GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qarabağ klanının hakimiyyətə yolu bağlanıb - Bakını da məmnun edən 2 dəmir səbəb

Qarabağ klanının hakimiyyətə yolu bağlanıb - Bakını da məmnun edən 2 dəmir səbəb

Tarix: 9-02-2021, 08:40 Bölmə :Siyasət Baxış: 268
Qarabağ klanının hakimiyyətə yolu bağlanıb - Bakını da məmnun edən 2 dəmir səbəb


Erməni xalqı Paşinyanın istefasından ehtiyatlanır ki, müharibə təzədən qızışar; Moskva isə “keçiddə atları dəyişməyi” riskli sayır, çünki...

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu parlamentdəki “Mənim addımım” hakim blokun üzvləri ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu ölkədəki müharibə sonrası vəziyyət və erkən parlament seçkiləri ilə bağlı olub. Paşinyan orada belə bir cümlə işlədib ki, hazırda növbədənkənar seçkilərə ictimai sifariş yoxdur. Yəni narazı xalq yeni seçkilərə maraq göstərmir.

Xatırladaq ki, Nikol Paşinyan ölkədəki gərgin siyasi ab-havanı yumşaltmaq üçün erkən seçkilərə getməyə hazır olduğunu, bunu hətta yazda reallaşdıra biləcəyini bəyan edib. Lakin müxalif qüvvələr təklifdən imtina edir və yalnız “İstefa!” deyir. Fevralın 18-nə növbəti kütləvi aksiya təyin edən opponentləri Paşinyan iqtidarı dövründə obyektiv seçki olmayacağını əsas gətirirlər. Analitiklərə görə isə səbəb başqadır: müxalifət sadəcə, qalib gələ biləcəyinə əmin deyil. Çünki elektorat hazırda məyus və parçalanmış durumdadır.

Erməni xalqı eyni zamanda 44 günlük müharibədə kapitulyasiyaya görə təkcə mövcud hakimiyyəti yox, on illərlə yanlış Qarabağ siyasəti aparan öncəki iqtidarları, xüsusən də 3 ildir siyasi revanş hissi ilə alışıb-yanan Robert Köçəryan və Serj Sərkisyanın başçılıq elədiyi Qarabağ klanını - 20 illik korrupsioner xunta rejimini da suçlu bilir, hansılar ki, indiki üsyançı müxalifətin əsasını təşkil edir.

Təsadüfi deyil ki, müxalifət 10 noyabrdan sonra hökumətə qarşı kütləvi etiraz dalğasına nail ola və Paşinyanı hakimiyyətdən sala bilmir. Ölkədə hakimiyyəti dəyişməyin başqa konstitusion yolu isə parlamentdə baş naziri digəri ilə əvəzləməkdir ki, ona da hakim fraksiya - “Mənim addımım” imkan vermir...

*****

Beləcə, ölkədə ilk baxışda siyasi pat vəziyyəti yaranıb və bu da ən çox elə Paşinyan iqtidarının əlinə işləyir. Ən çox isə Qarabağ klanına sərf eləmir. Artıq situasiyanı öz xeyrinə dəyişmək üçün sabiq prezident, iki ildir 1 mart 2008-ci il qanlı hadisələrinə görə istintaq altında olan Xocalı hərbi canisi Robert Köçəryan hərəkətə keçmək qərarı verib. Köçəryan rəsmən böyük siyasətə qayıtdığını bildirib və olduqca iddialı açıqlamalar səsləndirib.

Məsələn, deyib ki, komandası ilə erkən seçkilərə hazırdır və seçkilərdə qələbə çalacağına şübhə eləmir. Keçən həftə Moskvada olarkən verdiyi müsahibədə isə o bəyan edib ki, “əgər 2020-ci ildə hakimiyyət başında özü olsaydı, müharibə baş verməz, ən azından, Ermənistan savaşdan məğlub çıxmazdı”.

Əlbəttə ki, “əgər” sözü ilə başlayan bu qəbil bəyanatlar ən əvvəl ictimai rəyi çaşdırmağa və öz tərəfinə çəkməyə, həmçinin Paşinyanı daha da gözdən salmağa yönəlib. Halbuki bir çox ekspertlər buna da əmindirlər ki, hakimiyyətdə Qarabağ klanı olsaydı belə, müharibə qaçılmaz idi, çünki sülh danışıqları Ermənistanın bütün iqtidarlarının maksimalist tələbləri üzündən dalana dirənmiş, Azərbaycanın səbri tükənmişdi. “Məxməri” baş nazir, sadəcə, bu səbri daşıran axırıncı damla oldu. Ən önəmlisi, deyəsən, bunu erməni xalqı da anlayıb.

Bu və digər səbəbdən Köçəryan və bandasının hakimiyyət revanşı, yumşaq desək, çox dumanlı görünür. Həm də o səbəbə ki, bu dəqiqə nəinki Qərb, rəsmi Moskva da Ermənistanda hakimiyyət dəyişikliyinə maraqlı görünmür. Ona görə ki, 10 noyabr üçtərəfli sazişin tam həcmdə reallaşması Rusiyaya da, Qərbə də lazımdır və “keçiddə atları dəyişmək” bu səbəbə ən çox Kreml üçün təhlükəli ola bilər...

*****

Rusiya bu gün bölgədəki nəqliyyat əlaqələrinin açılması təşəbbüsünün ile ilgili görsel sonucu

“Rusiya bu gün bölgədəki nəqliyyat əlaqələrinin açılması təşəbbüsünün reallaşmasını fəal şəkildə təbliğ edir. Bu planların həyata keçməsi üçün isə Ermənistanda hökumətin indiki kimi ciddi parlament çoxluğuna əsaslanaraq qorunub saxlanması Kremldən ötrü obyektiv olaraq daha məqbuldur”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Moskvadakı Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki, tanınmış politoloq Mixail Neyjmakov Köçəryanın siyasətə qayıtmaq istəməsini rusdilli Vesti.az saytına şərh edərkən deyib.

Onun sözlərinə görə, erkən seçkilər olacağı təqdirdə ölkə parlamentinin tərkibi böyük ehtimalla daha heterogen (qarışıq) olacaq və istənilən yeni hökumətin qanunverici orqandakı dəstəyi indikindən zəif və az sabit olacaq. “Ona görə Moskvanın Ermənistanda hökumətin qısa zamanda dəyişməsində maraqlı olacağı ehtimalı obyektiv olaraq azdır”, - deyə rusiyalı ekspert vurğulayıb.

Politoloq Paşinyanın rəqiblərinin küçə etirazlarının təzyiqi altında onu indiyədək istefaya vadar edə bilməməsinə də diqqət yönəldib: “Çox güman ki, 18 fevrala elan edilən mitinq də prinsipial olaraq, heç nəyi dəyişməyəcək. Gələn məlumatlara görə, ümumiyyətlə, Ermənistan sakinlərinin əhəmiyyətli bir hissəsi hazırkı baş nazirin istefası halında mənfi nəticələrdən qorxur və bu səbəbə müxalifətin çox sərt tənqidinə səbəb olmuş məsələlərdə belə, birmənalı olaraq sonuncuya dəstək verməyə tələsmir”.

Analitikə görə, bu, məhz o vəziyyətdir ki, vətəndaşların kifayət qədər böyük hissəsi hakimiyyəti dövründə hərbi məğlubiyyət yaşanmış lideri “cəzalandırmağa” deyil, əksinə, daha böhranlı durumun yaranmaması naminə son qarant kimi ondan möhkəm yapışmağa üstünlük verir. “Həmçinin Ermənistan sakinlərinin əhəmiyyətli kəsimi qorxur ki, revanş sifarişi tezliklə silahlı qarşıdurmanın yenidən başlamasına gətirə bilər. Bəlkə də Paşinyanı daha böyük siyasi problemlər o vaxt gözləyəcək ki, son Qarabağ müharibəsinin yekun nəticələrinin yaratdığı şokun Ermənistan ictimaiyyətinə təsiri azalacaq”, - deyə politoloq əlavə edib.

*****

Azərbaycana gəlincə, Nikol Paşinyanın iqtidarda qalması hələlik Bakıya da sərfəlidir. O səbəbə ki, bu gün milli maraqlarımız baxımından Ermənistanda Paşinyandan daha sərfəli siyasi fiqur üfüqdə görünmür...

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan baş nazir postundan gedir – Ölkədə növbədənkənar seçki keçiriləcək

    Paşinyan baş nazir postundan gedir – Ölkədə ...

    15-10-2018, 15:58

  • 
  • ​Paşinyanın seçki oyunu: istefaya gedir və...

    ​Paşinyanın seçki oyunu: istefaya gedir və... ...

    16-06-2018, 21:58

  • 
  • Paşinyan istefa verəcək

    Paşinyan istefa verəcək ...

    16-06-2018, 13:45

  • 
  • Paşinyan Ermənistanın bütün qubernatorlarını dəyişəcək

    Paşinyan Ermənistanın bütün qubernatorlarını ...

    22-05-2018, 12:58

  • 
  • Paşinyan istefa verəcək – İrəvanda vəziyyət qarışır

    Paşinyan istefa verəcək – İrəvanda vəziyyət ...

    3-10-2018, 11:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu