GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Özünü bicliyə və gicliyə vuran Ermənistan - Bakının səbri sonsuz deyil!..

Özünü bicliyə və gicliyə vuran Ermənistan - Bakının səbri sonsuz deyil!..

Tarix: 2-09-2021, 10:30 Bölmə :Siyasət Baxış: 339


İrəvana revanş götürmək nəsib olmayacaq, çünki “B planı” da, “C planı” da masadadır; rusiyalı hərbi ekspert: “Növbəti müharibədə Ermənistan, sadəcə, darmadağın ediləcək...”


Rusiyalı məşhur politoloq-avrasiyaçı Aleksandr Duqin bu yaxınlarda ermənilər haqda çox obyektiv və yerinə düşən bir fikir söyləmişdi. Demişdi ki: “Hazırda Ermənistan hakimiyyətində tam bir dəlilik var. Ermənilərin nə vaxtsa ağıllanacaqlarını və normal xalq olacağını gözləmək real deyil. Ona görə də Azərbaycan səbirli olmalıdır. Hələlik Ermənistan tərəfindən heç bir adekvat addım gözləmək olmaz”.


Duqinin “diaqnozunu” erməni rəsmiləri hər addımda sübut eləməkdədirlər. Son olaraq, yeni xarici işlər naziri Ararat Mirzəyan Moskva səfəri zamanı, həmkarı Sergey Lavrovla görüşdə özünü həm gicliyə, həm də bicliyə vuraraq, gerçəyi baş-ayaq təqdim edərək, Bakını qeyri-konstruktivlikdə (!!) suçladı, “Azərbaycanla sülh danışıqlarında Dağlıq Qarabağın statusu məsələsi gündəmə salınmalı, status isə Minsk Qrupu (MQ) həmsədrlərinin iştirakı ilə öz müqəddəratını təyinetmə əsasında həll edilməlidir” sözlərini söyləməklə İrəvanın ölkəmizə qarşı ərazi iddiasını növbəti dəfə və ənənəvi erməni həyasızlığı ilə bəyan elədi. Kəsəsi, “Oğru elə bağırdı ki...” məsəli.


*****

Öz sələfi Ara Ayvazyanın destruktiv yolunu “uğurla” davam etdirən Ermənistan XİN-in yeni başçısının bu sırtıqlığı, Duqinin təbirincə desək, dəliliyi öz yerində, daha çox diqqət çəkən o oldu ki, Lavrov Mirzəyanın Bakıya qarşı absurd, beynəlxalq hüquqla bir araya sığmayan əsassız iddia-şərtlərinə sakit yanaşdı. “Sülh müqaviləsinin əsasında beynəlxalq hüquq, ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması durmalıdır” bəyanatını vermədi. Əksinə, Lavrov üzdəniraq Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin zəruri olduğunu söyləməklə, dolayısıyla İrəvanın Azərbaycana qarşı ərazi iştahasına haqq qazandırdı.


Məsələ də elə bundadır: Ermənistan kapitulyasiya aktını imzalayandan sonra da özünü ona görə belə arsız, arxayın, az qala, qalib ədası ilə aparır ki, arxasından onun havadarlarının - “ilana zəhər verən kərtənkələlərin”, yəni Rusiyanın, Fransanın, ABŞ-ın uzun “qulaqları” görünür.


Aydındır ki, mirzəyanlar xaricdən vaxtaşırı “zəhər” almasalar, belə təxribatçı mövqe sərgiləməzlər. Ermənistanın hansı hərbi, iqtisadi gücü, yaxud ciddi insan resursu, üstün coğrafi mövqeyi var ki, belə hərzə-mərzə danışsın, başından yekə iddialar irəli sürsün?! Ayrı sözlə, bu ölkənin istər rəhbərliyinin, istərsə də erməni toplumunun dəliliyi əsla özündən qaynaqlanmır, ona kənardan sırınandır. Bədbəxt erməni bunun acı bədələni zaman-zaman ödəsə də.


Əfsus ki, erməni siyasətbazları burnundan uzağı görə və heç cür qəbul edə bilmirlər ki, onları Azərbaycana qarşı qısqırdan, sülh anlaşmasına əngəl yaradan qlobal güclər əslində erməni xalqına böyük bir pislik edir, çünki ermənilərdən qat-qat çox özlərinin maraqlarını güdürlər. O cümlədən Rusiya.


Yəni bütün hallarda “güc doğana” - Ermənistana düşəcək. Ta o vaxtadək ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyacaq. Ya tanıyacaq, ya da tanıyacaq! Ona qədər Bakı lazım gələrsə, “B planı”nı da, “C planı”nı da işə salıb, Ermənistana başını qaldırmağa, revanş götürməyə imkan verməyəcək, ona vaxtaşırı öz yerini göstərəcək. Bu planlar artıq masa üzərindədir...


