GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Erməni lobbisi BÖYÜK SÜLHƏ QARŞI... - GƏLİŞMƏ

Erməni lobbisi BÖYÜK SÜLHƏ QARŞI... - GƏLİŞMƏ

Tarix: 21-09-2021, 11:33 Bölmə :Siyasət Baxış: 256


Bu gün - sentyabrın 21-i Ermənistanın olmayan dövlət müstəqilliyinin 30-cu ildönümüdür. Yəni formal bir ildönümü. Taleyin məzhəkəsidir ki, dünyanı “Böyük Ermənistan dövləti” sərsəmləməsi ilə, tarixdə guya çoxsaylı dövlətlər yaratdıqları barədə absurd iddialarla bezdirən ermənilər üç on illikdir özlərinə suveren dövlət qura bilmirlər.

Sərt gerçəklik belədir ki, Ermənistan hələ də Rusiyanın vassalı, ucqar quberniyası, lap dəqiqi, müstəmləkəsi olaraq qalır. Onun “müstəqilliyi” hətta Rusiyanın Həştərxan vilayətinin müstəqilliyindən də zəifdir. Niyə?

Çünki keçən 30 ildə Ermənistanın siyasi elitası, erməni xalqının önündə gedənlər hələ də real siyasətlə yox, ucuz siyasi populizmlə, öz xalqına yalanlar danışmaqla, onu aldatmaqla məşğuldur və dövlət qurmağın əlifbasını mənimsəyə bilməyiblər. Bu da odur ki, dövlət olmaq üçün öncə qonşularla normal münasibətlər qurmaq lazımdır, nəinki onlara qarşı dövlət səviyyəsində ərazi iddiası siyasəti aparmaq.

2-ci Qarabağ müharibəsindən sonra erməni xalqının, onun rəhbərliyinin əlinə məhz belə bir unikal fürsət düşüb. Amma ondan dərhal yararlanmaq əvəzinə, 11 aydır fikirləşir, özləri üçün uzağa gedən, fantastik və əcaib nəticələr çıxararaq, şanslarını fövtə verirlər. Bu yöndə təbii ki, revanşist və faşist qüvvələr xüsusilə seçilir.

Təsadüfi deyil ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Ermənistan baş naziri Nikol Paşinyanın onunla görüşmək istəməsi barədə açıqlaması Ermənistandakı qara və xəbis qüvvələrin əlinə Paşinyana qarşı növbəti hücuma keçmək üçün təzə bəhanə verib. Paradoksa fikir verin: həm Nikol Paşinyanı ölkəni fəlakətli duruma salmağa görə ittiham edirlər, həm də bu vəziyyətin əsas səbəbinin - qonşularla düşmənçiliyin və bu düşmənçiliyin doğurduğu blokadanın sonlamasına qarşı gedirlər. Xəstə, anormal düşüncə necə olur ki...

*****

Xatırladaq ki, ötən həftəsonu Ərdoğan Ermənistanla sərhədlərin tezliklə açılmasını istisna eləməyib. Lakin bundan ötrü rəsmi İrəvanın konkret addım atmasının, məsələn, Zəngəzur dəhlizinin açılmasını ilkin şərt kimi irəli sürüb.

“Əgər Tayyib Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar”, - deyə Ərdoğan vurğulayıb və ümid etdiyini bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq.

Əfsus ki, radikal erməni müxalifəti və onun arxasında duran xarici qüvvələr, özəlliklə Türk-erməni barışığında maraqlı olmayan erməni lobbisi dəhlizin erməni xalqına az qala faciə gətirəcəyi, hətta erməniləri türklərin quluna çevirəcəyi barədə cəfəng iddialar irəli sürür, onsuz da beyni anti-Türk virusundan əziyyət çəkən bədbəxt xalqı, nəhayət, düz seçim eləməyə qoymurlar.

Söz düşmüşkən, dünən Paşinyanın mətbuat katibi bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə təmaslara başlamağa və səmərəli iş olarsa, zirvə görüşünə hazırdır...

*****

“Bu gün barışıq üçün həqiqətən böyük şans var. Və bu istiqamətdə işlər aparılır. Söhbət təkcə diplomatik münasibətlərin bərpasından getmir, ölkələr arasında iqtisadi, mədəni əlaqələr də qaydaya salına bilər”.

“Yeni Müsavat ” xəbər verir ki, bu sözləri türkiyəli politoloq Engin Özer Minval.az-a müsahibəsində söyləyib.

O, Ankaranın İrəvandan ilk addımı gözlədiyini qeyd edərək deyib: “İrəvan Qafqazda nəqliyyat əlaqələrinin, xüsusən də Zəngəzur dəhlizinin tamamilə açıldığını elan edən kimi Türkiyə qarşılıqlı addımlar atacaq. Ölkələr arasında nəqliyyat əlaqələri artıq qismən açılıb. Bildiyimiz kimi, hazırda Azərbaycan və Türkiyə təyyarələri Ermənistan ərazisi üzərində uçur. Cənubi Qafqazın hava məkanı açıqdır. Bu, dialoqa doğru ilk kiçik addımdır”.

Ekspertin qənaətincə, Ermənistanın kommunikasiyaların və Zəngəzur dəhlizinin açılması ilə bağlı bəyanatının ardınca Türkiyənin cavab addımı Ankara tərəfindən İrəvana tətbiq olunan iqtisadi embarqonun qaldırılması olacaq. “O zaman İrəvan əlbəttə ki, heç bir beynəlxalq ticarət bəyannaməsi olmadan Azərbaycan ərazisindən Ermənistana keçməyə çalışan İran yük maşınlarından yüzdə yüz imtina edəcək. Otuz il ən ağır iqtisadi embarqo şəraitində yaşayan və tamamilə Gürcüstandan tranzitdən asılı olan Ermənistan özünü hazırda heç də rahat hiss etmir... Birbaşa dialoq həmişə münaqişədən yaxşıdır və düşünürəm ki, bir neçə ay ərzində Ermənistanla dövlətlərarası münasibətlərin bərpası məsələsi öz həllini tapacaq. Bundan əlavə, hazırda Ermənistandan olan ən azı 60 min erməni Türkiyədə yaşayır və işləyir. Sərhədlərin açılması və münasibətlərin normallaşması ilə əmək miqrasiyasının axını daha da güclənəcək”, - deyə o əlavə edib.

*****

Bu arada Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrupunun Rusiyadan olan həmsədri Aleksey Overçuk İrəvanda bəyan edib ki, tərəflər bölgədəki nəqliyyat və iqtisadi əlaqələri bərpa eləməkdə qərarlıdır. Onu da deyib ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat marşrutlarının açılması Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin artmasına gətirəcək. O, işçi qrupunun bu yöndə fəal çalışdığını da söyləyib.

Rusiyalı tanınmış ekspert İqor Korotçenko isə regionda kommunikasiyalaırn açılmasına və qonşu ölkələr arasında əlaqələrin bərpasına, bütövlükdə böyük sülhə ən böyük təhlükə kimi erməni lobbisini görür və xəbərdarlığını edir.

“İndiki mərhələdə Rusiya da daxil, bütün ölkələrdəki erməni lobbisinin əsas vəzifəsi Azərbaycanı Rusiya ilə toqquşdurmaqdır, özü də imkan daxilində hərbi təxribat yolu ilə” - Korotçenko söyləyib.

Onun sözlərinə görə, bu gün erməni lobbistləri hər yerdə pozucu fəaliyyət göstərir, informasiya “püskürmələri” və təxribatları edirlər ki, bu da silahlı təxribata hazırlıq planının tərkib hissəsidır: “Erməni lobbisinin bəzi ölkələrin xüsusi xidmət orqanlarındakı güclü mövqelərini, habelə İrəvanda revanşistlərin olduğunu nəzərə alsaq, belə bir planın bu və ya digər şəkildə hazırlandığını və həyata keçirilə biləcəyini istisna eləmək olmaz. Buna paralel, Azərbaycanı ləkələmək, onun Rusiyaya qarşı qoymaq, Rusiya mediasında Azərbaycanla bağlı mənfi informasiya mühiti formalaşdırmaq və ondan düşmən obrazı yaratmaq məqsədilə informasiya əməliyyatları aparılır. Hazırkı mərhələdə güdülən hədəflər, vəzifələr bunlardır”.

Korotçenko erməni lobbisinin təşəbbüsü ilə Paşinyana edilən hücumları da diqqətdə saxlamağı vacib sayır: “Paşinyan erməni lobbisini qane eləmir. Hətta sosial şəbəkələrdə onun fiziki məhvi ilə bağlı çağırışlar olub. Üstəlik, iri erməni lobbistləri bunu açıq şəkildə ifadə ediblər və yeri gəlmişkən, təəccüblüdür ki, hələ heç kim heç bir şəkildə buna görə məsuliyyətə cəlb edilməyib”.

Rusiyalı analitik sonda bildirib ki, 30 ildə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhvinə səbəb olan erməni ideologiyasının əsl simasını göstərmək lazımdır. “Bu, Azərbaycan şəhərlərinə qarşı soyqırımı idi. Hətta alman faşist işğalçıları da sovet ərazisində erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdiyi kimi vəhşiliklər etməyiblər”, - Korotçenko əlavə edib.

Bununla belə, Bakı və Ankara bu vəhşi qəbiləyə yenə sülh əlini uzadıb, “xilas kəməri” atıb. Görək, bu dəfə seçimləri nə olacaq... /“Yeni Müsavat”/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Ermənilər Qarabağın əsirinə çevrilib...”

    “Ermənilər Qarabağın əsirinə çevrilib...” ...

    23-04-2018, 15:04

  • 
  • Rusiya erməni ordusunu guya “gücləndirir”… - GƏLİŞMƏ

    Rusiya erməni ordusunu guya “gücləndirir”… - ...

    16-04-2021, 09:46

  • 
  • "Ermənistan Vaşinqton üçün hədəf olan ölkələr sırasındadır" - erməni saytı

    "Ermənistan Vaşinqton üçün hədəf olan ...

    13-04-2018, 13:36

  • 
  • [b][color=#0000FF]İşğalçı ölkənin xarici borcu ilə yanaşı, Kremldən asılılığı da sürətlə artır; düşmən ölkə Azərbaycan və Türkiyə ilə dil tapmadan süquta məhkumdur...

    [b][color=#0000FF]İşğalçı ölkənin xarici borcu ...

    11-07-2017, 10:12

  • 
  • Rusiyanın qurduğu labirintdə Ermənistanın rolu

    Rusiyanın qurduğu labirintdə Ermənistanın rolu ...

    7-05-2018, 15:44


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu