GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » 44 günlük sarsıdıcı məğlubiyyətdən dərs çıxartmayan rəsmi İrəvan... - yenidən təhlükəli oyunlara girişməkdədir

44 günlük sarsıdıcı məğlubiyyətdən dərs çıxartmayan rəsmi İrəvan... - yenidən təhlükəli oyunlara girişməkdədir

Tarix: 25-06-2021, 09:24 Bölmə :Siyasət Baxış: 264
44 günlük sarsıdıcı məğlubiyyətdən dərs çıxartmayan rəsmi İrəvan... - yenidən təhlükəli oyunlara girişməkdədir


44 günlük müharibədə ağır məğlubiyyətə uğrayaraq kapitulyasiya sənədinə imza atan Ermənistanın səlahiyyətli şəxsləri yeddi aydan sonra yenidən ağasının kölgəsində diliuzunluq etməyə cəhd göstərirlər. Xüsusilə də Azərbaycanın öz sərhədlərində möhkəmlənməsini həzm edə bilməyən erməni rəsmilər tozanaq qaldırmağa, aranı qarışdırıb nə isə əldə etməyə mənasız cəhdlər edirlər.

Ermənistan XİN-in vaxtaşırı reallıqdan kənar iddialarla çıxış etməsi də məhz sərgilənən sərsəm siyasətin məntiqi davamıdır. Eyni zamanda digər erməni rəsmilər də yenidən baş qaldırmağa başlayıblar. Bugünlərdə rəsmi İrəvan, daha konkretləşdirsək, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan bəyan edib ki, rusların Geqarkunik vilayətində yerləşdirilməsi proses gedir, yekun qərar qəbul olunanda məlumat verəcəyik. O qeyd edib ki, danışıqlar Azərbaycanın iştirakı ilə Rusiya tərəfi ilə aparılır. “Danışıqlar Rusiya tərəfi ilə aparılır, çünki məsələlər var. Bizim vəzifəmiz toqquşma olmadan Azərbaycan bölmələrini ərazimizdən çıxarmaqdır”, - Davtyan deyib. Bəzi mümkün güzəştlər barədə sualın cavabında Davtyan deyib ki, heç bir güzəşt olmayacaq və əgər Azərbaycan Silahlı Qüvvələrinin çıxarılması məsələsi danışıqlar yolu ilə həll olunmasa, “müvafiq hərəkətlərlə” nizama salınacaq. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi sərhədin bu hissəsində aparılan danışıqlar barədə heç bir məlumat vermir.

Görünən budur ki, Ermənistan tərəf 44 günlük sarsıdıcı savaşdan dərs götürməyib və növbəti dəfə gərginliyi sərhəd boyunca tətikləməyə çalışır, 2020-ci ilin Tovuz döyüşləri ərəfəsində olduğu kimi... O halda Azərbaycan rəhbərliyinin “Dəmir yumruq” xəbərdarlığını yada salmaq yerinə düşər.

Bu yerdə bir zəruri xatırlatma da edək: hələ ötən ay “Yeni Müsavat” “Rusiya sülhməramlılarını Qaragöldə yerləşdirmək istəyir?” başlıqlı yazı dərc etmişdi. Yazıda ekspertlərə istinadən bildirilirdi ki, Rusiyanın sərhədlə bağlı vasitəçiliyi Bakıya yaxşı heç nə vəd edə bilməz. Ona görə də rəsmi Bakı “sərhədin müəyyənləşdirilməsi iki dövlət arasında danışıqlar vasitəsilə aparılmalıdır”, yanaşmasında israrını davam etdirməlidir. Ermənistanın dəstəklədiyi vasitəçilik təklif isə Azərbaycanın xeyrinə ola bilməz. Amma indi görünən budur ki, Rusiya sərhədlə bağlı da məsələni nəzarətə almaq ərəfəsindədir. Ermənistan rəhbərliyi isə ruslara güvənərək yenə hədyan açıqlamalar verirlər. Rusiyanın delimitasiya və demarkasiya prosesinin sürətlə getməsində maraqlı olub-olmayacağı sualı ortaya çıxır. Çünki sərhədlərin demarkasiyası başa çatmalıdır ki, dövlətlər arasında sülh sazişi bağlana bilsin. Rusiya Ermənistanla sərhədi nəzarətə götürsə, ya ermənilərin dediyi ola bilər, ya sərhədlərin müəyyənləşməsi uzana bilər.

Yeri gəlmişkən, Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Federasiyasına nümayəndə heyətinin göndərilməsi barədə qərar qəbul edib. Erməni mediası yazır ki, heyət iyunun 26-da yola düşəcək və 1 iyulda geri dönəcək. Bildirilir ki, işgüzar səfərin məqsədi Ermənistan-Rusiya dövlətlərarası komissiyasının 13-cü iclasında iştirak etməkdir və bu müddət ərzində ərazidə Rusiya hərbi bazasının yerləşdirilməsi məqsədilə torpaq və daşınmaz əmlakın verilməsi məsələsi müzakirə ediləcək. Baş nazirin qərarı ilə Ermənistan Respublikası müdafiə nazirinin səlahiyyətlərini icra edən şəxsə işgüzar səfərdən qayıtdıqdan sonra üç gün ərzində Rusiyaya ezamiyyətin nəticələri barədə hesabat təqdim etmək tapşırılıb.

Bu ərəfədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtyanın “Ermənistan ərazisində hələ də 1000-ə yaxın Azərbaycan hərbçisi var”, iddiasını tutuquşu kimi təkrarlaması da diqqət çəkir. “Ümumi sayı eyni qalıb. Gündəlik fəaliyyətdə 10-20 nəfərdən çox və ya az, heç bir əhəmiyyəti yoxdur, növbə dəyişikliyi, təminat məsələləri olur” , - deyən Davtyan iddia edib ki, ümumilikdə Ermənistanda (?!-red.) azərbaycanlı hərbçilərin sayı dəyişməz qalıb. Onun iddiasına görə, danışıqlar prosesinə zərər verməmək üçün çox şey deyilmir. Mayın 12-də Ermənistan hərbçiləri, Azərbaycan-Ermənistan sərhədində təxribat törətməyə cəhd göstərən zaman Azərbaycan Ordusu və DSX tərəfindən onların qarşısı qətiyyətlə alınıb, adekvat cavab tədbirləri həyata keçirilib və əsgərlərimiz Azərbaycan sərhədi boyunca möhkəmləniblər. Bundan sonra isə erməni tərəf ənənəvi hay-küy kampaniyasını işə salıb və Rusiyanın Ermənistandakı hərbçilərinin bu bölgədə yerləşdirilməsinə nail olub.

Heç şübhəsiz ki, burada Ermənistanın illərdir Rusiyanı Azərbaycana qarşı qoymaq planından söhbət gedə bilər, bu da sərhədlərin dəqiqləşdirilməsini tormozlamaq üçündür. Bakının buna qarşı planı nə ola bilər, sualı da ortaya çıxır. Təbii ki, Azərbaycan öz sərhədləri boyunca möhkəmlənir. Budur, Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib. Bu fəaliyyət ondan xəbər verir ki, İrəvanın hər hansı təxribatçı cəhdlərinin mənası olmayacaq, Azərbaycan öz sərhədlərini möhkəmləndirməkdə davam edəcək, qarşısında kimin olmasından asılı olmayaraq...

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında öncə qeyd etdi ki, 10 noyabr 2020-ci il bəyanatında yer alan müddəaların, o cümlədən Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqların növbəti mərhələsinə hazırlıq gedir: “Çox güman ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyanın açıqlaması da danışıqlar prosesi öncəsi təzyiq xarakteri daşıyır. Yaxud Davtyan kimlərinsə sözçülüyünü edir. Son günlər bu qəbildən olan ziddiyyətli açıqlamaların sayı artmaqdadır. Məsələn, Ermənistan baş nazirinin müavini vəzifəsini icra edən Tiqran Avinyan danışıqların növbəti mərhələsinə hazırlığın aparıldığı barədə bəyanat verdiyi halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın öz öhdəliklərinə hökumət formalaşandan sonra əməl edəcəyini bildirir. Bu ziddiyyətli açıqlamaların özü də Rusiya sərhədçilərinin ermənilərin ”Geqarkunik" adlandırdıqları Göyçə ərazisində yerləşdirilməsi ilə bağlı yekun razılaşmanın olmadığını sübuta yetirir. Ermənistan Rusiya sərhədçilərini, şübhəsiz ki, öz ərazilərində yerləşdirə bilər. Onsuz da Ermənistan sərhədlərini rus əsgərləri qoruyur. Amma Rusiya sərhədçiləri heç bir halda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesində iştirak edə bilməzlər. Delimitasiya sərhədin ümumi mövqeyinin və istiqamətinin iki dövlət arasında danışıqlar yolu ilə müəyyənləşdirilməsidir. Rusların məşhur aforizmində olduğu kimi, bu məsələdə “üçüncü artıqdır”. Rusiya sərhədçiləri Azərbaycan-Ermənistan sərhədlərinin danışıqlar yolu ilə müəyyənləşdirilməsindən - delimitasiyasından sonra, Ermənistan tərəfinin istəyi ilə demarkasiya prosesində iştirak edə, sərhədlərin xətlənməsi kimi texniki işlərdə ermənilərə yardım göstərə bilərlər". O ki qaldı sülh sazişinin imzalanması üçün delimitasiya və demarkasiya prosesinin başa çatmasına, E.Mirzəbəyli bildirdi ki, bu məsələdə imperativ fikir söyləmək çox çətindir: “Çünki başqa presidentlər də var. Amma sərhədlərin müəyyənləşdirilməsi sülhün təminatlı olması üçün vacib şərtlərdən biridir. Əslində Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi mürəkkəb bir proses deyil. Keçmiş SSRİ-nin inzibati-siyasi xəritələrində müttəfiq respublikalar arasındakı sərhədlər açıq-aşkar göstərilib və müasir texnologiyanın imkanlarından istifadə etməklə prosesi sürətlə həyata keçirmək olar. Sizə təqdim etdiyim xəritələrdən biri 1957-ci ildə hazırlanıb və 1962-ci ildə müəyyən düzəlişlərlə təsdiq edilib. Bu xəritədə sonradan fundamental dəyişikliklər baş verməyib. Digər xəritə isə respublikaların etnik tərkibi ilə bağlıdır”.

Politoloq İlyas Hüseynov isə bildirdi ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi özündən əvvəlki Baş Qərargah rəisi Onik Qasparyandan fərqli olaraq, daxili auditoriyaya işləyir: “Rusiya qoşunlarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ilə bağlı uzun müddətdir ki, müxtəlif məlumatlar paylaşılır. Digər tərəfdən, qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədlərini də Rusiyanın sərhədçiləri qoruyurlar. Lakin Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyin həll olunması istiqamətində Rusiyanın vasitəçilik səyləri heç bir halda Azərbaycanın milli maraqlarına zidd olmamalıdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin keşiyində duran qəhrəman əsgərlərimiz bir addım da geriyə çəkilə bilməzlər. Sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilkin şərtdir. Azərbaycan bu prosesi çox uğurlu şəkildə Rusiya və Gürcüstanla da həyata keçirib. İranla da yeni sərhəd reallıqları yaranıb”. Ekspert qeyd etdi ki, Ermənistan da yeni sərhəd gerçəkliklərini qəbul etməli və bununla razılaşmalıdır: “Ermənistan Rusiyaya güvənərək, onun vasitəçilik imkanlarından öz xeyrinə istifadə etməyə çalışsa da, heç nəyə nail ola bilməyəcək. Sərhədlərin demarkasiyası başa çatandan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh müqaviləsi də imzalana bilər. Tərəflərin bunu həyata keçirmək üçün siyasi iradəsi də mövcuddur”. İ.Hüseynov digər məqama da diqqət çəkdi: “İyunun 23-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasında keçirilmiş telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına xüsusi diqqət yetirilib. Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatçı addımları nəticəsində yaranmış vəziyyətin həlli istiqamətində əldə olunmuş razılığın nəticələrini yaxın zamanda görəcəyik”.

“Yeni Müsavat” erməni mediasına istinadən bildirir ki, Rusiyanın Gümrüdəki bölmələri Ermənistan-Azərbaycan sərhədinin Zəngəzur hissəsində postlar qurublar. Erməni tərəf çox çalışır ki, bu hissədə Rusiya və Azərbaycan hərbçilərini üz-üzə qoysun. Ancaq rəsmi Bakı dəfələrlə bəyan edib ki, hərbçilərimiz öz sərhədlərimizdə möhkəmlənib və heç bir ölkənin ərazisində gözü yoxdur. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Zəngəzur bölgəsinə səfərindən sonra sərhədin bu hissəsində rus əsgərlərin aktivliyi müşahidə olunur. Rusiyanın Ermənistan sərhədlərini qorumaq öhdəliyi var, öz işləridir. Ancaq sərhəddə “sülhməramlı” funksiyasını yerinə yetirmək istəyi olsa, bu, qəbul edilməyəcək...

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya erməni ordusunu guya “gücləndirir”… - GƏLİŞMƏ

    Rusiya erməni ordusunu guya “gücləndirir”… - ...

    16-04-2021, 09:46

  • 
  • ​Rəsmi Bakı: "Rusiya XİN yaxşı bilir ki, münaqişənin iki tərəfi var"

    ​Rəsmi Bakı: "Rusiya XİN yaxşı bilir ki, ...

    17-10-2018, 18:15

  • 
  • Rəsmi Bakı: Duma üzvünün işğal olunmuş ərazilərə qanunsuz səfərdə iştirakı müqabilində Rusiya XİN-in açıqlaması təsirli xarakter daşımır

    Rəsmi Bakı: Duma üzvünün işğal olunmuş ərazilərə ...

    17-10-2018, 21:50

  • 
  • Rəsmi Bakıdan Ermənistanın cəbhə bəyanatlarına — REAKSİYA

    Rəsmi Bakıdan Ermənistanın cəbhə bəyanatlarına — ...

    12-06-2018, 12:36

  • 
  • “Bakı və İrəvan Qarabağ münaqişəsinin həllinə yaxınlaşıb” - Rusiya rəsmisi

    “Bakı və İrəvan Qarabağ münaqişəsinin həllinə ...

    23-09-2017, 20:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu