GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ERMƏNİSTANA “YENİ NƏFƏS” VERMƏK CƏHDİ – Paşinyan 10 noyabr bəyanatını “kağız” adlandırır, Sarqsyan “dəhliz olmayacaq” deyir

ERMƏNİSTANA “YENİ NƏFƏS” VERMƏK CƏHDİ – Paşinyan 10 noyabr bəyanatını “kağız” adlandırır, Sarqsyan “dəhliz olmayacaq” deyir

Tarix: 4-06-2021, 13:08 Bölmə :Siyasət Baxış: 592
ERMƏNİSTANA “YENİ NƏFƏS” VERMƏK CƏHDİ – Paşinyan 10 noyabr bəyanatını “kağız” adlandırır, Sarqsyan “dəhliz olmayacaq” deyir


Növbədənkənar seçki yaxınlaşdıqca, Ermənistandakı siyasi qüvvələrin gündəliyində “Zəngəzur dəhlizi” mövzusu və 10 noyabrda imzalanmış üçtərəfli sazişin tələbləri daha geniş yer almağa başlayır. Seçkiyə doğru erməni cəmiyyətini ümidləndirmək, acı məğlubiyyətin stresindən çıxarmaq üçün hər cür ağlasığmaz yalanlara, vədlərə rast gəlinir…

İyunun 2-də Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Parisdəki erməni diasporunun nümayəndələri qarşısında çıxış edərkən, özünün imzaladığı və Ermənisrtan üçün kapitulyasiya aktı olan 10 noyabr sazişini “kağız” adlandırıb: “Müharibəni dayandırmağımız üçün olan kağız əslində, problemləri həll etmədi…” Bununla da özünə, öz imzasına hansı dəyəri verdiyini göstərən Paşinyan eyni zamanda, Rusiyanın, Vladimir Putinin imzasına da münasibətini ortaya qoymuş olub. Ancaq bu yanaşmanın Moskva ilə razılaşdırılmadan, Rusiyanın iradəsinin əleyhinə olaraq sərgilənməsi o qədər də inandırıcı görünmür…

Əslində, sözügedən razılaşmanın sülhməramlıların gəlişinə paralel olaraq, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması və Qərb rayonlarımızla Naxçıvanı birləşdirəcək dəhliz barədə bəndləri zatən yerinə yetirilməmiş qalır.

Seçki öncəsi isə bu bəndlər erməni siyasi elitası üçün ümumiyyətlə qəbuledilməz sayılır. Ona görə də ermənilərin radikal kəsiminin səsini qazanmaq üçün Paşinyan da daxil olmaqla, siyasi qüvvələrin 10 noyabr razılaşmasının Ermənistana sərf etməyən bəndlərindən imtinası prosesi müşahidə edilməkdədir. Seçkidən sonra da Paşinyanın eyni mövqedə qalıb-qalmayacağını isə demək çətindir…

Bu arada sabiq Prezident Serj Sarqsyan erməni mətbuatına açıqlamasında “Zəngəzur dəhlizi” ilə bağlı sualı cavablandırarkən buna qəti şəkildə yol verilməməli olduğunu deyib: “Mən bu dəhlizdən məlumatsızam. Biz heç kimə dəhliz verə bilmərik. Biz necə, nə üçün dəhliz verə bilərik? Hansı dəhlizdən söhbət gedir, biz onlara dəhliz verməyə borcluyuq? Hansı sənəd, hansı razılaşma əsasında? Niyə? Dəhliz deyərkən, sual meydana çıxır ki, o, kimin nəzarətində olacaq?...”

Göründüyü kimi, özünü “gicliyə” qoyan sabiq Prezidentin sözlərindən belə çıxır ki, guya 10 noyabr razılaşmasından xəbərsizdir. Hansı ki, məhz həmin razılaşmada Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzası ilə təsdiqlənib ki, Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birəşdirən dəhliz açılacaq. Təhlükəsizlik məsələləri isə Rusiya FTX-sına tapşırılacaq.

Özünü bilməməzliyə vuran Sarqsyansa təkcə Paşinyanın deyil, Putinin də imzasına məhəl qoymurmuş kimi görüntü yaradır. Hansı ki, vəzifədə olduğu dönəmdə daim Rusiyanın “ağzıyla danışan” Sarqsyanın hazırda da Rusiyanın iradəsinin və imzasının əleyhinə getməsi mümkünsüzdür…

Maraqlıdır ki, Robert Koçaryanın da son açıqlamaları Sarqsyanla eyni fikri əks etdirməklə yanaşı, açıq şəkildə dəhlizlə bağlı əngəl yaradılmasının arxasında Rusiyanın durmasının təsdiqidir: “Rusiyanın Ermənistanda hərbi iştirakı Azərbaycanın, necə deyərlər, Ermənistan ərazisindən Naxçıvana Zəngəzur dəhlizi açmaq istiqamətindəki canatması qarşısında önləyici amildir…”

Bu arada Ermənistanın Azərbaycanla sərhədlərinə Rusiya sərhədçilərinin gətirilməsi, həmçinin Rusiya səfirinin ötən gün Zəngəzura getməsi, orada yerli administrasiya rəhbərləri ilə sərhəd bölgəsində olmasını da qeyd etməliyik. Bütün bunları üst-üstə gəlsək, Paşinyanın “nala-mıxa vurmasının” səbəbi, eləcə də Sarqsyanla Koçaryanın kimin dililə danışdıqları aydın olur.

Belə çıxır ki, şəxsən Vladimir Putinin imzası olan sənədin reallaşmasının qarşısında əngəl yaradan əsas qüvvə elə Rusiyanın özüdür. Yoxsa, Ermənistanın bu sənədin ziddinə getmək, onun tələblərini yerinə yetirməmək üçün nə hüquqi, nə hərbi, nə də iqtisadi əsasları və gücü var.

Belə görünür ki, Rusiya İrəvana “ikinci nəfəs” verməklə yanaşı, iyunun ortalarında keçiriləcək vacib beynəlxalq sammitlər və görüşlər öncəsi Ermənistan vasitəsilə Türkiyə və Azərbaycana təzyiqlər etmək, hansısa bazarlıqlara getmək yolunu seçib.

Bütün bunlar isə Azərbaycanın bir daha Türkiyə ilə siyasi-hərbi yaxınlaşması, qardaş ölkənin Azərbaycanda hərbi varlığının təmin edilməsi məsələsini aktuallaşdırır.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyanı Putinin hüzuruna aparan kritik səbəb, Bakının aprel gözləntisi

    Paşinyanı Putinin hüzuruna aparan kritik səbəb, ...

    6-04-2021, 10:10

  • 
  • Türkiyəyə qarşı erməni həmləsi, Rusiyanın Paşinyan planı - Proses hara gedir?

    Türkiyəyə qarşı erməni həmləsi, Rusiyanın ...

    9-12-2020, 11:57

  • 
  • Kapitulyasiya sonrası Ermənistan üçün 3 ssenari – Paşinyan çarmıxa, Köçəryan taxta?..

    Kapitulyasiya sonrası Ermənistan üçün 3 ssenari – ...

    29-12-2020, 19:56

  • 
  • Paşinyan işğal altında olan Dağlıq Qarabağa gəlib

    Paşinyan işğal altında olan Dağlıq Qarabağa gəlib ...

    2-11-2018, 12:46

  • 
  • Nikol Paşinyan İlham Əliyevlə görüşəcəyini açıqladı, amma həmin tezisini yenə təkrarladı

    Nikol Paşinyan İlham Əliyevlə görüşəcəyini ...

    28-02-2019, 11:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu