GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Brüsseldə iki kritik görüş: Bayden Putin və Ərdoğan qarşısında geri çəkiləcəkmi...

Brüsseldə iki kritik görüş: Bayden Putin və Ərdoğan qarşısında geri çəkiləcəkmi...

Tarix: 15-06-2021, 10:32 Bölmə :Siyasət Baxış: 311
Brüsseldə iki kritik görüş: Bayden Putin və Ərdoğan qarşısında geri çəkiləcəkmi...


Bu həftə dünyanın gözü Brüsseldə və Cenevrədə olacaq. Belçika paytaxtında və İsveçrə şəhərində heç də AVRO-2020 futbol oyunu deyil, dünyanın siyasi liderlərinin mühüm görüşləri keçiriləcək. Bu iki kritik görüşün nəticələri bütövlükdə geosiyasi proseslərin nizamına ciddi şəkildə təsir edəcək. Belə ki, ABŞ prezidenti Co Bayden Avropa turnesinə çıxıb. Səfər sırasında müxtəlif ölkələrin başçıları ilə görüşəcək. Dünyanın birinci güc sahibi olaraq bilinən Amerikanın dünya üçün hansı mesajları verəcəyi maraqla gözlənilir. Co Baydenin ilk səfəri Böyük Britaniyaya edib.

İyunun 11-13-ü tarixlərində Böyük Britaniyanın Karbis-Bey şəhərində G7 sammitində iştirak edən Bayden hazırda NATO sammiti üçün Brüsselə gəlib. O, Brüsseldə NATO sammitində, növbəti gün isə ABŞ-Avropa Birliyi sammitində iştirak edəcək. NATO sammiti çərçivəsində Türkiyə prezidenti Ərdoğanla görüşəcək. Nəhayət, iyunun 16-da İsveçrənin Cenevrə şəhərində Rusiya lideri Putinlə təkbətək görüş keçirəcək. Hazırda Amerika müxtəlif məsələlərdə nə Rusiyaya, nə Türkiyəyə, nə də başqa ölkələrə güzəşt etmək niyyətindədir.

Yayılan məlumatlarda deyilirdi ki, Bayden NATO liderləri ilə Putinlə baş tutacaq görüşü müzakirə edəcək, görüşə isə alyansın tam dəstəyi ilə yollanacaq. Hazırda dünyanı maraqlandıran bu görüşlərdən sonra geopolitik proseslərin hansı məcrada inkişaf edəcəyi məsələsidir. Rusiya-Türkiyə yaxınlaşması, iki NATO dövləti olan ABŞ-Türkiyə münasibətləri, regionda hadisələrin axarı əldə olunan razılaşmalardan asılı olacaq.

Analitiklərin fikrincə, ABŞ-Türkiyə-Rusiya arasında münasibətlər ya yenidən bərpa olunacaq, ya da sıfırlanacaq. Lakin Vaşinqton praqmatik olduğu üçün xüsusilə bölgədə ən ciddi və uzunömürlü müttəfiqi Türkiyə ilə münasibətləri sıfırlamaqda maraqlı görünməz. Amerikadakı erməni və yunan lobbisi isə Baydendən Ərdoğanı sıxışdırmağı tələb edir. Brüsselə getməzdən əvvəl mətbuata açıqlamasında Türkiyə prezidenti Baydenin 1915 hadisələrini “soyqırım” kimi tanımasını gündəmə gətirəcəyini söyləmişdi.

Baydenin “qatil” dediyi Putinlə də arasını düzəltməyə çalışacağı gözlənilir. Di gəl, Putin onu da bilir ki, Bayden Amerikan sanksiyalarını yaxın günlərdə aradan götürməyəcək.

Tramp dövründə ABŞ və Avropa Birliyinin arasını vurmağı sevən Putin indi bu fəndlərin xeyir gətirməyəcəyini yaxşı anlayır. Çünki Bayden artıq Transatlantik alyansı dəstəkləyir və burada təbliğat vasitəsilə Putinin xal yığması mümkünsüzdür. Bəs bu iki kritik, dünya üçün əhəmiyyətli olan görüşlərdən gözləntilər nədir?

Asim Mollazadə: “Ərdoğanın Baydenlə görüşü iki müttəfiq ölkə arasında problemlərin həllinə xidmət edəcək, Putinlə görüş isə...”

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Ərdoğanın Baydenlə görüşü iki müttəfiq ölkə arasında olan problemlərin aradan qalxmasına xidmət edəcək: “ABŞ-Türkiyə əməkdaşlığı bərpa olunacaq, təhlükəsizliklə, sabitliklə bağlı əlaqələr genişlənəcək”.

A.Mollazadə Bayden-Putin görüşündən fövqəladə nəticə gözləmir: “İstərdik ki, bu iki ölkə arasında gərginliyin, təhlükəli istiqamətdə gedən siyasətin qarşısını almaq üçün addımlar atsınlar. Amma ciddi bir nəticə olacağını gözləmirəm. Türkiyəyə gəldikdə, müttəfiqləri ilə münasibətləri saxlamaq istəyir. Ankara son illərdə gözəl və müstəqil siyasət yürütmək bacarığını dünyaya nümayiş etdirir. Türkiyənin güclənməsi regiona sabitlik gətirir, qarşıdurmaların qarşısının alınmasına yardım edir”.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev qeyd etdi ki, 2015-ci ildən dünya düzənində kritik dəyişikliklər olub: “Tramp prezident seçiləndən sonra ABŞ dünya ilə əlaqələri təzədən qurmağa başladı. Birləşmiş Ştatlar supergüc olduğu üçün bir çox ölkələr onunla münasibətdə uyğunlaşmağa çalışdılar. Baydenin isə köhnə siyasətə qayıtması, qırılan bağların yenidən qurulması siyasətini həyata keçirdiyini söyləmək olar”.

Razi Nurullayev: “Baydenin bu görüşlərinin əsas qayəsi köhnə siyasətə qayıtmaq, qırılan bağları bərpa etməkdir”

R.Nurullayev bu görüşlərin əsas qayəsinin də məhz qırılan bağları bərpa etmək olduğuni düşünür: “Demokratların əməkdaşlıq prinsipləri fərqlidir. Onlarla işləmək çətin olur, çünki tələbləri daha böyükdür. Respublikaçıların isə dünyada güclü qalmaq və güclülərlə hesablaşmaq siyasəti var. Bu baxımdan Baydenin görüşləri köhnə bağların qaytarılmasına hazırlıqdır. Bu danışıqlarda Azərbaycan da dünya siyasətinin bir parçasına çevrilir. Yəni biz də dünyada gedən əsas oyunçu olmasaq da, oyunçulardan biriyik”.

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirdi ki, bu görüşdə bizim üçün maraq kəsb edən əsas məsələ onların Qarabağ üzərində dayanacaqları ilə bağlıdır: “Türkiyə və Rusiya qarşılıqlı dialoq şəklində yeni proseslərə başlayıblar. Həm üçtərəfli bəyanat, həm Ağdamda Monitorinq Mərkəzi, həm də digər məqamlar ondan xəbər verir ki, Minsk Qrupu proseslərdən kənarda qalıb. Bu da hegemon dövlət statusu daşıyan Amerikanın bölgə ilə bağlı maraqlarına cavab vermir. Vaşinqton NATO-dakı müttəfiqi Türkiyənin rəqibi sayılan Rusiya ilə işbirliyindən razı qala bilməzdi”.

Zaur Məmmədov: “ABŞ prezidenti rasional düşünərək Ərdoğana əl uzatmalı, ona hər cür dəstək verməlidir”

Z.Məmmədovun fikrincə, ABŞ-da yaxşı başa düşürlər ki, onların davranışı ucbatından elə Moskva-Ankara arasında yaxınlaşma baş verib və bu gün fakt qarşısında qalan Vaşinqton NATO ölkəsi olan Türkiyənin Cənubi Qafqazda varlığını dəstəkləməlidir: “Ona görə Bayden rasional düşünərək Ərdoğana əl uzatmalı, ona hər cür dəstək verməlidir. Gözləyirəm ki, görüşdə Ərdoğan bölgədəki reallığı Baydenin nəzərinə çatdırsın və o da bəzi güzəştlərə getməyi nəzərə alsın”.

Politoloq hesab edir ki, Rusiya-ABŞ əlaqələrinə gəlincə, ayrı-ayrı ölkələrdə coğrafiyaları bölməklə, bir-birinə güzəştə getməklə məşğuldurlar: “ABŞ Rusiyanın Qafqazda koordinator rolunu oynaması ilə barışıb. Rikerin Bakıda olarkən sülhməramlıların 5 il Qarabağda olacağını deməsi də göstərir ki, Amerika bununla hesablaşıb və mane olacaq fiziki addım atmağa hazırlaşmır. Bayden-Putin görüşündə Şərqi Avropa, Ukrayna, Liviya, Suriya məsələlərinin müzakirə olunacağını gözləyirəm. Vaşinqtonun Moskvadan ən böyük istəyi Çinlə bağlı ola bilər. Bəzi nüanslarda Rusiyanın bitərəf qalması amerikalılar üçün vacibdir”.

Siyasi ekspert Elmar Vəliyevin sözlərinə görə, Bayden daha əvvəl Ərdoğana qarşı propoqandalı fikirlər səsləndirsə də, bu görüşdə müəyyən qədər buzlar əridilə bilər. İki tərəf arasında əsas müzakirə mövzuları «S-400», Qarabağ, Suriya, Aralıq dənizi məsələlər ola bilər. Bayden Ərdoğana ya «S-400»lərdən imtina etməsini, ya da birgə nəzarət altında hərəkət etməyi təklif edə bilər. Çünki «S-400»ü Türkiyə Rusiyadan alır".

Onun fikrincə, Bayden Ərdoğanla Rusiyadan danışa bilər: “Rusiyanın bölgədə güclənməməsi üçün nəsə etməyi planlaşdıra bilər. Türkiyə üçün yaxşı bir fürsət ola bilər. Amma buna baxmayaraq, Amerika Türkiyənin də bölgədə güclənməsini istəmir. Bir yandan Türkiyə ilə münasibətləri yumşaltmağa çalışır, digər yandan isə Yunanıstana dəstək olur və davam edəcəyini də düşünmək olar. Hətta Yunanıstana F-35-lərin verilə biləcəyini də istisna etmirəm. Yəni Amerika ehtiyatını əldən vermir. Türkiyə Amerikanın təhrikinə gedib, Rusiya ilə münasibətləri korlasa, bu ona fayda verməz”./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə və ABŞ prezidentləri arasında görüş başa çatıb - YENİLƏNİB

    Türkiyə və ABŞ prezidentləri arasında görüş başa ...

    14-06-2021, 22:03

  • 
  • Brüsseldə Azərbaycan-NATO iclası keçiriləcək

    Brüsseldə Azərbaycan-NATO iclası keçiriləcək ...

    30-05-2016, 12:24

  • 
  • İlham Əliyev Poroşenko ilə görüşəcək

    İlham Əliyev Poroşenko ilə görüşəcək ...

    22-11-2017, 11:45

  • 
  • Bayden və Putin Bakıda görüşə bilər

    Bayden və Putin Bakıda görüşə bilər ...

    6-05-2021, 09:58

  • 
  • Rusiya və ABŞ generalları yenidən Bakıda - KRİTİK GÖRÜŞ

    Rusiya və ABŞ generalları yenidən Bakıda - KRİTİK ...

    19-04-2018, 16:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu