GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan hakimiyyəti və müxalifəti daxilində də ciddi dəyişikliklər gözlənilir...

Azərbaycan hakimiyyəti və müxalifəti daxilində də ciddi dəyişikliklər gözlənilir...

Tarix: 14-10-2013, 09:11 Bölmə :Siyasət Baxış: 659
Azərbaycan hakimiyyəti və müxalifəti daxilində də ciddi dəyişikliklər gözlənilir...
“İlham Əliyev siyasi komandasını dəyişməli olacaq”

Elxan Şahinoğluya görə, Azərbaycan müxalifəti daxilində də ciddi dəyişikliklər gözlənilir...
ATƏTDTİHB səsvermədən sonra açıqladığı rəydə seçki prosesinin pozuntularla müşayiət olunduğunu bildirərək, daha çox tənqidi mövqedən çıxış elədi. Ancaq ATƏT-in indiki sədri, Ukraynanın xarici işlər naziri Leonid Kozhara və qurumun Bakı ofisinin rəhbəri Azərbaycanın dövlət başçısını təbrik elədilər. Bu, istər-istəməz ATƏT daxilində bir-birinə zidd mövqe olması təəssüratı yaradır. Digər tərəfdən, əksər nüfuzlu beynəlxalq qurumlar Azərbaycanda keçirilmiş seçkilərlə bağlı ATƏT müşahidəçilərinin rəyinə istinad edərək mövqe bildirdiklərini vurğulayırlar.
Bütün bunların, eləcə də seçkinin nəticələri ilə ölkədə yaranmaqda olan yeni situasiyanın Azərbaycanı həm daxili, həm də xarici siyasətdə hansı istiqamətə götürə biləcəyi də böyük maraq doğurmaqdadır.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, Azərbaycanda keçirilmiş prezident seçkilərinə və onun nəticələrinə hazırda iki diametral yanaşma mövcuddur: “Birinci yanaşma odur ki, Azərbaycanda prezident seçkiləri mükkəməl keçirilib, pozuntular olmayıb və İlham Əliyev parlaq qələbə çalıb. İkinci yanaşma isə bunun tam tərsidir: seçkidə kütləvi saxlatalaşdırma halları qeydə alınıb, seçki şəffaf və ədalətli olmayıb, İlham Əliyev isə Milli Şuranın vahid namizədi Cəmil Həsənli üzərində qələbə çala bilməyib. Bu vəziyyətə seçkiləri izləyən beynəlxalq müşahidə missiyaları da aydınlıq gətirə bilmədilər. Onların da iki diametral yanaşması ilə üz-üzə qaldıq. 2003-cü ildə də buna oxşar situasiya yaşanmışdı. Əslində bu dəfə proses hakimiyyətin istəyinə uyğun gedirdi, beynəlxalq müşahidəçilərin əksəriyyəti seçkidən məmnun qaldıqlarını söyləyirdilər. Bu mövqeni Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin nümayəndə heyətləri də bölüşdülər. Bunun ardınca, Türkiyə, Rusiya və Gürcüstan prezidentlərinin İlham Əliyevi qələbə münasibətilə təbrik etmələri də hakimiyyəti xeyli rahatlatdı. Ancaq daha sonra ATƏT-in müşahidə missiyasının keçirdiyi mətbuat konfransı hakimiyyətin planlarını pozdu. ATƏT missiyasının seçkilərdə xeyli qanunsuzluqların qeydə almasını vurğulaması hakimiyyəti hövsələdən çıxartdı və nəticədə ATƏT-in müşahidəçilərinin keçirdiyi mətbuat konfransında qarışıqlıq yarandı. Hakimiyyətin narazılığı aydın idi. Çünki Qərb dövlətlərinin və Qərb mətbuatının seçkiylə bağlı mövqeyində məhz ATƏT-in hesabatı xüsusi önəm daşıyır. ABŞ Dövlət Departamentinin Azərbaycandakı seçkiylə bağlı mənfi reaksiyası da ATƏT-in müşahidə missiyasının rəyinə əsaslanmışdı. Qərb mətbuatında isə seçkidəki pozuntular və İlham Əliyevin üçüncü prezidentliyi haqqında kəskin yazılar dərc olundu. Cavabında isə Azərbaycan rəsmiləri həm ATƏT, həm də ABŞ Dövlət Departamentinin seçkiylə bağlı rəylərini tənqid etdilər”.
Elxan Şahinoğlu bir müddət sonra bütün bunların unudulacağını və həmin Qərb qurumlarının, Avropa Birliyinin və ABŞ-ın Azərbaycan hakimiyyəti ilə əməkdaşlığı davam etdirəcəyini düşünür: “Beynəlxalq təşkilatların bir qismi 2003-cü il seçkisinin nəticələrini də ciddi tənqid edərək sərt hesabatlar yaymışdılar. Ancaq bu amil Qərbin İlham Əliyevi tanıyaraq, onunla əməkdaşlıq qurmasına mane olmadı. Cənubi Qafqazın açar dövləti olan Azərbaycan Qərb üçün hər baxımdan cəlbedicidir. Qərb Azərbaycanda real gücün İlham Əliyev olduğunu qəbul edir. ABŞ və Avropa Birliyi Bakının Kremllə yaxınlaşa biləcəyi ehtimalını da nəzərə alaraq, İlham Əliyevi seçkiylə bağlı həddən artıq sıxmaq istəmir. Məsələn, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ”Azərbaycan xalqının taleyini Qərb müəyyən etmir" və ya Azərbaycanın Kosovo, İraq və Əfqanıstana göndərdiyi hərbi heyəti nəzərdə tutaraq, “Biz ABŞ-ın maraqları üçün bu qədər etdiyimiz halda, Vaşinqton bizə qarşı ikili standart siyasətini həyata keçirir ” kimi ifadələri sanki bir mesaj xarakteri daşıyır. Görünür, rəsmi Bakı demək istəyir ki, bizi daha çox sıxsanız, üzümüzü başqa ünvanlara çevirə bilərik. Əlbəttə, Vaşinqton və ya Brüssel şantaj dilini qəbul etməz. Ancaq Azərbaycanın Rusiyaya meyllənməsiylə də razılaşmayaraq, İlham Əliyevlə körpüləri tam yandırmaz".
Bununla belə, Elxan Şahinoğlunun fikrincə, Azərbaycan hakimiyyəti üçün də heç də hər şey asan olmayacaq: “Üçüncü prezidentlik dövrü İlham Əliyev üçün ilk iki dövrdən daha çətin olacaq. Çünki növbəti 5 ildə həm daxildə, həm də xaricdə ondan gözləntilər artacaq. Daxili siyasətdə İlham Əliyevdən islahatların dərinləşdirilməsi, çevik hökumətin formalaşdırılması, sosial problemlərin həlli, korrupsiyanın miqyasının azaldılması və oliqarxik sistemi və inhisarçılığı məhdudlaşdırması, xarici siyasətdə isə seçim etməsi gözlənilir. Təsadüfi deyil ki, İlham Əliyevin seçkilərdəki əsas rəqibi Cəmil Həsənli artıq Brüsselə və Strasburqa, noyabrın ortalarında isə Vaşinqtona dəvət olunub. Əlbəttə, bu, o demək deyil ki, Brüssel və Vaşinqton İlham Əliyevin legitimliyini şübhə altına alır. Ancaq Cəmil Həsənli ilə dialoqla Bakıya belə bir mesaj da yollayırlar ki, Azərbaycan hakimiyyəti zəruri islahatlar aparmasa və xarici siyasətdə Rusiyaya meyllənsə, müxalifətə dəstək artırıla bilər”.
Politoloq hesab edir ki, hələlik İlham Əliyev xarici siyasətdə seçim etməyə tələsmir: “O, yəqin ki, nə Avropa Birliyi ilə assosiativ üzvlük anlaşması imzalayacaq, nə də Rusiyanın dəstəklədiyi Gömrük İttifaqına qoşulacaq. Hökumətin 7 oktyabr iclasında ”Azərbaycana təzyiq etmək, diktat dili ilə danışmaq mümkün deyil, biz öz yolumuzla gedəcəyik" deyən dövlət başçısı bu siyasətin gələcək 5 ildə də davam etdiriləcəyinin mesajını artıq verib. İlham Əliyev daxili siyasətdə də ehtiyatlı olacaq. Dövlət başçısı öz siyasi komandasını tədricən dəyişməyə üstünlük verəcək, yaşlaşmış nazirləri və məmurları Qərb təhsilli gənclərlə əvəzləyəcək və onların qarşısında yeni hədəflər qoyacaq. Korrupsiya ilə mübarizə də hakimiyyətin daha aşağı səviyyələrini əhatə edəcək. Dövlət başçısı öz çıxışlarında tez-tez “korrupsiya Azərbaycan üçün əsl sosial bəladır” desə də, korrupsiyanı yaradan səbəblərin üzərinə ehtiyatla gedəcək ki, bu, sistemin silkələnməsinə səbəb olmasın. İlham Əliyev ASAN Xidmət və elektron dövlət kimi addımlarla sistemi daxildən islah etməyə çalışacaq. Bütün hallarda Azərbaycanda korrupsiya və inhisar mühitini formalaşdıran, sağlam rəqabəti əngəlləyən oliqarxik sistem ortadan qalxmayınca insanların narazılığı azalmayacaq".
Elxan Şahinoğlunun fikrincə, Azərbaycan müxalifəti daxilində də ciddi dəyişikliklər gözlənilir: “Prezident seçkiləri Cəmil Həsənlini həm daxildə, həm də beynəlxalq aləmdə xeyli məşhurlaşdırdı. Artıq onun ətrafında elektoral baza formalaşmaqdadır. Cəmil Həsənli fərqli müxalif partiya və qrupların birləşdirici fiquru kimi xarakterizə edilməyə başlanılıb. Ona görə də Cəmil Həsənlinin liderliyi ətrafında yeni siyasi hərəkatın formalaşdırılması planları gündəmə gələ bilər. Milli Şuranın yeni bir formaya transformasiya olunması da mümkündür. Digər variant Cəmil Həsənlinin Müsavat Partiyasının rəhbərliyinə gətirilməsiylə yanaşı (Müsavat başqanı İsa Qəmbər onsuz da növbəti qurultayda partiyaya yenidən sədrlik etməyəcəyini açıqlayıb), AXCP-nin də bu partiyaya birləşdirilməsidir. Yəni müxalifətdə super partiya ideyası ətrafında müzakirələrin genişlənəcəyi qətiyyən istisna deyil. Gələcək birləşmiş müxalifətin qarşısında iki hədəfin qoyula biləcəyini ehtimal etmək olar: Birinci hədəf üçüncü prezidentlik dövründə İlham Əliyevin hakimiyyətini silkələmək, daxildə və xaricdə onun dayaqlarını laxlatmaq, ikinci hədəf isə 2015-ci ilin parlament seçkilərinə hazırlıq işlərinə başlamaqdır”.
Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanda təlatümlərə deyil, dialoq mühitinin formalaşmasına ehtiyac var: “Təhlükəli ssenarilərin işə düşməməsi və qonşularımızın bundan istifadə etməməsi üçün hakimiyyətin vaxt itirmədən müxalifətlə dialoqa başlaması, müxalifətin gələcək parlamentdə təmsilçilik hüququnu təmin etməsi olduqca vacibdir. Çünki ölkədə siyasi mübarizəni siyasi və hüquqi sistemin içinə keçirmək lazımdır. Sistemdən kənar mübarizənin nə hakimiyyətə, nə müxalifətə, nə də cəmiyyətə xeyri var".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ATƏT sədri Azərbaycana gəlir

    ATƏT sədri Azərbaycana gəlir ...

    5-07-2013, 15:01

  • 
  • Seçkiyə dair bəyanatlar bir-birinə calanıb

    Seçkiyə dair bəyanatlar bir-birinə calanıb ...

    11-10-2013, 10:44

  • 
  • ABŞ-dan Azərbaycana demokratiya çağırısı

    ABŞ-dan Azərbaycana demokratiya çağırısı ...

    8-07-2013, 23:20

  • 
  • ATƏT-in Bakı Ofisinin rəhbəri Azərbaycandakı seçki öncəsi vəziyyəti dəyərləndirib

    ATƏT-in Bakı Ofisinin rəhbəri Azərbaycandakı ...

    20-09-2013, 13:13

  • 
  • ATƏT-in Bakı ofisi statusunun daralması "vəziyyətə mənfi təsir göstərəcək"

    ATƏT-in Bakı ofisi statusunun daralması ...

    28-07-2013, 00:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu