“Bu problem Ermənistanın müstəqilliyi qarşısında duran ən ciddi əngəldir”
gundemxeber.az bildirir ki, ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında Ermənistanda baş verən proseslər və bu proseslərin mümkün sonluğu ilə bağlı maraqlı fikirlər səsləndirib.
Partiya sədrinin sözlərinə görə, əgər proseslər etirazçıların qələbəsi ilə nəticələnsə, bu, Qarabağ probleminin həlli yolunu açacaq:
“Erməni xalqı Rusiyanın təsir dairəsindən çıxmaq istəyir. Rusiyanın nəzarəti altında fəaliyyət göstərən anti-demokratik rejimdən xilas olmaq istəyir. Ermənilər Qarabağın əsiri olmaqdan azad olmaq istəyir. Qarabağ problemi Ermənistanın dövlət müstəqilliyi qarşısında duran ən ciddi əngəllərdən biridir. Ermənistan bu problemə görə Rusiyadan asılıdır. Türkiyə, Gürcüstan və Azərbaycanla müsbət münasibət qura bilmirlər. Öz ölkələrində xalqın iradəsini, maraqlarını ifadə edən qüvvələrin hakimiyyətə gəlməsinə imkan verilmir. Əgər bu mübarizə etirazçıların arzuladığı sonluqla nəticələnsə, Ermənistan Rusiyanın təsir dairəsindən çıxacaq. Bununla da, Dağlıq Qarabağ münaqişəsində ermənilərdən bir maşa kimi istifadə edilməsi halı aradan qalxacaq. Problemin həlli yolu açılacaq. Bu gün Ermənistanda baş verən prosesləri vaxtiylə Saakaşvilinin Gürcüstanda başlatdığı demokratik hərəkata oxşatmaq olar. Gürcüstandan sonra Ermənistan da Rusiyanın təsirindən çıxıb Avropaya demokratik ölkə kiimi inteqrasiya etməyə cəhd edir”.
Sorğu
Yeni dizaynımız necədir?