Məlum olduğu kimi, bir neçə gün öncə Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Laçın rayonuna səfər edib. Dövlət başçısı Laçının Güləbird kəndində çıxış edərkən bir sıra mühüm məqamlara toxunub. O, həmçinin beynəlxalq aləmə mesaj verib: ““Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”.
Görünür, ermənilər aqibətlərindən nəticə çıxarmayıblar və hansısa möcüzəyə inanırlar. Halbuki bundan sonra hətta möcüzə də onlara kömək edəsi deyil. Düşmən hərbi-siyasi hakimiyyəti son şansını da çoxdan itirib.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı dövlət başçısının sözügedən bəyanatı barədə “Sherg.az”a danışarkən dedi ki, ermənilər bu mesajı düzgün qiymətləndirməlidirlər:
“Düşmən hələ də nəyəsə ümid edir və belə demək mümkünsə, çırpınır. Qondarma rejimi müstəqil kimi tanıtmaq cəhdləri buna sübutdur. Rus dilini ikinci dövlət dili elan etməklə isə Kremlə sığınmaq və beləliklə, mövcudluqlarını qorumaq istəyirlər.
Azərbaycanın tarixi zəfəri düzgün nəticə çıxarmaq üçün onlara ip ucu olmalıdır. Rəsmi İrəvan yanlış yoldadır.
Düşmən yalnız şərtlərimizi qəbul etdiyi təqdirdə mövcudluğunu qoruya bilər. Düzdün nəticə çıxarmayacaqları və revanşist meyillərə davam edəcəkləri təqdirdə isə üçüncü Qarabağ müharibəsinin başlanması qaçılmazdır. Budəfəki nəticələr isə düşmən üçün daha ağır olacaq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?