Gundemxeber.az » Siyasət » Qarabağ: Minsk qrupu "uzunmüddətli razılaşma üzərində işləyir"
Fransanın Ermənistandakı səfiri Anne Louyot qeyd edib ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin New-Yorkda görüşü vasitəçilərin daha fəal əməkdaşlığa başladıqlarını göstərir.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Fransa, Rusiya və ABŞ - Ermənistan və Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə uzunmüddətli razılaşma əldə etmək üzərində işləyir. Bu barədə Azadlıq Radiosunun efirində Fransanın Ermənistandakı səfiri Anne Louyot bəyan edib.
"Sizi əmin edə bilərəm ki, biz rusiyalı və amerikalı tərəfdaşlarımızla Qarabağ üzrə daha uzunmüddətli razılaşma əldə etmək prosesini yeritmək istiqamətində işləyirik", - o deyib.
Minsk qrupunun daha fəal işə qoşulacağını gözləmək olarmı?- sualına cavab olaraq xanım səfir qeyd edib ki, "Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Nyu-Yorkda görüşməsi vasitəçilərin daha fəal əməkdaşlığa başladıqlarını göstərir".
"Lakin hesab edirəm ki, Ermənistan və Azərbaycan da hərəkət etməlidirlər", - o əlavə edib.
İkinci Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk qrupunun fəaliyyəti "uğursuz" adlandırıb. Bu yaxınlarda həmsədrlərin regiona səfər edəcəkləri açıqlanıb.
GUNDEMXEBER.AZ
24-09-2017, 11:58
20-09-2019, 10:43
23-09-2019, 11:50
21-04-2020, 10:56
23-11-2017, 15:25
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?