““Reklam haqqında” qanun layihəsinin ikinci oxunuşunda müzakirəsi zamanı deputat həmkarlarımız müxtəlif təkliflər irəli sürdü. Bundan başqa digər forumlar da yeni təkliflər verib”. ANS PRESS-in verdiyi məlumata görə bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
O, “Reklam haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tərəfindən dövlət atributlarına hörmət olunması ilə bağlı maddə əlavə edilib.
“Milli Məclisin sədri Oqtay Əsədov isə qanunda reklam fəaliyyətində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı təkliflərini bildirib. Bir sıra nazirliklərin təklifləri də nəzərə alınaraq müzakirəyə çıxarılıb və qanun layihəsinə əlavə edilib”,-deyə Vahid Əhmədov bildirib.
Sonda qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib. Spiker Oqtay Əsədov bu qanun layihəsinin qəbuluna görə deputatları təbrik edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?