Azərbaycandakı prezident seçkisilə bağlı beynəlxalq rəy sorğuları açıqlanıb. Facebook-da yayılan məlumjatlarda göstərilir ki, "GALLUP World" beynəlxalq statistik təşkilatı seçkiyə qatılan 10 namizədi səsverməyə çıxarıb.
Səsvermənin nəticəsində Milli Şuranın namizədi Cəmil Həsəınli birinci yeri tutub. Ondan sonra İlham Əliyev gəlir. Sonrakı yerləri ardıcıllıqla Araz Əlizadə, İqbal Ağazadə və Sərdar Məmmədov tutub.
Daha bir sorğunu "CNN politics" beynəlxalq statistika təşkilatı keçirib. Bu təşkilat səsverməyə 2 əsas namizədi ətklif edib – İlham Əliyev və Cəmil Həsənli. Səsvermənin nəticəsi belədir:
Cəmil Həsənli - 49% İlham Əliyev - 46%
“GALLUP World” və “CNN politics” dünyada ən etibarli statistik təşkilatlar sayılırlar. /Azadliq.info/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?