“Rəsmi Moskva qrafikə görə, bu gün- 13 aprel tarixində Moskvaya göndərilməli və ertəsi gün Sankt-Peterburqda Parlamentlərarası Assambleyanın plenar iclaslarında iştirak etməli olan Ermənistan parlament sədri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin qəbulundan imtina edib.
Bu haqda səhər saatlarında qəsbkar ölkənin “Qraparak” qəzeti yazıb.
"Sankt-Peterburqa bir işgüzar ezamiyyət var və çox güman ki, parlament nümayəndə heyəti bu gün yola düşəcək, amma Rusiya tərəfi Moskvadakı qəbulu ləğv edib.
Xatırladaq ki, bu yaxınlarda Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin gözlənilən tədbir barədə danışıb. Moskvaya səfərin niyə ləğv edilməsi ilə bağlı sualımıza cavab olaraq A.Mirzoyanın müşaviri Vaan Kostanyan bizə səfərin ləğv edilmədiyini, sadəcə, təxirə salındığını bildirdi: "Hazırda tarixlər dəqiqləşdirilir, çox güman ki, səfər may ayında baş tutacaq". Müşavir təxirə salınmanın siyasi səbəblərlə deyil, ev sahibi olan ölkənin gündəmi, məşğulluq səbəbi ilə bağlı olduğunu da söylədi.
Bu halda görüşün niyə əvvəlcədən planlaşdırıldığı və sonradan guya qrafikin dolu olmasının ortaya çıxması çox qəribədir. Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyanın Moskvaya son səfərindən sonra Ermənistan rəhbərliyinə münasibət dəyişib ․ Xatırladaq ki, həmin səfərdən sonrakı olaylar erməni əsirlərlə əlaqəli bir qalmaqal, general Rustam Muradovun Ermənistan rəsmilərinə "şillə vurması" ilə davam etdi” –deyə erməni nəşri yazır./“Rəsmi Moskva qrafikə görə, bu gün- 13 aprel tarixində Moskvaya göndərilməli və ertəsi gün Sankt-Peterburqda Parlamentlərarası Assambleyanın plenar iclaslarında iştirak etməli olan Ermənistan parlament sədri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin qəbulundan imtina edib./moderator.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?