GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » SEPAH AZƏRBAYCANDA ÖZÜNÜN CƏSUS ŞƏBƏKƏSİNİ QURUR - Şok TƏFƏRRÜAT + FOTO

SEPAH AZƏRBAYCANDA ÖZÜNÜN CƏSUS ŞƏBƏKƏSİNİ QURUR - Şok TƏFƏRRÜAT + FOTO

Tarix: 11-10-2021, 11:15 Bölmə :Siyasət Baxış: 240


İranla Azərbaycan arasında artan gərginlik fonunda İnqilab Keşikçiləri Korpusunun (SEPAH) tərəfdarlarının bir neçə sosial şəbəkə hesablarında Azərbaycanda "Hüseynçilər" müqavimət hərəkatının yaradıldığı elan edilib.

GUNDEMXEBER.AZ virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "The Middle East Monitor" portalı yazır. Müəllif Ömər Əhməd qeyd edir ki, bu qruplaşma barədə ətraflı heç nə məlum deyil, hərçənd onun 2019-cu ildə Suriya münaqişəsi zamanı formalaşdırıldığı deyilir.

"Lakin hərəkat rəsmən bu günlərdə aktiv edilib. "Hüseynçilər", yaxud "Hüseyniyun" İslam Respublikasının Yaxın Şərqdəki "Müqavimət oxu" (Axis of Resistance) kimi bilinən digər müttəfiqlərinin bütün simvollarına-sarı və yaşıl rənglərin birləşməsinə, hücum silahı tutmuş ələ malikdir", - müəllif bildirir.

Məqalədə qeyd olunur ki, hadisələrin bu cür inkişafı təbii ehtiyatlarla zəngin ölkədə daxili təhlükəsizliyin və siyasi stabilliyin pozulması tendensiyasını başlada bilər.

"Bu da mühümdür ki, indiki hökumət İsrailin və qardaş Türkiyənin vacib müttəfiqidir. Hərçənd Tehran əvvəllər də öz inqilabını Azərbaycana ixrac etməyə can atıb, amma bu işdə əhəmiyyətli uğur qazana bilməyib. Azərbaycanda 1991-ci ildə təsis edilən İslam Partiyası İran tərəfindən gizli maliyyələşdirildiyinə, hökumət çevrilişinə və ölkədə islam respublikası qurmağa cəhd etdiyinə görə dörd il sonra bağlanıb. Amma partiya fəaliyyətini daha bir neçə il qeyri-leqal davam etdirib və 2011-ci ildə onun lideri Mövsüm Səmədovun həbsi onun fəaliyyətinin kulminasiyası olub", - nəşr yazır.

Müəllif qeyd edir ki, İsrailin kəşfiyyat və terrorçuluq üzrə informasiya mərkəzi Meir Amitin (ITIC) məlumatlarına görə, İnqilab Keşikçiləri Korpusunun "Qüds" qüvvələri Azərbaycanda 90-cı illərin əvvəllərindən fəaliyyət göstərir.

"Mərkəzin məlumatlarında deyilir ki, Azərbaycan müstəqillik əldə edəndən bəri "Qüds" qüvvələri ona qarşı pozucu fəaliyyətlə məşğul olub. İranın məqsədi Azərbaycanda destabilizasiya yaratmaq, onun hakimiyyətinə təzyiq göstərmək və ölkənin dünyəvi xarakterini dəyişdirmək, habelə qərbyönümlü oriyentasiyasını dəyişdirmək və İsraillə yaxın münasibətlərinə zərər vurmaqdır", - "The Middle East Monitor" bildirir.

Qeyd edilir ki, Azərbaycan İslam Partiyasının bəzi keçmiş üzvləri 1993-cü ildən fəaliyyətdə olan, İran tərəfindən maliyyələşdirilən "Azəri Hizbullah" və 1995-ci ildə yaradılan, Bakıdakı ABŞ və İsrail səfirliklərinə hücum planlaşdıran "Ceyşullah" yaradıblar.

"Praqmatik nöqteyi-nəzərdən İran Azərbaycan millətçiliyini öz ərazisində böyük sayda azərbaycanlıların yaşamasına görə daxili işlərinə təhdid kimi dəyərləndirir. Bakı ilə əlaqələr saxlamaqla bərabər İran Azərbaycanın qatı düşməni olan Ermənistana daha çox meylli hesab edilir. Məhz bu səbəbdən İran bilir ki, bir vaxtlar Fars imperiyasının və Qacar şah İranının bir hissəsi olmuş qonşularına münasibətdə ehtiyatlı davranmalıdır. İran artıq Türkiyə və Rusiyanın iştirakı ilə ötən ilin payızında Qarabağdakı müharibənin dayandırılması razılaşması baxımından ən çox uduzan tərəf kimi nəzərdən keçirilib. Bununla belə İsrailin Azərbaycanla getdikcə artan yaxınlığı İranda narahatlıq yaradır, ötən həftənin əvvəli İran qəti şəkildə bildirdi ki, regionda hər hansı geosiyasi dəyişikliyə imkan verməyəcək",-ərəb nəşri qeyd edir.

Müəllifə görə, İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərin hansısa eskalasiyaya gətirib çıxarması az ehtimal ediləndir. Amma İran digər Yaxın Şərq ölkələrində olduğu kimi dağıdıcı müxalif qrupları maliyyələşdirmək və ya "Müqavimət oxu" çətiri altında silahlı qrupları dəstəkləməyə yönəlmiş ardıcıl və effektiv siyasətinə üstünlük verə bilər.

"Tehranın Azərbaycanla münasibətləri sözün birbaşa mənasında münaqişəyə gətirib çıxarmayacaq, amma "Hüseynçilər"in meydana çıxması bunun aydın göstəricisidir ki, İranın öz düşmənlərinə qarşı qeyri-ənənəvi vasitələrlə fəaliyyət göstərmək imkanları var", - məqalədə deyilir.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Sepah” komandanı: “Bölgədə islam inqilabının düşmənləri ilə müharibəyə girəcəyik"

    “Sepah” komandanı: “Bölgədə islam inqilabının ...

    1-09-2014, 13:19

  • 
  • İran kəşfiyyatına yaxın biznesmenlər Eldar Mahmudov və çevrəsinə villalar hədiyyə ediblər - Keçmiş nazirin SEPAH-la əlaqələri ilə bağlı sensasion ittihamlar

    İran kəşfiyyatına yaxın biznesmenlər Eldar ...

    30-10-2015, 23:16

  • 
  • Türkiyədə hərbi kortejə hücum: 2 şəhid

    Türkiyədə hərbi kortejə hücum: 2 şəhid ...

    12-08-2017, 16:52

  • 
  • İranın İnqilab Keşikçiləri etirazların liderlərinə “maksimum cəza” istəyir

    İranın İnqilab Keşikçiləri etirazların ...

    25-11-2019, 10:37

  • 
  • Tramp: İranın heç vaxt nüvə silahı olmayacaq

    Tramp: İranın heç vaxt nüvə silahı olmayacaq ...

    6-01-2020, 20:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu