GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » NATO sammitindən Şuşaya - Ərdoğanın səfəri dünyaya mesaj olacaq

NATO sammitindən Şuşaya - Ərdoğanın səfəri dünyaya mesaj olacaq

Tarix: 11-06-2021, 11:24 Bölmə :Siyasət Baxış: 534


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş Şuşa şəhərinə gedəcək. Bu barədə Ərdoğan AKP-nin qrup toplantısında bildirib. Türkiyə lideri NATO sammitində iştirak etmək üçün Brüsselə səfərindən sonra Azərbaycana gələcək. Səfər iyunun 15-16-da həyata keçiriləcək.

Prezident Ərdoğan Şuşaya ailəsi ilə birlikdə gedəcəyini vurğulayıb: “İlham Əliyev qardaşımla, ailəlikcə işğaldan azad edilmiş Şuşaya səfər edəcəyik”.

Bu səfər çərçivəsində heç şübhəsiz, vacib bəyanatlar səslənəcək, bunlar arasında geosiyasi, münaqişədən sonrakı Qarabağın sonrakı taleyini təyin edəcək mesajlar olacaq. Sonuncu dəfə Ərdoğan Azərbaycana 2020-ci ilin dekabrında gəlmişdi. Türkiyə lideri Bakıda Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi şərəfinə təşkil olunan paradda iştirak etmişdi. O zaman Ərdoğan Prezident İlham Əliyevin altı ölkədən - Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran - ibarət platformanın yaradılması təşəbbüsünü dəstəklədiyini bəyan etmişdi. İstisna deyil ki, bu səfərdə Türkiyənin Azərbaycanla hərbi mövcudluğunun rəsmiləşdirilməsi məsələsi müzakirə oluna bilər. Bu, indiki dövrdə hərbi baza kimi olmasa belə, hansısa rəsmi təmsilçilik formatında mümkündür.

Türkiyə Prezidentinin 10 dekabrda birgə “Dəmir yumruq” paradından sonra Qarabağın açar şəhəri tarixi Şuşaya səfəri düşmənə gözdağı ilə bərabər, Azərbaycanın müharibədə qətiləşmiş qələbəsinə vurulacaq daha bir möhür olacaq. Həm də davam etməkdə olan həssas bir dönəmdə, sərhədlərlə bağlı Ermənistanın və bəzi beynəlxalq güclərin apardığı təbliğatın fonunda Azərbaycana bu səfərin mühüm əhəmiyyəti var.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Prezidentinin bu səfəri çox əhəmiyyətlidir. Türkiyə ilə birlikdə nail olduğumuz zəfərin möhkəmlənməsini təmin edən çox vacib hadisələrdən biri məhz bu səfər olacaq: “Rəcəb Tayyib Ərdoğanın Şuşaya Azərbaycan Prezidenti ilə getməsinin özü həm daxili, həm də xarici auditoriya üçün çox ciddi mesajdır. Azərbaycanda bəzi iddialar səslənirdi ki, müharibədən sonra guya qardaş ölkə ilə əməkdaşlıq lazımi səviyyədə deyil və sair. Amma biz görürük ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə ilə əlaqələri daha da gücləndirmək səylərini davam etdirir. Xalqın istəyini Azərbaycan Prezidenti həyata keçirir. Bu hadisə həm də bunu göstərəcək.

Tofiq Zülfüqarov: “Şuşadan Türkiyə Prezidenti tərəfindən müxtəlif sahələrə aid çox vacib mesajların səslənməsi gözlənilir”

Eyni zamanda Türkiyədə də baş verən müəyyən hadisələr, gərgin daxili siyasi proseslər onu göstərir ki, Ərdoğan Şuşaya getməklə daxili siyasi opponentlərə də mesaj vermiş olacaq. Mesaj bu olacaq ki, qardaş Azərbaycanla əməkdaşlıq daha da güclənib və birlikdə böyük bir zəfərə nail olmuşuq. Xarici dairələrə də Şuşa səfəri çox vacib mesaj olacaq ki, müharibədə olduğu kimi, indi də Azərbaycanın yanında Türkiyə var, ən yüksək səviyyədə Azərbaycanla birlikdədir. Şuşaya Azərbaycan Prezidentindən başqa ilk gedən məhz qardaş Türkiyənin Prezidenti olacaq. Bunun da həm rəmzi, həm mənəvi, həm siyasi anlamı var. Əminəm ki, bölgədə müəyyən bir gərgin vəziyyətin müşahidə olunmasına baxmayaraq, bu səfər uğurlu keçəcək”.

Ən azından simvolik olaraq Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin hansısa sənədləri imzalaması gözləniləndirmi?

Tofiq Zülfüqarov qeyd etdi ki, bu, istisna deyil: “Çünki bunda məntiq var. Yəni Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və Türkiyə ilə, məsələn, humanitar əlaqələrin gücləndirilməsi istiqamətində sənədlərin imzalanmasının protokola daxil ediləcəyini istisna etmirəm. Eyni zamanda Şuşadan Türkiyə Prezidenti tərəfindən müxtəlif sahələrə aid çox vacib mesajların səslənməsi gözlənilir. Şuşadan Ermənistana çox vacib mesajlar göndəriləcək. Güc nümayişi ilə yanaşı, bəlkə də sülhün hamı üçün faydalı olması barəsində mesajlar səslənəcək. Ermənilər də başa düşməlidirlər ki, onlar seçim qarşısındadırlar, konfrantasiyaya son qoyub yeni baxışlarla regionun gələcəyinə baxmalıdırlar”.

Bəxtiyar Sadıqov: “Türkiyənin Şuşada, Qarabağda Azərbaycanla birlikdə olduğu hər kəsə nümayiş etdiriləcək”

Ağdam rayonunun deputatı Bəxtiyar Sadıqov isə bildirdi ki, Türkiyə Prezidentinin Şuşa səfəri dostlara da, düşmənə də ciddi mesaj olacaq: “Azərbaycan üçün bu səfərin bir çox istiqamətlərdə böyük əhəmiyyəti olacaq. 30 ilə yaxın işğaldan sonra nəhayət, məlum oldu ki, Azərbaycanın müzəffər Ali Baş Komandanı İlham Əliyev çox ciddi şəkildə Vətən müharibəsinə hazırlaşıb və bu hazırlıq öz sözünü dedi. Bu müharibə dünyada nümunə olaraq öyrənilir. Bu qələbədə qardaş Türkiyə dövlətinin, onun lideri Rəcəb Tayyib Ərdoğanın mənəvi, siyasi dəstəyi də ciddi rol oynadı. Müharibənin ilk günlərindən, hətta ondan da əvvəl Türkiyə yanımızda oldu. Azərbaycan Ordusunun PUA-larla silahlanmasında, bu silahı idarə edəcək hərbi mütəxəssislərimizin hazırlanmasında Türkiyənin köməyi unudulası deyil. Müharibənin ilk anlarında Türkiyə bütün səviyyələrdə dəfələrlə bəyan elədi ki, Azərbaycanın yanındadır və sonadək də belə olacaq. Bu, dünyaya və işğalçı tərəfə ciddi mesajlar idi.

Son zamanlar isə Ermənistandan revanşist bəyanatlar, hərəkətlər, təxribatlar çoxalıb. Ermənilər Şuşanı, Qarabağı qaytaracaqlarından danışırlar, sərhəddə təxribatlar törədirlər, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəklərini bəyan edirlər. Türkiyə Prezidenti cənab Ərdoğanın Şuşaya səfər etməsinin məhz belə bir dönəmdə həyata keçirilməsi Ermənistana və onu qızışdıranlara cavab və mesaj olacaq".

Deputat qeyd etdi ki, Rəcəb Tayyib Ərdoğanın məhz belə bir zamanda Şuşaya səfəri həm də rəmzi məna daşıyır: “Cənab Ərdoğan Türkiyənin Şuşada, Qarabağda Azərbaycanla birlikdə olduğunu hər kəsə nümayiş etdirəcək. Biz əminik ki, Şuşadan çox ciddi mesajlar, bəyanatlar olacaq. Bu hadisə həm də Azərbaycanın qətiyyətli mövqeyində möhkəm dayanacağına işarədir. Eyni zamanda məlum üçtərəfli bəyanata hamının əməl etməsinin vacibliyi nəzərə çatdırılacaq”.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

    Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb ...

    17-02-2020, 14:06

  • 
  • Ərdoğan və Bağçalı Şuşaya gəlir

    Ərdoğan və Bağçalı Şuşaya gəlir ...

    20-02-2021, 12:43

  • 
  • Türkiyə prezidenti Azərbaycandadır — YENİLƏNİB

    Türkiyə prezidenti Azərbaycandadır — YENİLƏNİB ...

    10-07-2018, 13:20

  • 
  • Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin

    Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti ...

    17-02-2021, 22:37

  • 
  • Ərdoğan Bakıya gəldi

    Ərdoğan Bakıya gəldi ...

    9-12-2020, 17:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (277)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu