GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezidentin dosta-düşmənə Kəlbəcər-Laçın mesajı

Prezidentin dosta-düşmənə Kəlbəcər-Laçın mesajı

Tarix: 18-08-2021, 10:01 Bölmə :Siyasət Baxış: 393
Prezidentin dosta-düşmənə Kəlbəcər-Laçın mesajı


İlham Əliyev Azərbaycanın qarşısında müəyyən etdiyi vəzifələri açıqladı: onlar arasında ərazilərin, dağıdılan infrastrukturun bərpası mühüm yer tutur...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər etdi. Bu səfərdən yayılan videomateriallardan da göründüyü kimi, ölkəmizin rəhbərliyi səfəri boyunca rahat tövrləri, yüksək əhval-ruhiyyəsi və bölgənin gələcəyinə dair verdiyi nikbin proqnoz və vədləri ilə fərqlənib. Ermənilər neçə vaxtdır bu ərazilərimizdə gərginliyi artırmağa çalışırlar, hər gün atəşkəs pozulur. Hətta Prezident və xanımının səfəri reallaşan gün də Kəlbəcərlə sərhəddə atışma olması, guya Azərbaycan tərəfinin itki verməsi barədə doğru olmayan məlumat yaydılar.

Lakin Prezident bir səfəri ilə düşmənin bu fəaliyyətini sıfırladı. Mehriban Əliyevanın çəkdiyi videolardan da göründüyü kimi, Azərbaycan artıq Kəlbəcərdə məskunlaşma prosesinə start verib. Artıq Kəlbəcərin yaylaq statusu və funksiyaları qaytarılıb. Yol boyunca arıçılar, heyvandarlar və onların təsərrüfatları müşahidə olundu. Prezident onlarla və təsərrüfatları ilə maraqlandı, artıq hazır olan Kəlbəcər balını nümayiş etdirdi, tarixi ‘’İstisu’’ sanatoriyasında gövdə göstərisi həyata keçirtdi, şəhid vermədən geri ala bildiyi bölgələrin yaxın zamanlarda qurulub-inşa ediləcəyi vədlərini söylədi. Bir daha bəlli oldu ki, Qarabağın digər bölgələri kimi, Kəlbəcər və Laçının da yüksək turizm potensialı vardır. Prezident İlham Əliyevin Kəlbəcər şəhərində dövlət bayrağını ucatması və burada verdiyi mesajların siyasi anlamı olduqca önəmlidir. Dövlət başçısının Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyması, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını etməsi də artıq quruculuq işlərinin başlanmasının göstəricisi sayıla bilər. Bölgəyə işıq gəlir, canlanma gəlir, insanlar, mal-heyvan, həyat gəlir ...

Prezidentin Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoymasının bu bölgə üçün iqtisadi, üstəlik, böyük siyasi əhəmiyyəti var. Heç nəyə baxmadan, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə quruculuq işlərini davam etdirir və bu prosesin başında duran İlham Əliyev Qarabağı dirçəltməkdən ilham alır. Prezident İlham Əliyev Qarabağa səfərlərində bir başqa olur - ürəkli, daha səmimi, yüksək əhval-ruhiyyədə və inamlı. Bütün bu əhval-ruhiyyə də dərhal cəmiyyətimizə inkas olunur və dost-düşmənlərə də pay çatır. Dezinformasiyalar, ideoloji müharibələr hədəfində olan Azərbaycan toplumu sanki özü o bölgələrə səfər etmiş kimi olur və hər dəfə düşmən ölkənin, bədxah qüvvələrin apardıqları kampaniyalar Qarabağdan verilən mesajlarla neytrallaşdırılır.

Prezident səfər zamanı Azərbaycanın bir qarış torpağını belə Ermənistana güzəştə getməyəcəyini açıq mətnlə bəyan etdi. Bildirdi ki, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk: “Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik”.

Azərbaycan torpaqlarını azad etdiyi 8 ayda dövlət sərhədini möhkəmlətmək hədəfini önə çəkib. Prezidentin verdiyi məlumatdan aydın olur ki, sərhəd boyu sərhədçilərimizin yerləşməsi üçün zəruri olan 700 kilometr uzunluğunda yolların çəkilişi prosesi gedir: “Mən hələ əsas şəhərlərarası yolları kənara qoyuram, o layihələr haqqında kifayət qədər məlumat verildi. Bizim sərhədlərə gedən 700 kilometr yolların çəkilişi prosesi gedir və artıq qış gələnə qədər bu işin təqribən 80 faizi görüləcək. Yəni torpaq, çınqıl örtüklə döşənmiş yollar və bu, bizə imkan verəcək ki, həm hərəkət üçün, həm hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənək. Əlbəttə ki, Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik. Bu, təbiidir və bundan sonra da söz sahibi olacağıq. Ona görə, bu məsələ ilə bağlı bəzən hansısa xarici dairələrdə də qeyri-adekvat fikirlər səsləndirilir. Buna ehtiyac yoxdur. Biz harada lazım bilmişiksə, orada da durmuşuq və əgər bu kimisə narahat edirsə, əgər kimsə əsəbləşirsə, necə deyərlər, getsinlər, su içsinlər”.

Laçın-Kəlbəcər səfərində İ.Əliyev Azərbaycanın, özünün qarşısında müəyyən etdiyi vəzifələri açıqladı: onlar arasında ərazilərin, dağıdılan infrastrukturun bərpası mühüm yer tutur. Amma əsas diqqət, əlbəttə, azad olunmuş ərazilərdə möhkəmlənməkdir: “İndiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq. Ağdam şəhərinin baş planı təsdiqləndi, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur.

Beləliklə, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq. Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq".

Azərbaycan Prezidenti Ermənistanın işğal dövründə törətdiyi dağıntıları, vandallığı görməzdən gələn qüvvələrə də açıq mesaj verdi: “Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Buna inanmaq istəyən, bax, bu mənzərəni göz önünə gətirsin, dağıdılmış Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, Cəbrayılı göz önünə gətirsin. Erməni vəhşilərin əməlləri göz qabağındadır. Amma onların hamiləri bunu görmək istəmirlər. Amma görməlidirlər və görəcəklər. Onların gözünə soxacağıq. Biz indi kitablar da dərc edirik, göstəriş vermişəm, təqdimatlar da olacaq. Xarici ölkələrdə sərgilər olacaq. Biz göstərəcəyik. Bunu görmək istəməyən məcbur olub görəcək. Görəcək ki, erməni faşizmi, erməni vəhşiliyi nədir”.

Azərbaycan ərazilərindən soyğunçuluq yolu ilə əldə edilən bir qəpiyini belə güzəştə getməyəcək. Prezident İ.Əliyevin Kəlbəcərdən verdiyi mesajlardan biri də bu oldu: “Ermənilər işğal dövründə, eyni zamanda bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər. Bu işlərdə bəzi xarici şirkətlər onlara yardım edirdi. Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər. Artıq məhkəmə prosedurları başlamışdır. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər”.

Nəinki işğal altında olan ərazilərdə təbii sərvətlərimizi talayanlar, həmçinin Azərbaycan ərazisinə axan çayları çirkləndirənlər belə beynəlxalq məhkəmələrdə cavab verməli olacaqlar: “Bizim meşələrimiz ermənilər tərəfindən məhv edilib. İndi bizim ”Azərkosmos"un fotoları var - işğaldan əvvəl neçə min hektar meşə altında idi və indi nə qədərdir. Ağacla dolu olan altmış min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar, yəni kəsiblər. Kəsiblər, talayıblar, aparıblar. Eşitdiyimə görə, orada parket işləri, bu biznes çox sürətlə gedirdi. Bu da talançılıqdır. Bu talançılığa görə də cavab verəcəklər. Bizim çaylarımızı zəhərləyiblər. Oxçuçay nə gündədir? Oxçuçay təbii fəlakətdir və onu zəhərləyən yenə də xarici şirkətdir. O şirkət də cavab verməlidir və verəcəkdir. Dəymiş hər bir ziyan hesablanır. Azad edilmiş bütün torpaqlarda, şəhərlərlə, kəndlərdə indi monitorinq aparılır, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik.

Təbii sərvətlər talan edilib, istismar edilib, çaylarımız zəhərlənib, meşələrimiz qırılıb, evlərimiz dağıdılıb, məscidlərimiz sökülüb. Bunu kim edib? Ermənilər! Cavab verməlidirlər və verəcəklər".

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar

    Prezident İlham Əliyev və Mehriban Əliyeva ...

    16-08-2021, 20:52

  • 
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı verib

    Prezident İlham Əliyev və birinci xanım Mehriban ...

    12-05-2021, 09:56

  • 
  • İlham Əliyev Kəlbəcərdə dövlət bayrağını ucaldıb

    İlham Əliyev Kəlbəcərdə dövlət bayrağını ucaldıb ...

    17-08-2021, 10:22

  • 
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlər

    Prezident İlham Əliyev və birinci xanım Mehriban ...

    19-03-2019, 11:45

  • 
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gəliblər

    Prezident İlham Əliyev və birinci xanım Mehriban ...

    29-10-2018, 10:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu