir : cavabımız ağır olacaq...

Tarix: 27-01-2021, 10:12 Bölmə :Siyasət Baxış: 345
Minsk Qrupu gorbagor olmuş statusu “diriltməyə” gəlir : cavabımız ağır olacaq...


Rusiya-Ermənistan bir, Bakı-Ankara isə başqa mövqe sərgiləyirsə, məsələnin həlli necə olmalıdır?

ATƏT-in Minsk Qrupu Qarabağa növbəti səfərə hazırlaşır. Həmsədrlər bu həftə Polşada görüş keçirəcək. Görüş zamanı Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və İqor Popov (Rusiya) Qarabağla bağlı atacaqları növbəti addımları və Cənubi Qafqaz regionuna növbəti səfər planını müzakirə edəcək.

Sonuncu dəfə həmsədrlər dekabrın 12-14-ü tarixlərində regionda səfərdə olmuşdular. Həmsədrlik institutunun yenidən dirçəlməsində ən çox maraqlı olan Ermənistandır. Ermənistan həmsədrlər vasitəsilə Azərbaycana yenidən təzyiq etmək, gorbagor olmuş statusu yenidən gündəmə və masaya gətirmək istəyir. Azərbaycan Prezidenti son səfərdə həmsədrlərlə bağlı mövqeyini ortaya qoyub. Amma Rusiya da həmsədr ölkələrin Qarabağda yenidən fəaliyyətində maraqlıdırmı? Maraqlıdırsa, niyə? Masada olan Türkiyənin də mövqeyi Bakının mövqeyinə yaxındır, ölkə rəsmiləri dəfələrlə Minsk Qrupunu illərlə passiv fəaliyyətinə görə tənqid ediblər. İndi Rusiya-Ermənistan bir, Bakı-Ankara isə başqa mövqe sərgiləyirsə, məsələnin həlli necə olmalıdır?

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da yerləşən aparıcı beyin mərkəzi “Atlantic Council”in virtual formatda keçirilən müzakirəsində çıxışı zamanı “ATƏT-in Minsk Qrupu yeni reallığa uyğunlaşmalıdır” - deyib.

ATƏT-in Minsk Qrupunun Azərbaycandakı reputasiyasına toxunan Hikmət Hacıyev onun aşağı olduğunu, bunun əsas səbəbinin isə təşkilatın 25 ildən artıq bir müddətdə münaqişənin həllinə real töhfə verə bilməməsi ilə bağlı olduğunu vurğulayıb.

O bildirib ki, artıq ATƏT-in Minsk Qrupunun bu münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib.

ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz şəkildə qabardır”

Hikmət Hacıyev ATƏT-in Dağlıq Qarabağın status məsələsini yersiz şəkildə qabartdığını, bunun isə Ermənistanda yanlış və gərəksiz gözləntilər yaratdığını bildirib.

O, Minsk Qrupunun gələcəkdə müxtəlif layihələr vasitəsilə sülh quruculuğuna töhfə verə biləcəyinin mümkünlüyünü qeyd edib.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə “Yeni Müsavat”a bildirdi ki, statusla bağlı Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Qarabağa heç bir status verilməyəcək və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan ərazilər Azərbaycanın digər şəhər və rayonları kimi idarə olunacaq: “Gələcəkdə respublikamızın inzibati-ərazi bölgüsündə islahatların keçirilməsi zəruridir. İdarəetmənin səmərəliliyini təmin etmək üçün iri inzibati-ərazi vahidlərinin-bölgə, yaxud vilayətlərin-yaradılması vacibdir və Qarabağda 9-10 rayonu birləşdirib, belə bir inzibati-ərazi vahidi yaradıla bilər. Bu addım həm idarəetmənin səmərəliliyini təmin edər, həm də gələcəkdə erməni separatizminin qarşısını almağa imkan verərdi.

Abutalıb Səmədov: Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində düşmənə tarix boyu unutmayacağı bir dərs verdi


44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu erməniləri darmadağın edib, ərazi bütövlüyümüzü təmin etdi. Yaxın vaxtlarda suverenliyimiz də tam təmin olunacaq.

10 noyabrda ermənilər “təslim aktı”nı imzaladıqdan sonra diplomatik cəbhədə son dərəcə ağır mübarizəmiz başladı. Bu dəfə qarşımızda dünyanın ən böyük gücləri-ABŞ, Fransa və Rusiya dayanıb. 9 oktyabr 2020-ci ilə qədər onların mövqeyi birmənalı və yekdil olub - “Dağlıq Qarabağ Respublikası” deyilən, əldəqayırma qurumun müstəqilliyinə nail olmaq. “Madrid prinsipləri” adlanan bədnam sənəd məhz bu məqsədə xidmət edirdi. “Humanitar atəşkəs” deyilən və Moskvada imzalanan sənəddə hərbi əməliyyatları dayandırmaq və danışıqları “baza prinsipləri”, yəni “Madrid prinsipləri” əsasında davam etdirmək təklif olunurdu. Dünənə qədər separatizmi dəstəkləyən və ərazimizdə ikinci erməni dövlətinin yaradılmasını təmin etməyə çalışan həmsədrlərin kəskin dönüş edəcəyini və “status olmayacaq” deyəcəklərini düşünmək sadəlövhlük olardı. Çox güman ki, onlar “müstəqil dövlət” konsepsiyasından imtina edib, “ən yüksək status” modelini təklif edəcəklər. Biz onların irəli sürəcəkləri hər cür “gözlənilməz təkliflərə” hazır olmalıyıq".

Partiya sədrinin fikrincə, unutmamalıyıq ki, 30 ildən artıq davam edən və xalqımıza böyük faciələr yaşadan erməni separatçılığına qəhrəman ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altinda son verdi. Çox təəssüf ki, hələ də bəziləri qələbənin böyüklüyünü və bizə qarşı hansı cəbhənin mövcud olduğunu və hansı qüvvələri darmadağın etdiyimizi anlaya bilmirlər: “Bəsit arqumentlərlə uğurlarımızın dəyərini azaltmağa, Azərbaycan hakimiyyətinin möhtəşəm qələbəsinə kölgə salmağa çalışırlar. Maksimalist bəyanatlar verilir, ”niyə" sözü ilə başlayan çoxsaylı suallar səsləndirilir və bir dəhşətli həqiqət, mühüm məqam nədənsə nəzərə alınmır.

Bu həqiqət ondan ibarətdir ki, separatist qurumlara münasibətdə Qərblə Rusiya heç vaxt eyni cəbhədə olmayıb və eyni mövqedən çıxış etməyib. Yalnız bir istisna var və nə yazıq ki, o bizimlə bağlıdır. “Dağlıq Qarabağ münaqişəsi” deyilən və erməni separatizmini ifadə edən bu məsələyə münasibətdə ABŞ, Rusiya və Avropa uzun müddət eyni mövqedən çıxış etdi və ərazimizdə ikinci erməni dövlətinin yaranmasına dəstək verdilər. 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin müdrik gedişləri sayəsində biz bu təhlükəli birliyi pozduq və Rusiyanı müəyyən qədər ABŞ və Avropadan ayıra bildik. ABŞ və Fransadan fərqli olaraq Rusiya bu gün “status” məsələsini müzakirə etməyi düzgün saymır və hesab edir ki, bu məsələ gələcəkdə, üstəlik, o qədər də yaxın olmayan gələcəkdə müzakirə oluna bilər. Bu baxımdan, Rusiyanın mövqeyi “status məsələsi”ni Qərbin dəstəyi ilə indi gündəmə gətirmək istəyən Ermənistandan daha çox bizə yaxındır".

A.Səmədov qeyd etdi ki, Azərbaycan və Türkiyə Rusiyanın bu mövqeyindən maksimum yararlanmağa çalışmalıdır: “Bir sözlə, bizi qarşıda uzun sürən, yorucu mübarizə gözləyir. Bu prosesi uğurla başa çatdırmaq üçün dövlət başçımızın ətrafında daha sıx birləşməli və ona əlimizdən gələn dəstəyi verməliyik”.

AMİP-in sədr müavini Elşən Mustafayev isə bildirdi ki, Qarabağ münaqişəsinin artıq həll edildiyi dəfələrlə ən yüksək səviyyədə bəyan edilsə də ATƏT-in Minsk Qrupu “Prosesdə iştirak etməliyik” - deyib israr edir. Xüsusilə Minsk Qrupunun həmsədrlərindən Fransa əl-ayağa düşüb.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

Azərbaycan cəmiyyətində isə Minsk Qrupuna inam tamamilə itib. Fransanın həmsədrlikdə qaldığı halda isə bu vasitəçilik ümumiyyətlə qəbul edilmir: “ATƏT-in Minsk Qrupu yarandığı gündən problemin həllinə yox, yerində qalmasına, dondurulmasına xidmət edib. Burada indiyədək səsləndirimiş bir çox amillər rol oynayıb. Ən əsası isə Minsk Qrupunun problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlı olmaması idi. Bu isə sonsuzluğa qədər gedə bilməzdi. Necə ki, Azərbaycan ATƏT-in, BMT-nin öhdəliklərini özü yerinə yetirməyə məcbur oldu. Hesab edirəm ki, Minsk Qrupunu yenidən diriltmək cəhdləri ATƏT-in Dağlıq Qarabağ problemindən dolayı konfliktli məsələlərin həll olunmasında nüfuzunun aşağı düşməsindən qaynaqlanır. Cünki Azərbaycanın ATƏT-in fəaliyyətsizliyini açıq şəkildə ortaya qoymaqla atdığı addım, yeni presedent yarada bilər. Yəni ATƏT-in vasitəçi kimi iştirak etdiyi formatlara etimadsızlıq yarana bilər və problemi olan ölkələr problemlərinin həlli üçün yeni yollar axtarışına çıxa bilərlər. Azərbaycan bəyan eləyə bilər ki, Azərbaycanın ATƏT-in hazırda mövcud olan formatına ehtiyacı yoxdur, olsa belə, xeyri yoxdur. Problemin tam sona çatdırılması Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından keçir. Bu müqavilədə ən əsas şərt isə Azərbaycanın ərazi bütövlüyündən keçməlidir və hər hansı ərazi iddiaları olmamalıdır. Ərazidə yaşayan ermənilərin Azərbaycan vətəndaşı olaraq qanunlarımızla yaşaması və hüquqlarının qorunması isə bizim öhdəliyimiz ola bilər. ATƏT-in Minsk Qrupu belə formatda olan danışıqlarda vasitəçi olmağı üzərinə götürəcəksə, o zaman əməkdaşlıq etmək olar. Amma bu da o halda müəyyən nəticə verə bilər ki, 28 il Minsk Qrupuna həmsədr olan dövlətlərin tərkibində rotasiya olunsun və ehtiyac olarsa, tərkib genişləndirilsin. O dövlətlər orada təmsil olunsunlar ki, münaqişə tərəflərindən birinə üstünlük verməsinlər, yaxud bir paritet ortada olsun”.

Ekspert vurğuladı ki, Minsk Qrupu həmsədrlərinin hazırkı tərkiblə Qarabağ probleminin həllinə nail olmaq mümkün olmayıb. Müharibə də məhz bu üzdən baş verdi və Azərbaycan torpaqlarını güc yolu ilə azad etməli oldu.

Eyni zamanda E.Mustafayev hesab edir ki, əgər ATƏT-in Minsk Qrupunun gələcəkdə məsələyə yanaşması konkret Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa söykənəcəksə, bu qurumun vasitəçiliyindən istifadə etmək olar./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan və Ermənistan prezidenti görüşə razılıq verib

    Azərbaycan və Ermənistan prezidenti görüşə ...

    8-10-2017, 11:43

  • 
  • Həmsədrlər Ermənistana səfər edəcəklər

    Həmsədrlər Ermənistana səfər edəcəklər ...

    2-02-2018, 12:04

  • 
  • Həmsədrlər cəbhənin Ağdam istiqamətinə baş çəkib, monitorinq keçiriblər - YENİLƏNİB

    Həmsədrlər cəbhənin Ağdam istiqamətinə baş çəkib, ...

    31-10-2018, 14:58

  • 
  • Həmsədrlər İlham Əliyevlə görüşməyə gəldi

    Həmsədrlər İlham Əliyevlə görüşməyə gəldi ...

    15-12-2013, 12:30

  • 
  • Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar bəyanat yayıblar

    Həmsədrlər Azərbaycan və Ermənistan XİN ...

    24-09-2017, 11:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu