Aureliya Qriqoriuya Ermənistan sərhədini keçməyə icazə verməyiblər
Ermənistan hakimiyyəti Moldova ombudsmanı Aureliya Qriqoriunu üzr istəməyə məcbur edir. Bunu şənbə günü Trend-ə vəziyyətə yaxın olan mənbə deyib. Onun sözlərinə görə, Qriqoru Ermənistanda akkreditə olunan diplomatik missiyalardan birinə məxsus avtomobildə sərhədə çatıb, lakin onu ölkə sərhədindən keçməyə icazə verməyiblər.
Mənbənin sözlərinə görə, Ermənistan hakimiyyəti Qriqoriunu İrəvana qayıtmağa və parlamentdəki çıxışına görə üzr istəməyə məcbur edir: "Yalnız bundan sonra onu ölkədən buraxacaqlar. Hazırda Qriqoriu İrəvana gəlir".
Xatırladaq ki, moldovalı ombudsman cümə axşamı Ermənistan parlamentində məruzə edərək bildirmişdi ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?