GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Təkcə Ermənistan deyil, İran da məğlub oldu” - Təbrizli jurnalist

“Təkcə Ermənistan deyil, İran da məğlub oldu” - Təbrizli jurnalist

Tarix: 4-08-2021, 11:34 Bölmə :Müsahibə Baxış: 1 720
“Təkcə Ermənistan deyil, İran da məğlub oldu” - Təbrizli jurnalist


İkinci Qarabağ savaşından indiyədək davam edən zaman kəsiyi bizə dostumuzu, düşmənimizi daha yaxşı tanımağa imkan verdi. Sərhəd qonşumuz İran, demə, ən qatı düşmənimiz imiş...Nəinki proseslərə neytral qaldı, hətta düşməni dəstəklədi. Necə deyərlər, “quyumuzu qazmağa” çalışdı. Amma axırda da o “quyuya özü düşdü”.

“Sherg.az” olaraq Türkiyədə yaşayan təbrizli jurnalist Taha Kermani ilə rəsmi Tehranın baş verənlərə münasibətini müzakirə etdik:

- 44 günlük müharibədə İranın mövqeyini necə qiymətləndirirsiniz?

- İran eyni ilə Birinci Qarabağ savaşında olduğu kimi, yenə Ermənistanı dəstəklədi. Hətta İran vasitəsilə düşmən ölkəyə hərbi yüklərin daşınması ilə bağlı görüntülər də yayılmışdı. Rəsmi Tehran Bakının qələbə qazanmaması üçün əlindən gələn hər şeyi etdi.

- İranın “qara sevdası” nə ilə bağlıdır?

- Bunun bir neçə səbəbi var. Birincisi, İran Suriya və Əfqanıstanda olduğu kimi, Cənubi Qafqazda da Tükiyəni özünə rəqib hesab edir. Ona görə də bu dövlətin güclənməsini istəmir. İkincisi, Bakı - Təl-Əviv münasibətləri Tehranın ürəyincə deyil. Üçüncüsü, Qarabağ məsələsinin həll edilməsi Cənubi Azərbaycandakı soydaşlarınızı ruhlandıracaq. İran isə bunu istəmir. Əksinə, Tehran hakimiyyəti məhz Qarabağ “düyün”ü ilə uzun illər oradakı azərbaycanlıları xəyal qırıqlığına uğradıb, mutiləşdirib. İran qorxur ki, konfliktin tamamilə çözülməsi Azərbaycanlıları mərkəzi hakimiyyətdən uzaqlaşdırar. Yəni Tehranın İrəvanı dəstəkləməsi bir sıra daxili və xarici faktorlarla əlaqəli idi. Lakin sözügedən siyasət fiaskoya uğradı.

- Bunu necə əsaslandırmaq olar?

- İran son dərəcə uğursuz xarici siyasət yeritdi və proseslərə təsir edə bilmədi. Təsadüfi deyil ki, kimsə onu ciddiyə almadı. Tehran faktiki olaraq “oyundankənar vəziyyət”də qaldı. Beləliklə, ölkə daxilində də narazılıq yarandı. Xüsusilə, müxalifət məğlub tərəfi dəstəklədiyinə görə iqtidarı qınamağa başladı. Yəni müharibə zamanı məğlub olan təkcə Ermənistan deyil, həm də İran oldu.

- Cənub qonşumuzun bundan sonrakı xarici siyasətində hansı dəyişikliklər gözlənilir?

- İran öz yanlış siyasətinə görə regionda demək olar, təsir gücündən məhrumdur. Onun sözü Qarabağ məsələsində ən azı Türkiyə və Rusiyanınkıtək effektli deyil. Çünki qonşuluqdan istifadə edə bilmədi. Məsələ ondan ibarətdir ki, İranda mühafizəkarlar daha rasional siyasət yeridirlər. Deməli, yeni prezident Rəisidən fərqli siyasət gözləməyə dəyər. Yox, əgər Ruhaninin siyasətini təkrarlasa, bu, ona baha başa gələcək və itirən yenə İran olacaq. Hətta ölkənin təhlükəsizliyinə təhdinin yaranması da mümkündür.

- Bundan sonra regionda nələr dəyişəcək?

- İranın Azərbaycanın gücünü və bölgədə ciddi “oyunçu” olduğunu gördü. Odur ki, şərt irəli sürməyəcək. Əksinə, deyilənləri qəbul etməlidir. Məlum olduğu kimi, İran Azərbaycanın daxili işlərinə qarışır. Lakin bundan sonra Bakı əvvəlki kimi səbrli olmayacaq. Tehran da kimə “ilişdiyini” anlayacaq. Daxildəki soydaşlarınızın fəallığı isə hakimiyyətin “əl-qolunu bağlamaqdadır”.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilərdən böyük düşmən... - NƏ ETMƏLİ?

    Ermənilərdən böyük düşmən... - NƏ ETMƏLİ? ...

    24-06-2021, 14:57

  • 
  •  Ruslar “nəbz yoxlayır”: “Qarabağa hərbi qruplaşmalar gətirir” – “Dəmir Yumruq” havada...!

     Ruslar “nəbz yoxlayır”: “Qarabağa hərbi ...

    5-02-2021, 13:39

  • 
  • Ramin Cabbarlı: İran Azərbaycanda aktiv ideoloji təbliğatla məşğuldur

    Ramin Cabbarlı: İran Azərbaycanda aktiv ideoloji ...

    18-01-2020, 13:34

  • 
  • Məcid Araz: Xameneyi İran cəmiyyətinin ona inanmadığını bilir

    Məcid Araz: Xameneyi İran cəmiyyətinin ona ...

    26-03-2020, 12:36

  • 
  • Mahmudəli Çöhrəqanlı: Millətimiz artıq 20 il əvvəlki millət deyil

    Mahmudəli Çöhrəqanlı: Millətimiz artıq 20 il ...

    26-05-2018, 10:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu