Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.
gundemxeber.az-ın xəbərinə görə, bu barədə “İnterfax-Azərbaycan”a diplomatik mənbələrdən məlumat verilib.
“Dövlət başçıları Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər”, – mənbə deyib.
Bundan əlavə, prezidentlər İlham Əliyevin Ukraynaya gözlənilən səfərinin vaxtı və gündəliyi ətrafında fikir mübadiləsi aparacaqlar.
“Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?