GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistanın əhalisi azalır, yoxsullar və xarici borcu artır, Xankəndi boşalır - yeni ilginc rəqəmlər

Ermənistanın əhalisi azalır, yoxsullar və xarici borcu artır, Xankəndi boşalır - yeni ilginc rəqəmlər

Tarix: 12-08-2021, 10:11 Bölmə :Siyasət Baxış: 2 456
Ermənistanın əhalisi azalır, yoxsullar və xarici borcu artır, Xankəndi boşalır - yeni ilginc rəqəmlər


Qlobal güclərin oyununda alət kimi qalan məğlub ölkə öz sonunu sürətlə yaxınlaşdırır; Bakı və Ankaranı illərdir blokada siyasəti aparmaqda suçlayan İrəvan təcriddən niyə çıxmaq istəmir? Erməni iqtisadçılardan SOS: “Biz uçuruma gedirik...”

“Miatsum” virusundan hələ də qurtula bilməyən, xəstə təfəkkürlü erməni toplumun psixologiyasını anlamaq doğrudan da qəliz məsələdir. Diqqət edin, illərdir Bakı və Ankaranı Ermənistanı blokadada saxlamaqda ittiham edən rəsmi İrəvan indi də başqa havaya girib, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli sazişlərlə öz üzərinə götürdüyü və bölgədə kommunikasiyaların, nəqliyyat yollarının qeyd-şərtsiz açılmasını ehtiva edən öhdəlikləri nə qədər qəribə də olsa, yerinə yetirməkdən yayınır, beləliklə, faktiki özü-özünü izolyasiyada saxlamaqda davam edir.

Regionda böyük sülhü və əməkdaşlığı min bəhanə ilə ləngidən Ermənistan təbii ki, bunun altını da ən çox elə özü çəkir. Məsələn, məğlub ölkənin demoqrafik durumu heç vaxt olmadığı qədər indi acınacaqlı səviyyədədir. Son məlumatlara görə, ölkədə əhalinin kəskin azalması prosesi gedir, özü də bütün bölgələr üzrə.

*****

“Pandemiya dövründə sərhədlərin bağlanması səbəbindən demək olar, dünyanın bütün ölkələrində əhalinin sayı ilə bağlı müsbət məlumatlar müşahidə olunur. Amma Ermənistana sərhədlərin bağlanması da kömək etmədi. Ölkə əhalisi fəlakətli surətlə azalır”.

Bunu Ermənistanın tanınmış iqtisadçısı Ara Qaloyan deyib. Onun sözlərinə görə, Ermənistanda həm şəhər, həm də kənd əhalisi azalır: “Rəsmi məlumatlara görə, ötən il, məsələn, Gümrüdə 112,5 min əhali yaşayırdı. Bu il rəsmi rəqəm 111 mindir. Eyni tendensiya Ermənistanın bütün vilayət mərkəzlərində müşahidə olunur. İstisnasız olaraq, keçən illə müqayisədə bütün rayon mərkəzlərinin əhalisi azalıb”.

Qaloyan ötən illə müqayisədə sakinlərin sayının daha çox azalmasının Qafanda, Gorusda, Mehri və Qarakilsədə müşahidə olunduğunu vurğulayıb. “Bir sözlə, bu gedişlə Zəngəzur və Tavuş vilayətlərində bir neçə ildən sonra bir erməni belə qalmayacaq. Bu regionların əhalisi kütləvi şəkildə paytaxt İrəvan istiqamətinə köç etməyə davam edir”, - deyə erməni iqtisadçı əlavə edib.

Başqa bir erməni iqtisadçısı, “Ermənistan” blokundan olan deputat Tadevos Avetisyan isə ölkədə yoxsulların sayının durmadan artdığını və bahalaşma getdiyini bildirib.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, özünün təhlil məqaləsində yazıb. Qeyd edib ki, ölkədə sosial-iqtisadi böhran 2021-ci ilin birinci yarısında da davam edib.

Həyəcan təbili çalan erməni iqtisadçı həmçinin yazıb: “Bu müddətdə ərzaq məhsullarının orta qiymətləri 7,9%, o cümlədən çörək - 8,3%, süd məhsulları - 12,1%, şəkər - 41,7%, digər qida yağları - 57,8%, yumurta - 48,8%, tərəvəz - 9% və s. artıb. Bu mənfi tendensiya davam edir. Göstərilən inflyasiya dərəcələri 2021-ci ilin iyul ayında artıb, baxmayaraq ki, erməni dramı ABŞ dollarına nisbətdə 4,3% ucuzlaşıb və orta məzənnə 2020-ci ilin iyul ayında eyni adlı məzənnəyə bərabər olub. Yəni vətəndaşların real gəlirləri daim azalır, işsizlər təbəqəsi də daxil olmaqla, yoxsulların və ifrat yoxsulların sayı isə daim artır”.

Erməni iqtisadçının sözlərinə görə, 2020-ci ilin əvvəlinə nisbətən, son altı ay ərzində Ermənistanın xarici borcu da böyüyüb. “Bu müddətdə xarici borc 10,3% və ya təxminən 625 milyon dollar artıb. Xarici dövlət borcunun müntəzəm şəkildə artması isə həm də ölkəmizin inkişaf imkanlarını məhdudlaşdırır”, - deyə o qeyd edib.

*****

Bu arada həm də ermənilərin Qarabağdan böyük köçü başlayıb. Ermənilər bölgəni Laçın dəhlizi ilə tərk edib gedirlər. Laçın dəhlizi ilə avtomobillərin hərəkətinə dair əldə olunan ətraflı statistikaya əsasən, son bir ayda dəhlizlə Ermənistandan gələn 15 min avtomobil daxil olub, 21100 avtomobil çıxıb. Aradakı fərq böyükdür - 6100 avtomobil (Virtulaaz.org).

Statistika əhalinin hərəkəti məsələsinə də aydınlıq gətirir: göstərilən müddət ərzində Rusiya sülhməramlılarının nəzarətindəki zonaya 15 700 nəfər daxil olub, 22 360 nəfər çıxıb. Yəni Qarabağdakı ermənilərin sayı sürətlə azalır və əhalinin bu hiss olunacaq axınının səbəbi sabaha inamsızlıq və qeyri-müəyyənlikdir. Bunu “Komsomolskaya Pravda” qəzetinin müxbiri Darya Aslamovaya separatçıların nümayəndəsi, özünü oyuncaq qurumda “xarici işlər naziri” adlandıran David Babayan da etiraf edir.

Darya Aslamova bugünlərdə dərc edilmiş səs-küylü reportajında ermənilərin Qarabağdan köçünə xüsusi diqqət ayırıb. «Artsax TV" kanalının aparıcısı Tsovinar Barxudaryan isə “Eurasianet” portalına müsahibəsində deyib ki, Qarabağ ermənilərinin çoxu çamadan əhval-ruhiyyəsindədir. “Gələcək aydın deyil. İnsanlar düşünür ki, qalsınlar, yoxsa getsinlər. Biz hətta bilmirik ki, bir həftə sonra nələr olacaq, nəinki 4 il sonra”, - o deyir.

Başqa sözlə, gözlərimiz önündə tarixi hadisə - ermənilərin Qarabağdan köçü baş verir. Onların hər biri qəlbində dərk edir ki, bura onların evi deyil. Nə İrəvan hökumətinin Qarabağ ermənilərini ələ almaq cəhdləri, nə Rusiya sülhməramlılarının mandatı situasiyanı dəyişmək gücündə deyil. Bu haqda Qarabağda qalan ermənilərin də özləri artıq açıq danışırlar.

*****

Ermənistan hökuməti isə ilk növbədə azalan əhalisinin sosial-iqtisadi durumunu yaxşılaşdırmaq, blokadadan çıxmaq üçün real addımlar atmaq, Azərbaycanla sülh müqaviləsi imzalayıb heç olmasa, Qarabağda qalan 5-10 minlik erməni əhalinin fiziki varlığına dövlətimizin tərkibində zəmanət almaq əvəzinə, hələ də qlobal güclərin oyununda köhnə alət rolu oymağa üstünlük verir, bununla da özünün iki əsas qonşusu - Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyi davam etdirir.

Ancaq hər oyunun bir sonu gəlir. İrəvanda anlamaq istəmirlər ki, belə oyunlarda “piyada” olmaqla Ermənistan yalnız öz sonunu yaxınlaşdırır. Bu sonun əlamətləri artıq ortadadır...

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “İrəvan Qarabağı qaytarmalı olacaq...” - Moskvadan qəzəbli mesaj

    “İrəvan Qarabağı qaytarmalı olacaq...” - ...

    10-07-2020, 12:00

  • 
  • Rusiya erməni ordusunu guya “gücləndirir”… - GƏLİŞMƏ

    Rusiya erməni ordusunu guya “gücləndirir”… - ...

    16-04-2021, 09:46

  • 
  • Bakının İrəvana qarşı “Çin səddi”: Paşinyanın uğursuz Pekin səfəri

    Bakının İrəvana qarşı “Çin səddi”: Paşinyanın ...

    15-05-2019, 10:22

  • 
  • Kremlin məkrli planı: “Qarabağda separatizm gündəmdə qalsın” - "Rənglər tündləşir"

    Kremlin məkrli planı: “Qarabağda separatizm ...

    27-03-2021, 18:17

  • 
  • “Gözü” NATO-da olan Ermənistanın revanş planı: - İrəvan hələ də “2 stul” siyasətinə ümidlidir

    “Gözü” NATO-da olan Ermənistanın revanş planı: - ...

    18-03-2021, 14:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu