Gundemxeber.az » Siyasət » Parlament müstəqilliklə bağlı layihəni ikinci oxunuşda təsdiqlədi
Milli Məclisin iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.
Deputatlar layihənin mətninə bəzi dəyişikliklərin olması üçün təkliflər səsləndiriblər.
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılıb.
Layihə ikinci oxunuşda qəbul edilib.
“Müstəqillik haqqında” qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, оktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması təklif edilir.
Həmin günlər hər il bayram kimi qeyd ediləcək.
Hazırda 28 may Respublika Günü kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür. 18 oktyabr isə Milli Müstəqillik Günüdür və iş günüdür.
GundemXeber.Az
18-12-2018, 13:59
12-10-2021, 11:49
27-11-2018, 14:40
15-05-2015, 12:40
6-10-2021, 12:15
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?