*****


Beləcə, Ermənistan hələ də heç nə olmayıbmış kimi öz məkrli oyunlarına davam edir. İş də ondadır ki, rəsmi İrəvan müharibə sonrası status-kvonu qəbul etmədikcə, ölkəmizə qarşı ərazi iddiasını, status oyunlarını davam etdirdikcə, revanş planları qurduqca, Ermənistanın çöküşünü qaçılmaz edəcək.


Ermənistan rəhbərliyi isə 44 günlük müharibədən keçən 10 ayda iqtisadi dirçəliş, ölkədən kütləvi köçü önləmək barədə düşünmək əvəzinə, ən çox yeni ordu quruculuğu haqda xəyal edir, planlar qurur. Rusiya ilə Qərb (ABŞ, Fransa) arasında riskli oyunları davam etdirir.


Bu xüsusda rusiyalı hərbi ekspert Pavel Felgenhauer tam haqlıdır deyəndə ki, “Ermənistan xarici dövlətlərin müdaxiləsindən müəyyən dividentlər qazanmağa ümid edir ki, bu, çox axmaq və həddən artıq təhlükəli siyasətdir”.


Sitat: “Azərbaycanla sülh sazişi imzalamaq Ermənistan kimi bir dövlət üçün qeyri-mümkün görünür. Biz indi də bu dövlətdə müharibə istəyənlərin sayının çox olduğunu görə bilərik. Lakin hərbi əməliyyatların bərpa olunacağı təqdirdə erməni tərəfinin qələbə qazanmaq üçün heç bir şansı olmayacaq və Ermənistan, sadəcə, birdəfəlik darmadağın ediləcək. Odur ki, İrəvanın Azərbaycanla gərginliyi saxlamaq cəhdlərinə yeganə izahat böyük dövlətlərin müdaxilə edəcəkləri, vəziyyəti düzəltməyə kömək edəcəkləri ilə bağlıdır. İrəvan anlamır ki, fövqəldövlətlərin özlərinin problemləri özlərinə bəsdir. Heç kim İrəvana dəstək olmayacaq. Məhz buna görə də onlar fövqəldövlət adlanırlar”.


*****

Bu arada öz günahı ucbatından blokadada qalmağa davam edən Ermənistanın dövlət borcu 9 milyard dollara yaxınlaşıb. Belə ki, təkcə yanvardan iyula qədər olan dönəm ərzində Ermənistan hökuməti 1 milyard borc götürüb və 31 iyulun nəticələrinə əsasən, Ermənistanın borcu 8,973 milyard dollar təşkil edib. Borcun artmasına əsas səbəb kimi isə İrəvanın 2020-ci ildəki iqtisadi böhrandan tam xilas ola bilməməsi göstərilib.


“Bir tərəfdən ölkədə ciddi işsizlik və yoxsulluq problemi var, digər tərəfdən isə mütəxəssis çatışmazlığı var”.


Bunu da dünən Ermənistanın baş naziri Nikol Paşinyan “Bilik Günü” münasibətilə etdiyi müraciətdə qeyd edib. Onun sözlərinə görə, bütün bunlar həm də təhsil sistemində mövcud problemlərdən qaynaqlanır...


Əlbəttə ki, kütləvi yoxsulluq və səfalət, keyfiyyətsiz təhsil və xaricə miqrasiya axını öz-özlüyündə səbəb deyil, nəticələrdir. Səbəb isə - Ermənistanda 30 il ərzində ağıllı və uzaqgörən rəhbərlərin yetişə bilməməsidir. Yoxsa bu cırtdan ölkə hələ də xarici dövlətlərin əlində alət olmaz, miskin kökə düşməz, normal dövlət kimi öz sərhədlərini özü qoruyardı... /musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyalı ekspert: "Rəsmi Moskva İrəvana təzyiqini artırır"

    Rusiyalı ekspert: "Rəsmi Moskva İrəvana ...

    17-01-2019, 15:27

  • 
  • Rusiyalı deputat: “Ermənistan danışıqların pozulmasına səbəb oldu”

    Rusiyalı deputat: “Ermənistan danışıqların ...

    28-09-2020, 13:54

  • 
  • Markov: Bu savaşda Türkiyə Bakını tək qoymayacaq

    Markov: Bu savaşda Türkiyə Bakını tək qoymayacaq ...

    20-12-2017, 11:19

  • 
  • "Qarabağa bir şey olsa, Moskva yalnız...." - Rus politoloq

    "Qarabağa bir şey olsa, Moskva ...

    23-11-2014, 23:27

  • 
  • “Mən Qarabağın adından danışa bilmərəm...”

    “Mən Qarabağın adından danışa bilmərəm...” ...

    10-09-2018, 12:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu