GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Erməni silahlıları Xankəndindən çıxarılmağa başlayıb: - Anlaşmadakı bəzi gizli məqamlar tədricən açılır

Erməni silahlıları Xankəndindən çıxarılmağa başlayıb: - Anlaşmadakı bəzi gizli məqamlar tədricən açılır

Tarix: 28-01-2021, 23:17 Bölmə :Siyasət Baxış: 571
 Erməni silahlıları Xankəndindən çıxarılmağa başlayıb: - Anlaşmadakı bəzi gizli məqamlar tədricən açılır


Ermənistan "qapalı qara qutu"ya çevrilməyə başlayıb. Əlbəttə, bu "qapalı qara qutu"nun içərisi yəqin ki, tam boş olmaz, sadəcə, qapağı açılanda nə çıxacağı məlum deyil. Və bu, istər-istəməz qeyri-müəyyənliyi ciddi şəkildə artırır.

Məsələ ondadır ki, hazırda Ermənistanın hansı siyasi qruplaşma tərəfindən idarə olunduğu kifayət qədər ciddi suallar doğurur. Yəni bu ölkədə kimin siyasi iradəsinin birmənalı olaraq, keçərli xarakter daşıdığı müzakirəyə açıq mövzudur. Siyasi böhran da əslində, elə bu problemdən qaynaqlanır.

Düzdür, Ermənistanda prezident də var. Ancaq prezident Armen Sarkisyanın dövlətin idarə olunması sistemindəki səlahiyyətləri İngiltərə kraliçasından daha çox deyil. Yəni, bu adamın əsas işi qarşısına qoyulan bəzi sənədləri imzalamaqla məhdudlaşır.

Ermənistanın qanuni siyasi lideri baş nazir Nikol Paşinyan hesab olunur. Ancaq 44 günlük savaşda biabırçı məğlubiyyət onun da siyasi iradəsini az qala hökumət binasının içərisinə sıxışdırıb.

Digər tərəfdən, Ermənistanı qeyri-leqal şəkildə idarə etməyə cəhd göstərən siyasi klan qruplaşmaları da var. Əsasən, radikal revanşist mövqedə olan, qeyri-leqal idarəçiliyə can atan siyasi klan qruplaşmaları öz davranışları ilə Ermənistanda hakimiyyət böhranı yaratmağa nail olublar. Yəni, görünən odur ki, Ermənistan çoxhakimiyyətlilik mərhələsindən keçməkdədir.

Belə qeyri-müəyyən şəraitdə isə Paşinyan hakimiyyəti ölkənin rəsmi təmsilçisi kimi, 10 noyabr anlaşmasını və 11 yanvarda imzalanmış Moskva bəyannaməsini yerinə yetirmək məcburiyyətindədir. Ancaq radikal revanşist siyasi klan düşərgəsi bütün bunlara müqavimət göstərməyə çalışır. Bir sözlə, Ermənistan hərənin bir tərəfə çəkməyə çalışdığı "köhnə araba"ya bənzəyir.

Üstəlik, israrla müxtəlif tərəflərə dartışdırılan "köhnə araba"nın bir küncündən Ermənistan cəmiyyətində güclü təsirə malik olan keşişlər də yapışıblar. Bir müddət öncə baş nazir Nikol Paşinyanı kilsədən qovan keşiş zehniyyəti də ölkənin idarə olunmasında pay sahibidir.

Hətta erməni katolikosu II Qaregin dövlətin gələcəyini kilsənin maraqları ilə uzlaşdırmaq niyyətini də qətiyyən gizlətmir. Onun fikrincə, Ermənistan dövlətçiliyinin itirilməsi ilə bağlı təhlükə həmişə var. Ancaq Ermənistan heç vaxt indiki kimi belə ağır duruma düşməyib: "Baş nazir Nikol Paşinyanın istefa verməsi ilə bağlı tələb qüvvədədir".

Yəni, bütün siyasi-ictimai qalmaqal biabırçı kapitulyasiya sənədinə imza atmış baş nazir Nikol Paşinyanın istefa verməsi ilə bağlı tələblərdə qapanır. Deyəsən, elə hesab edirlər ki, baş nazir Nikol Paşinyan istefa versə, yeni hakimiyyət vəziyyəti qısa müddətdə Ermənistanın xeyrinə dəyişə biləcək. Və üç dövlət arasında imzalanmış anlaşmaların şərtlərini yerinə yetirməyə ehtiyac qalmayacaq.

Yəni, yenə də "erməni xəyalları"nın "ümid istehsalı" tam gücüylə işləyir. Ancaq hər şeyi xəyallarla, ümidlərlə dəyişdirmək mümkün olsaydı, insanlar xəyal qurmaqdan başqa heç nə ilə məşğul olmazdılar. Bir ölkədə baş nazirin istefası ilə bir neçə daha güclü dövlətin maraqlarını məğlub etmək mümkün olsaydı, dünya istefa qalmaqalları ilə idarə olunardı.

Ancaq ən təəccüblüsü odur kı, xəyallar aləmində olanların sırasına hətta Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da qatılıb. R.Köçəryan həm də çox "uzaqdan" gəlir. O, keçmişi xatırlayıb, vaxtilə Azərbaycana Dağlıq Qarabağın əvəzində Naxçıvana dəhliz təklif etdiklərini vurğulayıb: "Ancaq o dövrdə Azərbaycan bu təkliflə razılaşmadı. İndi isə Azərbaycan həm Dağlıq Qarabağı, həm də Naxçıvana dəhlizi alıb. Ona görə də, baş nazir Nikol Paşinyan mütləq istefa verməlidir. Ermənistan itirilmiş mövqelərini geri qaytarmağa çalışmalıdır".

Göründüyü kimi, Ermənistanın keçmiş prezidenti də revanşist siyasi klan qruplaşmasının ortaq iki hədəfinə sadiqdir. Yəni, onun fikrincə, əvvəlcə özünün şəxsi düşməni olan baş nazir Nikol Paşinyan sıradan çıxarılmalıdır, ardınca da revanşa cəhd göstərilməlidir.

Ancaq keçmiş zamanların xiffətini çəkən keçmiş prezident önəmli bir məqamı unudur - hər dövrün öz hökmü var. O dövrdə Ermənistan işğal etdiyi Dağlıq Qarabağı Azərbaycandan hüquqi cəhətdən də qoparmaq istəyirdi. Ancaq Azərbaycan buna imkan vermədi. Bu dövrdə isə Ermənistan işğal etdiyi əraziləri qaytarmaq istəmirdi. Ancaq Azərbaycan savaşa başladı və öz torpaqlarını geri aldı. Məsələ bu qədər bəsitdir və bu revanş cəhdləri də boş xülyadan başqa bir şey deyil.

Hər halda, keçmiş prezident R.Köçəryan, ölkəsinin keçmiş müdafiə naziri D.Tonoyanın Azərbaycanı "yeni müharibə, yeni torpaqlar" sərsəmləməsi ilə hədələməsinin mövcud nəticələrini də qətiyyən nəzərdən qaçırmamalıdır. Bu sərsəmləmənin indiki situasiyanın yaranmasında oynadığı rolu hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov da vurğulamaq məcburiyyətində qaldı.

İndi isə artıq daha bir növbəti dövr də başlayıb. Ermənistanda baş nazir Nikol Paşinyan istefa versə və ya devrilsə də, yeni hakimiyyət gəlib, müqavimət göstərməyə çalışsa da, heç bir şey dəyişməyəcək. Ermənistan üç dövlət arasında imzalanmış anlaşmaları ən xırda detallarına qədər yerinə yetirməyə məcbur olacaq.

Həmin anlaşmaların bəzi müvəqqəti olaraq, ictimailəşdirilməyən önəmli məqamları isə tədricən ortaya çıxan yeni reallıqlar sayəsində aydınlaşmaqdadır. Artıq birmənalı şəkildə şübhə doğurmur ki, Xankəndi də daxil olmaqla, Azərbaycan ərazisində bir nəfər də olsun, silahlı erməni qalmayacaq. Bunu erməni ekspertlər də təsdiqləyirlər.

Bu baxımdan, erməni hərbi-siyasi analitik Hayk Naqapetyanın dedikləri böyük maraq doğurur: “Ermənistan vətəndaşları artıq Dağlıq Qarabağda hərbi xidmət keçə bilməyəcəklər. Bu, siyasi razılaşmanın nəticəsidir. Ordu komandirləri də onlara bu barədə verilən əmri artıq yerinə yetirirlər”.

Əlbəttə ki, burada təəccüblü heç nə yoxdur. Ermənilərin də təəccüblənməsi tamamilə yersizdir. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Əlində silah olan Ermənistan vətəndaşının Azərbaycanda nə işi var? Hər bir vətəndaş öz ölkəsinin ərazisində hərbi xidmət keçməlidir. Azərbaycan vətəndaşları da Ermənistan ərazisində hərbi xidmət keçmirlər. Deməli, silahlı ermənilər də ən qısa zamanda bir daha dönməmək şərtilə Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Maraqlıdır ki, erməni hərbi-siyasi analitik Hayk Naqapetyan bu prosesin artıq başlandığını da vurğulayıb. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı erməni hərbçilər azsaylı qruplarla oradan çıxarılır: “Bu hərbçilər Ermənistana gəldikdən sonra bir daha geri qaytarılmırlar. Digər tərəfdən, Ermənistandan Qarabağa getmək istəyənlər də Azərbaycan Ordusunun nəzarətindəki yollardan keçməlidirlər. Məsələn, kimsə getmək istəyirsə, Gorus yolundan keçməlidir, hərçənd burada bir çox ərazilər Azərbaycanın nəzarətindədir. Əslində, Ermənistandan Dağlıq Qarabağa gedən hansısa hərbi nəqliyyatın, yaxud personalın hərəkəti də Azərbaycanın nəzarətindədir”.

Yəni, erməni analitik hesab edir ki, Dağlıq Qarabağda əslində, hər şey Azərbaycanın nəzarətindədir. Bu baxımdan, Ermənistandan hərbçiləri, yaxud Ermənistana qayıdan silahları yenidən ora göndərmək qətiyyən mümkün deyil.

Göründüyü kimi, ermənilərin Laçın dəhlizinə bağladıqları böyük ümidlər o qədər də əsaslı deyil. Çünki Azərbaycan Laçın dəhlizinə qədər bir çox şeylərə ora çatmamış nəzarət etmək imkanına malikdir.

Beləliklə, erməni analitikin də dediklərindən aydın olur ki, üç ölkə arasındakı anlaşmalarda hər halda, ictimailəşdirilməyən müəyyən məqamlar olmamış deyil. Sadəcə, zaman keçdikcə, situasiyanın tələblərinə uyğun şəkildə həmin müvəqqəti gizli qalmış məqamlar ortaya çıxmağa başlayır.

Yəqin ki, anlaşmalar icra edildikcə, bir çox suallara tədricən cavablar da tapılacaq. Prosesin gedişi onu göstərir ki, bütün cavablar Azərbaycanın xeyrinə olan məzmun daşıyır./"Yeni Müsavat"/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İki Sarkisyanın başı bir Ermənistanda niyə “qaynamadı”...

    İki Sarkisyanın başı bir Ermənistanda niyə ...

    5-05-2018, 12:50

  • 
  • Paşinyan “vor zakon”larla ittifaq yaradır

    Paşinyan “vor zakon”larla ittifaq yaradır ...

    5-10-2018, 16:05

  • 
  • Paşinyan Köçəryana cavab verdi: “Burda küçə davası getmir, biz siyasi meyitlərlə mübarizə aparırıq”

    Paşinyan Köçəryana cavab verdi: “Burda küçə ...

    17-09-2018, 12:13

  • 
  • Paşinyan, yoxsa Manukyan: Qapalı qəfəsdə döyüş - GƏLİŞMƏ

    Paşinyan, yoxsa Manukyan: Qapalı qəfəsdə döyüş - ...

    9-12-2020, 12:12

  • 
  • Ermənistanda başqa bir siyasi partlayış yarana bilər - GƏLİŞMƏ

    Ermənistanda başqa bir siyasi partlayış yarana ...

    7-03-2019, 16:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu