Ermənistanın baş naziri Azərbaycanın tərkibində olan Sovet Ermənistanının torpaqlarından danışarkən hansı əraziləri nəzərdə tutur?..
Politoloq: “Nikol Paşinyanı hazırda Rusiyanın vasitəçiliyi ilə sənədə imza atacaq. Bu sənəd Azərbaycanın maraqlarına uyğundur”.
“Ermənistan otuz il ərzində Azərbaycanın ərazilərini işğalda saxlayiıb. Həmin ərazilərdə də vandalizm siyasəti həyata keçirib. Belə olan təqdirdə bizim Ermənistandan təzminat tələb edirik və bu kənd də qəti surətdə Ermənistana verilməməlidir”.
Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Qazaxın 7 kəndinin Azərbaycana qaytarılması və eyni zamanda Azərbaycanın da Ermənistana qaytarılmalı olduğu ərazilərin deməsini PİA.az-a şərh edərkən qeyd edib.
Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan dünən parlamentdəki çıxışı zamanı bildirib ki, Ermənistanın nəzarəti altında vaxtilə Sovet Azərbaycanın tərkibində olan ərazilər var və indi də Azərbaycanın tərkibində olan Sovet Ermənistanının əraziləri var. Bu məsələlər üçtərəfli komissiyanın köməyi ilə həll olunmalıdır.
Qeyd edək ki, Nikol Paşinya dünən parlamentdə Azərbaycanla sərhədlərin razılaşdırılması ilə bağlı yeni sənədin hazırlanması ilə bağlı yayılan xəbərləri təsdiqləyib. Paşinyan qeyd edib ki, əgər Azərbaycan onun şərtlərini qəbul etsə, sözü keçən sənədi imzalayacaq. Sənəddə Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və delimitasiyasına dair məsələləri həll etmək üçün üçtərəfli işçi qrupunun yaradılmasından söhbət gedir. Paşinyan deyib ki, Azərbaycanla Ermənistanın delimitasiya və demarkasiya aparılmalı olan sərhədləri çoxdur. Və əgər indiki situasiya (Qaragöl ətrafındakı vəziyyət) həll edilsə belə, gələcəkdə analoji situasiya yarana bilər.
Məlumdur ki, Paşinyan Ermənistanın nəzarəti altında olan torpaqlar deyərkən Qazaxın 7 kəndini və Kərki kəndini nəzərdə tutur. Bəs Azərbaycanın tərkibində olan Sovet Ermənistanının əraziləri deyərkən o hansı əraziləri nəzərdə tutur və bu məsələnin üçtərəfli komissiya ilə həll olunacağı ehtimalı nə qədərdir?
Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri , politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.
Məhəmməd Əsədullazadə: “Azərbaycan torpaq məsələsində Ermənistana güzəştə gedə bilməz”.
Baş kəndin Azərbaycanın ərazisi olduğunu və sobet dönəmində yaylaq kimi Ermənistana verildiyini xatırladan politoloq PİA.az-a bildirib ki, birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Baş kədi işğaldan azad edib. Ermənistan tərəfi əgər, o kəndə iddia irəli sürəcəksə, Azərbaycan bunun qarşısını almalıdır:
“Bildiyimi kimi Azərbaycanın bir neçə kəndi Ermənistanın işğalındadır və bu kəndlər Azərbaycana qaytarılacaq. Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın anklavi deyərkən Gədəbəyin Baş kəndini nəzərdə tutur.
Qeyd edim ki, Baş kənd Azərbaycanın ərazisidir və yaylaq kimi Ermənistana verilib. Müharibə zamanı isə Azərbaycan oranı işğaldan azad edib. Ermənistan tərəfi əgər, o kəndə iddia irəli sürəcəksə, Azərbaycan bunun qarşısını almalıdır. Çünki bu kənd Azərbaycana aiddir və Ermənistan otuz il ərzində Azərbaycanın ərazilərini işğalda saxlayiıb. Həmin ərazilərdə də vandalizm siyasəti həyata keçirib. Belə olan təqdirdə bizim Ermənistandan təzminat tələb edirik və bu kənd də qəti surətdə Ermənistana verilməməlidir.
Nikol Paşinyanı hazırda Rusiyanın vasitəçiliyi ilə sənədə imza atacaq. Bu sənəd Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan torpaq məsələsində Ermənistana güzəştə gedə bilməz”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?