Baş nazir Əli Əsədov dərman vasitələrinin idxalı barədə sərəncamlar imzalayıb.
Sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsinin Azərbaycana idxalı 180 (yüz səksən) gün müddətində həyata keçirilicək.
Digər sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən İsveç Krallığının “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycana idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə bu sərəncamlardan irəli gələn məsələlərin həllini təmin etmək tapşırılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?