GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qarabağla alver olmayacaq və... nida işarəsi! - Bakıdan sillə kimi mesaj

Qarabağla alver olmayacaq və... nida işarəsi! - Bakıdan sillə kimi mesaj

Tarix: 13-08-2021, 13:34 Bölmə :Siyasət Baxış: 1 094
Qarabağla alver olmayacaq və... nida işarəsi! - Bakıdan sillə kimi mesaj


Moskva və Tehrana simmetrik etirazların əsas motivi: Azərbaycan işğala 30 il dözdüyü kimi, 10 noyabr sənədinin reallaşmasını da 30 il gözləməyəcək! Rusiyalı politoloq: “Moskva Qarabağda qəliz duruma düşüb...”

10 noyabr 2020 və 11 yanvar 2021-ci-ci il tarixli üçtərəfli sazişlərdən sonra ilk dəfə Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə açıq etiraz bildirdi. Hərbi nazirlik srağagün yaydığı açıqlamada Rusiya sülhməramlı qüvvələrinin Qarabağda müvəqqəti yerləşdiyini (!) xatırladaraq, Moskvanın imzaladığı bəyanatlara riayət etmədiyi, sülhməramlı qüvvələrin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin eləmədiyini (kapitulyasiya aktının 4-cü bəndi), üstəlik, yeni qanunsuz erməni postlarının yaradılmasına şərait yaratdığını bildirdi.

Bu, şübhə yox ki, quruca bir nazirliyin yox, bütövlükdə rəsmi Bakının ilk açıq etirazıdır. Bununla Azərbaycan hərbi-siyasi rəhbərliyi ən əvvəl mesaj verir ki, məğlub olan, işğalçı ordusu darmadağın edilən Ermənistanın hələ də yuxarıdan “getməsinin”, özün hətta ara-sıra qalib ədası ilə aparmasının yeganə səbəbi Rusiyadır, onun davranışdır.

Təsadüfi deyil ki, Moskvanın himayəsindən ruhlanan Ermənistan XİN Müdafiə Nazirliyimizin məlum bəyanatına özünə xas həyasızlıqla reaksiya verib. Ermənistan XİN 10 noyabr sənədini özünə sərfəli şəkildə təftiş edərək iddia edib ki, guya sənəd erməni işğalçı qoşunlarının Dağlıq Qarabağdan yox, yalnız ona bitişik ərazilərdən çıxmasını nəzərdə tutur və qanunsuz birləşmələr Rusiya hərbçiləri ilə birgə “artsax xalqı”nın əsas qarantı kimi orada həmişəlik qalacaqlar. Başqa sözlə, İrəvan misilsiz sırtıqlıqla, üstəlik, Azərbaycan dövlətinin adından, onun qanuni əraziləri ilə bağlı qərar vermək cəsarəti sərgiləyir.

Əlbəttə ki, “arxalı köpək qurd basar” məntiqi ilə. Arxada isə deyəsən, təkcə Rusiya dayanmayıb, başqalarının da uzun “qulaqları” görünür - üzdə bizə “dost-qardaş” deyib, arxada ayağımızın altını qazıyanların...

*****

Təcrübə də göstərir ki, yalançı və qorxağın təki olan erməni xaricdən, böyük dövlətlərdən stimul, vəd almadan heç vaxt belə “əjdahaya” dönmür. Bu mənada başqa bir diqqətçəkici məqam eyni gündə rəsmi Bakının İrana etiraz notası təqdim etməsidir.

Notada İran tərəfinə məxsus maşınların Azərbaycan dövlətinin razılığı olmadan Laçın dəhlizi vasitəsilə Qarabağa müəmmalı yüklər daşımasını dayandırmaq tələb olunur. Aydın məsələdir ki, onları qanunsuz şəkildə ərazimizə buraxan Rusiya “sülhməramlılarıdır”. Demək, etiraz yenə həm də Moskvaya, Rusiya sülhməramlılarının rəhbərliyinə ünvanlanıb.

Bütün bunlar, Moskva və Tehrana verilən kritik mesajlar o anlama gəlir ki, Bakı Qarabağla bağlı heç bir alverə imkan verməyəcək, öz qanuni haqlarından zərrəcə geri durmayacaq və nida işarəsi! Qoy kimsə də xam xəyallara qapılıb, təzədən “erməni kartı” ilə üstümüzə gəlməyə cəsarətlənməsin, bizə qarşı yeni oyunlar qurmağa çalışmasın. Azərbaycan 90-cı illərin dövləti deyil. Qardaş Türkiyə yanımızda, “Dəmir yumruq” da ki, yerində...

*****

Elxan Şahinoğlu

Bu xüsusda politoloq Elxan Şahinoğlu da tam haqlıdır deyəndə ki: “Azərbaycan Müdafiə Nazirliyi artıq etiraf edib ki, Rusiya Ermənistanla birgə üçtərəfli bəyanatın müddəalarını pozur. Müdafiə Nazirliyinin açıqlamasının son cümləsi belədir: ”Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır". Bu açıqlama havada qalmamalıdır. Açıqlamada yazıldığı kimi, “Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaq”. Laçın dəhlizi nəzarətə götürülməli, Qarabağdakı separatçılar tərk-silah olunmalıdır - bunun başqa alternativi yoxdur".

Lap dəqiqi, erməni tərəfinə bir daha hərbi gücümüzü göstərməyin zamanı çatıb. Lakin buna lüzum qalmaya bilər, əgər Rusiya və 9 aydır onun arxasında gizlənib “xoruzlanan” Ermənistan götürdükləri yazılı öhdəliklərə əməl eləsə, Moskva erməniləri ümidləndirərək onlara yeni ordu qurmağa girişməsə (Rusiya müdafiə naziri Sergey Şoyqunun srağagün Moskvada erməni həmkarı Arşak Karapetyana qılınc hədiyyə edərək, zarafatyana “artıq Ermənistana silah tədarükü başladı” deməsinə diqqət!) Ancaq qeyri-dostlar və düşmənlər düşünməsin ki, Azərbaycan işğala 30 il dözdüyü kimi, 10 noyabr sənədinin reallaşmasını da 30 il gözləyəcək. Belə şey olmayacaq!

*****

“Rusiya Qarabağda qəliz duruma düşüb”.


Bu sözləri tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk Minval.az-a açıqlamasında deyib.

“Pis olan odur ki, Qarabağda yerləşən rus sülhməramlıları uzun müddətdir qeyri-rəsmi şəkildə Bakını razı salmır və getdikcə İrəvanı da daha az qane edir. O İrəvan ki, sanki keçən ilin noyabr razılaşmasını, tökülən qanları unudub və yenə döyüşə can atır, o cümlədən rəsmi bəyanatlar səviyyəsində. Bu yerdə mənə noyabr anlaşmasından dərhal sonra söylədiyim fikri təkrarlamaq qalır: Rusiya son dərəcə qeyri-sabit olan çox qəliz hərbi-siyasi vəziyyətə düşüb və aranın qarışmaması üçün o, çoxlu səy göstərməli olacaq ki, hər kəs üçün və eyni zamanda hər kəsə qarşı müharibəyə cəlb olunmasın”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, rəsmi Bakı üçün Qarabağın statusu məsələsi prinsipial olaraq mövcud olmasa da, prosesin digər iştirakçıları Azərbaycanın beynəlxalq qanunlarla təsbit edilmiş ərazisi kimi tanınan torpaqları Bakıya təhvil verməyə heç də hazır deyillər. “Qısası, konkret bir dalan vəziyyəti, təxirə salınmış problem var. Atəşkəsə əslində artıq heç kim riayət etmədiyi üçün müharibənin davam edib bölgəni partlatmasından narahat olmaq lazımdır”, - rusiyalı ekspert əlavə edib.

Ancaq yeni müharibəni önləməyin etibarlı yolu bəlli: Azərbaycanın yerdə qalan halal torpaqlarının da ona qeyd-şərtsiz qaytarılması, sonuncu erməni silahlısının ərazimizi tərk eləməsi...

*****

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan yenə də sülhpərvər “çuxası” geyərək, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə və Qarabağla bağlı danışıqlar aparmağa hazır olduğunu açıqlayıb. O, İrəvanın ATƏT-in Minsk Qrupundan konkret təkliflər gözlədiyini də bildirib. Həmçinin əlavə edib ki, regional kommunikasiyaların açılması üçün Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır.

Diqqət edin, yenə köhnə hava, real iş əvəzinə şablon bəyanat, vaxt uzatmaq cəhdi, özünü məğlub tərəf kimi yox, ən azı müharibədən uduzmayan ölkə olaraq çıxmış tərəf kimi aparmaq çabası. Bu şeytana bir daha xatırlatmaq lazım gəlir: status məsələsi tarixin zibilliyindədirsə, Qarabağla bağlı İlham Əliyevlə hansı danışıqları aparacaqsan? Yaxud bədnam Minsk Qrupu bundan sonra bölgəyə hansı “konkret təkliflər” gətirə bilər ki? 30 ildə verdiyi “təklifləri”? Artıq onlar da statusun olduğu yerdə - tarixin zibilliyindədir.../“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Sülhməramlılar”ın Qarabağda qanunsuz “anti-terror” təlimləri - Əgər, silahlı erməni birləşmələrini çıxarsalar...

    “Sülhməramlılar”ın Qarabağda qanunsuz ...

    25-01-2021, 20:24

  • 
  • Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

    Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin ...

    12-11-2020, 21:28

  • 
  • XİN-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi ilə bağlı AÇIQLAMA

    XİN-dən Ermənistan silahlı qüvvələrinin ...

    27-02-2021, 21:41

  • 
  • Putin Qarabağda sülhməramlılarla bağlı Federasiya Şurasına müraciət etdi - Bunu qoşunu Qarabağa soxmamışdan etməli idi...

    Putin Qarabağda sülhməramlılarla bağlı Federasiya ...

    18-11-2020, 11:55

  • 
  • Azərbaycanda Türkiyə və Rusiya hərbçilərinin Sülhməramlı Mərkəzi yaradılır

    Azərbaycanda Türkiyə və Rusiya hərbçilərinin ...

    17-11-2020, 12:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (460)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu