Ötən gün Nikol Paşinyan özünün rəsmi Feysbuk səhifəsində sərhəddə baş verən gərginliklə əlaqədar həll planını açıqlayıb. Bu həll planına görə hər iki ordunun əvvəlki dislokasiya yerlərinə qayıtması, sərhəddə Rusiya və ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin “beynəlxalq müşahidəçiləri”nin yerləşdirilməsi təklif edilib.
Axar.az xəbər verir ki, Paşinyan “müşahidəçi” statusu altında sərhəddə Qərb ölkələrinin beynəlxalq hərbi qüvvələrinin yerləşdirilməsinə nail olmaq istəyir. Əlbəttə, bu, Paşinyanın təkbaşına qurduğu bir plan deyil, bu planın arxasında Qərbin Cənubi Qafqaza yerləşmək, son nəticədə Zəngəzur dəhlizinin açılmasına əngəl olmaq məqsədi var.
Ermənistan hökuməti açıq-aşkar Qərb ölkələrinin protektoratlığına keçmək və onların verdiyi mandatla öz dövlətini idarə etmək istəyir. Bütün bunlar göstərir ki, sərhəddə son günlər baş verən hadisələr Ermənistanın özbaşına addımı deyil, bəlli mərkəzlərdə hazırlanmış ssenaridir.
Sərhəddə beynəlxalq müşahidəçilərin yerləşməsi bütün region ölkələrinin, başda isə Rusiyanın milli təhlükəsizlik və Zəngəzur dəhlizi timsalında iqtisadi maraqlarına ziddir. Bu, əlbəttə, İranı da qəti şəkildə qane etmir. Buna baxmayaraq, Ermənistan illərdir onu ayaqda saxlayan Rusiya və İranı satmağa hazırdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?