GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Cənub qonşumuz və kapitulyant Ermənistan tale ortaqları kimi... - Tehran və İrəvan elə bir nöqtəyə çatıb ki...

Cənub qonşumuz və kapitulyant Ermənistan tale ortaqları kimi... - Tehran və İrəvan elə bir nöqtəyə çatıb ki...

Tarix: 13-10-2021, 12:57 Bölmə :Siyasət Baxış: 230



Əsasən ölkəmizi hədəf alan İran “havanı silkələməyə” və “stəkanda fırtına”lar yaratmağa davam edir. Ancaq irili-xırdalı Tehran rəsmilərinin bəyanatlarından belə qənaət hasil olur ki, İran həm qorxur, həm də qorxutmaq istəyir. Özü də daha çox birinci variantdır, nəinki ikinci. Bunun da ciddi səbəbləri var.

Ən mühümü odur ki, cənub qonşumuz bölgədə təklənmək riski ilə üzləşib. Bunun da yeganə səbəbi yenə özüdür, apardığı yanlış siyasətdir. Bu siyasət bataqlıq effekti üzrə, yəni tərpəndikcə, əl-qol atdıqca onu daha dərinə aparır.

*****

Gerçək belədir ki, Tehran dost-müttəfiqlər məsələsində bir-birinin ardınca kobud səhvlərə yol verməkdədir. Üstəlik, elə bir zamanda ki, onun dostları son 40 ildə barmaqla sayılacaq qədər azalıb, indi də tək-tükdür. Amma fars rejimi olanının qədrini bilmək əvəzinə, “oturduğu budağı kəsmək”lə məşğuldur. Azərbaycanı qəfildən, “günün günorta çağı” hədəf almaq bunun bariz sübutu sayıla bilər. Ancaq Tehran yetkililəri gərək bir şeyi qulaqlarında sırğa eləsinlər: ölkəmizə hər hansı hərbi müdaxilə İranın özünü intiharı, məhvi demək olacaq.

*****

“İndi bütün kartlar Bakının əlindədir”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə rusiyalı tanınmış ekspert Qriqori Trofimçuk rəsmi Tehranın son davranışlarını Axar az-a şərh edərkən söyləyib.

“İranın gözlənilməz fəallığı ondan ibarətdir ki, Tehranın ağlına daim ”blokada" fikri gəlir. Regionda nə baş verirsə, Tehran bunu özünə qarşı pis addım kimi görür. Qlobal dünyadan İran özünü təcrid edilmiş hiss edir. Artıq problemlər İranın qapısını sındırır. Tehranın əsəbləri püskürmək üzrə olan vulkana bənzəyir. Hadisələrin sonrakı inkişafı həm Cənubi Qafqazda, həm onunla həmsərhəd regionlarda, həm də İranın daxilində vəziyyətin dəyişməsi ilə nəticələnə bilər", - deyə o xəbərdarlıq edib.

Analitikin fikrincə, Vaşinqton da bölgədə baş verənləri diqqətlə izləyir: “İranın blokadası Amerikanın əsas istəklərindən biridir. Hazırda İran elə bir nöqtəyə gəlib çıxıb ki, hətta bundan sonra hərbi təlimləri ümumiyyətlə dayandırsa belə, geriyə addım ata bilməyəcək. Çünki region ölkələri artıq İranı təhlükə kimi səciyyələndirəcək. Artıq müharibə olacağı təqdirdə İrana qarşı çıxış edəcək ölkələrin müttəfiqliyi də göz önündədir”.

Onun sözlərinə görə, ABŞ-da Rusiyadan fərqli olaraq, bu problem üzərində indidən ciddi düşünürlər. “Belə bir plan çərçivəsində Cənubi Azərbaycanın fəallaşması qaçılmaz olacaq. İranın blokadasının güclənməsi ölkədə sosial-iqtisadi vəziyyətin kəskin şəkildə pisləşməsi, daha sadə desək, aclığın yaranmasına gətirib çıxaracaq. İndi Tehrandan aqressiv, səs-küylü bəyanatlar eşidirik, amma əməldə heç nə görmürük. Bu minvalla, İran öz zəifliyini hamıya nümayiş etdirəcək. Əgər real hərəkət yoxdursa, söz və təhdidlər indiki geosiyasətdə heç bir rol oynamır”, - deyə rusiyalı ekspert vurğulayıb.

Politoloq əmindir: “Artıq seçmək lazım gələcək: İranı dövlət kimi məhv olmaqdan qorumaq, yaxud Ermənistan ərazisinə hərbi kontingentlə daxil olmaq. Amma belə bir giriş dərhal ağır zərbəyə gətirib çıxaracaq. İran klassik bir səhv etdi: çox danışmağa başladı, amma əməl edə bilmədi. Bakının isə əlində indi bütün kartlar var - onlardan düzgün istifadə etmək və düşünülməmiş hərəkətlər etməmək vacibdir. Görürük ki, Ermənistan ”Qarabağ röyası" ilə hələ də çabalamağa davam edir. İranın “partlaması” da bunun bariz nümunəsidir. Hazırda İranı ən çox qızışdıran da məhz elə İrəvandır".

*****

Əlbəttə, ortada ənənəvi erməni məkri olmasaydı, situasiyanın kritikliyini minimuma endirməyə nə var idi ki. Məsələ də ondadır ki, hətta ordusu darmadağın edilmiş, can verən Ermənistan da öz xislətinə sadiq qalaraq, pisliklərindən əl çəkmir, bölgədə böyük sülhün bərqərar olmasını hər vəchlə əngəlləyir, aranı qarışdırmağa və “bulanıq suda” balıq tutmağa çalışır.

Hərçənd, 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra Ermənistanın bölgədə heç bir söz sahibliyi qalmayıb, bununla belə, ermənilər özlərini müxtəlif güc mərkəzlərinə “maşa” qismində təqdim eləmək, siyasi bazarlığa çıxarmaq kimi köhnə vərdişlərindən də əl çəkmirlər.

Bu xüsusda baş nazir Nikol Paşinyanın dünənki Moskva səfəri və prezident Vladimir Putinlə görüşünün İrəvanın əsl hədəfinə daha çox işıq salacağı gözlənilirdi. Ona görə ki, artıq zaman çatıb ki, regionda bütün oyunçular ya olduqları kimi görünsünlər, ya da göründükləri kimi olsunlar.

*****

Ermənistanın özündə də bəzi şərhçilər bölgədəki proseslərin hara getdiyini proqnoz eləməyə çalışırlar. Məsələn, politoloq Alen Gevondyan öz Facebook səhifəsində eks-prezident Mixail Saakaşvilinin həbs olunacağını bilə-bilə nədən Gürcüstana qayıtdığına diqqət yönəldərək yazır: “Bir neçə gün əvvəl bölgədə mühüm bir hadisə baş verdi, lakin bu olay diqqətdən kənarda qaldı: Mixail Saakaşvili orada ona cinayət işi açıldığını və həbs gözlədiyini bilə-bilə Gürcüstana qayıtdı və dərhal da həbs olundu. Daxili sabitlik baxımından Gürcüstanı ağır və çətin dövr gözləyir. Yeri gəlmişkən, təkcə Gürcüstanı yox. Qeyri-sabitlik hətta bölgənin xəritəsinin siluetini də dəyişə bilər. Dərin anlamda isə bunlar bölgəniRusiyadan birdəfəlik qoparmaq proqramı ilə əlaqədardır”.

Gevondyan yazır ki, bu gün “artsax” məsələsi artıq yoxdur və Ermənistan hakimiyyəti türklərlə “eşqbazlıq” edir. “Bunlar 2008-ci il prosesinin yenidən başlaması üçün ən vacib ön şərtləridir. Biz ağır siyasi və qeyri-müəyyən iqtisadi sarsıntılar mərhələsinə qədəm qoyuruq”, - deyə o qeyd edib.

*****

Şübhəsiz ki, söhbət ilk növbədə Ermənistanın taleyindən, onun bundan sonra dövlət kimi qalıb-qalmamasından gedir. Çünki qalib Azərbaycan və Türkiyənin regiondakı dayaqları və mövqeyi çox möhkəm və sarsılmazdır. Ermənistan isə xilas olmaq istəyirsə, tək yolu Azərbaycan-Türkiyə tandeminə nəzərən düzlənmək və nə qədər gec deyil, haqq elədiyi yerdə durmaqdır. İran üçün də eyni variant keçərlidir. Çünki indi bütün yollar Bakıya aparır, bütün “kozırlar” Bakıdadır. Hələ şansları qalır...

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Təkcə Ermənistan deyil, İran da məğlub oldu” - Təbrizli jurnalist

    “Təkcə Ermənistan deyil, İran da məğlub oldu” - ...

    4-08-2021, 11:34

  • 
  • Kərbəlada İran konsulluğuna hücum - Tehran nota verdi

    Kərbəlada İran konsulluğuna hücum - Tehran nota ...

    10-05-2021, 13:28

  • 
  • Tehran-Bakı aviareysi təxirə salındı

    Tehran-Bakı aviareysi təxirə salındı ...

    16-11-2015, 13:48

  • 
  • Tehran rejimi ağlını itirib

    Tehran rejimi ağlını itirib ...

    10-04-2013, 10:28

  • 
  • Rəsmi Tehran: "İran ABŞ ilə danışıqlarda maraqlı deyil"

    Rəsmi Tehran: "İran ABŞ ilə danışıqlarda ...

    20-08-2019, 11:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu